Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə103/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   99   100   101   102   103   104   105   106   ...   123

326
rı arasındadır çünki bu cəhənnəm dünyaya giriş qapısıdır ora. 
Kimisi üçün bu bəyan tam tərsinə ola bilər. Anaların ayaqları-
nın arası cənnət olan bu dünyaya girişdir deyə bilər kimsələr. 
Sənə demişdim, həqiqət subyektiv və nisbidir.
Bizi xoşbəxtlik aparatlarına bağlayıb beynimizə xoşbəxtlik 
kokteyli töksələr onunla da razılaşacağıq. Mən indidən hazı-
ram. Korlanmış iyrənc bir ruha sahib olduğumu düşünürsənsə 
sənə pis xəbərim var, mənə baxaraq 21-ci yüz illiyin insanı nə 
hala saldığını görə bilərsən. O yüzilliyin məhsuluyam çünki.
Yenə də hər nə qədər ruhum korlanmış olsa da, ordan sənə 
nə  qədər  daş  ürəkli  görünsəm  də,  deyəsən  elə  deyil.  Çünki 
məsələn balaca bir qızım olmasını o qədər istəyərdim ki. Çox 
qəribədir.  Bir  qızım  olmasını  və  onu  bağrıma  basmağı  çox 
istəyərdim. Onun üçün yəqin ki hər şeyi edərdim. Öz həya-
tımdan keçib onu böyüdərdim. Əlimdə olmazdı bu. Məsələn 
oğlum üçün etməzdim bunu. Bəlkə də ona görə ki qızlar həs-
sas, zəif və müdafiəsiz olurlar. Bilmirəm. Bəlkə də mən ona 
görə uşaq sahibi olmağıma bu qədər qarşıyam ki o uşağa çox 
bağlanardım. Ona dəyəcək ən kiçik zərərdə belə məhv olardım 
bəlkə də. Bu qədər vecsiz biri olmağıma baxmayaraq, genlər 
və instikt hər şeydən güclüdür yəqin. Elə ona görə bəlkə də 
məsuliyyətdən qaçıram.
Bilmirəm. Fikirlərim çox tez-tez dəyişir və eyni anda iki zidd 
fikirə sahib ola bilirəm. İnsanın qaçılmaz xislətidir bu. Özümü 
bəzən hansısa yazarın əsərində bir obraz kimi hiss edirəm, kefi 
olanda xoşbəxtəm kefi olmayanda bədbəxt. Mənim kimilər in-
tihara məhkumdur. Onsuz da ölümü həmişə sağ cibimdə gəzdi-
rirdim. Hətta bir vaxtlar özümə son istifadə tarixi qoymuşdum, 
dişlərim çürüməyə başladığı an öləcəkdim. Çünki diş həkimlə-
rini sevmirəm. Ancaq belə getsə dişlərimdən də tez öləcəm, on-
lar hələ salamatdır. Çox böyütməmək lazımdır intiharı məncə. 
Çox normal hərəkətdi. Həyat metaforik mənəda qatıldığın bir 
qonaqlıq kimidir, əgər bəyənmirsənsə qalıb qonaqlığın forma-
sını dəyişməyə çabalamaq ya o qonaqlığa uyğunlaşmaq üçün 
əlləşməyə ehtiyac yoxdur. Sadəcə tərk etməlisən.


327
Gör mənim nə qədər dərdim var. Yoxsa səncə mən xəstəlik 
xəstəsiyəm Hera? Hə? Ordan necə görünür? Bir deyil, iki deyil 
xəstəliyim. Üstünə hələ nostalgiya xəstəliyini də gəl. Keçmiş 
necə ola bilərdi şübhələri. Keçmişdə olmayan xəyalı insanlar 
və bunun ağrısı. Keçmişdə sahib ola bilmədiyim qadınlar üçün 
üzülürəm,  bugün  sahib  ola  bilmədiyim  qadınlar  üçün  üzü-
lürəm, ölsəm də ölməsəm də gələcəkdə sahib ola bilməyəcə-
yim qadınlar üçün üzülürəm. Onlar üçün darıxıram.
Bəzən heç olmadığım və heç olmayan yerlər və kimsələr 
üçün  darıxıram.  Hara  olduqlarını  bilmirəm.  Ya  illər  əvvəl 
yuxumda görmüşəm ya hansısa kitabda oxuduğum xəyali bir 
küçə ya dəniz sahili. Olmayan qadınlar üçün belə darıxıram. 
Yuxularımda gördüyüm ya kitablarda oxuduğum üzünü xatır-
lamadığım qadınlar üçün darıxıram. 
Qadınlara bu qədər mübtəla olmağımın səbəbi sadəcə cin-
si istək də deyil. Qadınlarla ünsiyyəti sevirəm. Ünsiyyəti və 
əlaqələri  sevirəm.  İnsanlarla  fərqli  formalarda  tanış  olmaq 
istəmişəm həmişə. Yanımdan keçən maşınların içindəki insan-
larla məsələn. Oxuduğum ikinci əl kitablarda bir iz axtarırdım 
həmişə  əvvəlki  sahibindən.  Bir  not  ki  bu  cümləni  sevdinsə 
məni tap. Bir əlaqə, adres. Yeniyetmə olanda həmişə xəyalını 
qururdum  ki  oxuduğum  ikinci  əl  kitabın  içindəki  notları  iz-
ləyərək bir qızla tanışacam bir gün.
İnsanlara  əsas  da  qadınlara  niyə  bu  qədər  bağlıyam  bil-
mirəm, bəlkə də ona görə ki mən uşaq olanda ətrafımda çox 
insan olub, bəlkə də ona görə ki ətrafımda heç insan olmayıb.
Ən lənət şey odur ki, yaş artdıqca yeniyetməlik illərindən 
fərqli  olaraq  daha  az  insanla  tanışmağa  marağın  olur. Ya  da 
istəsən belə tanışa bilmirsən artıq, xoşun gəlməyən insan sayısı 
artır ya da həvəsin olmur. Çünki əvvəllər hər insan təzə idi, pis 
və maraqsız insanlar belə yeni idi deyə bir mənası var idi. Bö-
yüdükcə seçici olursan. Mən hər cür insanla əlaqə qurub söhbət 
edə bilərəm, istər yalançı olsun istər əclafın, oğraşın biri olsun 
istər xəyanətkar, ancaq nə olur olsun axmaq olmasın bircə. An-
caq indi ətrafımda nə yalançılar qalıb nə xəyanətkarlar.


328
Bir vaxtlar o qədər xoşbəxt idim ki qalın romanlar ya filo-
sofları heç sayırdım. Vecimə də deyildilər. Mənə maraqlı deyil-
dilər. Məni sadəcə qadınlar maraqlandırırdı. Kimdənsə yaşama 
məsləhəti almağıma ehtiyacım yox idi. O qədər gənc, laqeyd, 
etinasız və enerjiliydim ki, məni sadəcə bir sonrakı sevgilimin 
göz rəngi maraqlandırırdı. Sonra bir gün, içinə düşmüş oldu-
ğum bütün o gözəlliklər və xoşbəxtlik yox olub getdi. Necə 
oldu özüm də bilmədim. İki il əvvəl. Özümü ta bugünə qədər 
sürən dərin bir bədbəxtliyin içində tapdım. Bir də ayıldım ki 
həyatımda qadından çox filosof və onların kitabları var. Qa-
dınlarla arama girmiş məsafə öz istəyimlə deyil şərtlərin məc-
buriyyətiylə olmuşdu. Hər biri ayrı bir dünya olan qadınlardan 
uzaq düşmüşdüm. Kitablarda sanki nəsə bir təsəlli axtarırdım. 
Nəsə bir işarə. Ya da ən sadə dillə, özümə bədbəxtlik dostları 
axtarırdım yüz illər əvvəl ölüb getmiş. Kədərimi alqışlayacaq 
birilərini axtarırdım. Və başa düşürdüm ki əslində əvvəllər on-
lar haqqında yanılmışam, filosoflar və onların fikirləri əhəmiy-
yətsiz deyillərmiş. Ya da sadəcə özümü təsəlli edirdim çünki 
buna məcbur idim.
Yaşamaq, həm çox asan həm çox çətindir Hera. Yaşamaq 
improvizasiya etməkdir. Sanki bir şəkil çəkirsən ancaq nəyin 
şəklini çəkdiyini bilmirsən, sadəcə təsadüflərin səni apardığı 
yerə gedirsən. Kənardan necə göründüyünü heç vaxt bilə-bil-
məzsən. Kənardakı insanlar deyirlər necə göründüyünü. Onlar 
da hərəsi bir cür görəcəklər. Bütün seçimləri seçə bilmədiyin 
üçün unikallaşırsan. Yavaş-yavaş yaşama sənətini öyrənirsən. 
Hərə öz formulunu yaradır və o formaya girir. Həmişə görəsən 
kənardan necə göründüyünü düşünür amma heç vaxt bilmir. 
Görəsən kifayət qədər nəzakətlimiydim? Görəsən səhv anla-
şılmadım? Görəsənlər və kaş kilər.
Acgözlüyüm  yaşamağıma  əngəl  olan  bir  başqa  səbəbdir. 
Gördüyünüz şəkillə o an sağollaşın, bir də görməyəcəksiniz 
deyirdi  sevdiyim  bir  şair,  Emerson.  O  şəkili  ordaca  unudun 
deyirdi. Çünki insan doymazdır. Eyni şeydən təkrar zövq ala 
bilmir çox insan. Eyni rəsm əsərinə dəfələrlə baxa bilmirik. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə