Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə99/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   95   96   97   98   99   100   101   102   ...   123

314
Amma  yenə  də  bəzən  mənim  buna  inanasım  gəlir,  onda 
rahatlayıram. Dinlərin indiyə qədər insanları belə rahat yaşada 
bilmə səbəbi bu idi, insanlar öz bədbəxtliklərini taleylərinin 
üstünə yıxaraq rahatlayırdılar. "Mənim taleyim belədir", “nə 
etsəm  dəyişməz”  məntiqiylə.  Möhtəşəmdi  əslində.  Kaş  mən 
də elə olaydım. Ancaq mənim üçün artıq özümü belə bir dü-
şüncəyə inandırmaq dişlərimi dişləmək qədər çətindir. Çünki 
başa düşürəm ki həyatının azadlığı tamamilə sənin əlindədir. 
Bəhanələrinin yarısı özünü aldatdığın illuziyalardır. 
Sabahın hələ yazılmadığının fərqindəsən? Bir düşün bunu. 
Sabah yoxdur, hələ ki. Hələ ki bu dünya üzərində heç kim sa-
bahı yaşamayıb. "Gənclərin ən çox etdiyi səhv odur ki, onlar 
elə bilir ki gələcək var" deyirdi bir üstad, ya da buna bənzər 
bi cümlə idi. Düşün bunu, gələcək gələcək dediyin şey yoxdu, 
qarşıdakı bir ili düşün. Düşündün? Hələ yoxdu hə? Boşluqdu? 
Ya da sənin xəyalında canlandırdığın illuziyalardan ibarətdir. 
Sabahı,  seçimlərinlə  quracaqsan,  yazılacaq  tarix  o  seçimlər-
dən ibarət olacaq. Üstad “gələcək var sanırlar” deyəndə vur-
ğuladığı nöqtə daha çox o idi ki hər şeyi gələcəyə saxlayırlar 
sanki  var  olduğundan  yüzdə-yüz  əminmişlər  kimi.  Gənc  bir 
yazar, ilk romanına gələcəkdə başlamaq istəyərək təxirə salır. 
O mükəmməl anı gözləyir, bir bütün olaraq heç vaxt reallaş-
mayacaq mükəmməl an. Ya da ən sonda gözləntilərini o qədər 
endirəcək ki aşağı, əslində başda başladığı şəraitlərə mükəm-
məl an adı verəcək. Sabah yoxdur. Sadəcə indi var. Sadəcə in-
sanın qurduğu təqvim və saat var. Bohemian, hedonist, carpe 
diam  fəlsəfəsi  burdan  gəlir  və  bir  seçimdir. Anı  yaşa.  Gələ-
cək?  Hansı  gələcək?  Nə  qədər  əminsən?  iyirmili  yaşlarında 
təsadüfən ölmüş bütün gənclər gələcək var kimi yaşayırdılar 
həyatlarının bir dönəmində. Ancaq artıq onlar yoxdular. Biz 
burdayıq, onlarsa keçmişə gömülü. Hansı fikirlər ölüb onlar-
la görəsən? Hansı xəyallar ölüb? "Məzarlıqlar" deyirdi üstad, 
"neçə böyük ideyalarla doludur o məzarlıqlar", bir düşün de-
yirdi üstad, "neçə böyük ümidlərlə doludur” Amma, bu da bir 
seçim deyilmi? Anı yaşamaq ya planlı yaşamaq? Bu bir çox 


315
şeyin nisbi olduğu dünyada başqa bir insanı mühakimə etmək 
nə qədər doğrudur onda madam ki hər şey seçməyə bağlıdır? 
Biz insanları, seçdikləri seçimlərə görə kategorizasiya edərək 
adlandırmalar edirik. Birinə öz cinsi ilə yatmağı seçdiyi üçün 
qey və ya lezbiyan deyib ona mənalar yükləyirik. Kiminə görə 
o bir pozğun və tərbiyəssiz ikən, kiminə görə sürünü dinləmə-
yib istəklərinin arxasından gedəcək qədər üsyankar olduqları 
üçün əziz dostdurlar.
* * *
Hər şey nisbidir Hera. Hər şey insandan-insana həm fərqli 
həm nisbidir. Hər şey ona baxanın gözünə görə dəyişir, fərq-
li ya nisbi dəyərə və mənaya bürünür. A'nı qəbul edən insan 
B'nin doğruluğunu qəbul etməkdən imtina edir ya da hər iki-
sini qəbul və inkar edir. Biz heç birimiz eyni dünyaya baxmı-
rıq. Biz hamımız öz gözümüzdə qavradığımız dünyaya baxı-
rıq. Sadəcə bir obyekt var: dünya. Ancaq 7 milyard subyekt 
var: insanlar. Deməli 7 milyard subyektiv dünya var. Reallıq 
subyektivdir. Kişidən-kişiyə dəyişir Subyektiv idealism ya da 
Fenemenologiya. Sənin gördüyün dünya ilə mənim gördüyüm 
dünyanın fərqli olmasının iki fundamental səbəbi var: geneti-
kamız və təcrübələrimiz.
Biz doğularkən onsuz da fərqli başlanğıc versiyalarla baş-
layırıq  həyata.  Sənin  doğumda  sahib  olduğun  bütün  fərqli 
xüsusiyyətlərin  sənə  dünyanı  fərqli  formada  qavradacaq  və 
hiss etdirəcək. Üstünə də daha sonra yaşayacağın təcrübələ-
rini gələcik, uşaqlıq vaxtı səni böyüdən insanın xarakteri belə 
sənə təsir edəcək və o istiqamətdə böyüyəcəksən. Beləcə hamı 
fərqliləşdikcə,  gördükləri  dünya  da  dəyişəcək.  Kasıb  uşağın 
gözündə  dünya  işgəncə  olacaq  ikən,  varlı  uşağının  gözündə 
dünya əyləncə mərkəzi kimi görüləcək. 
Hər  ikisi  eyni  dərəcədə  vacib  amildir,  həm  bu  reallığa 
baxış bucağımızı dəyişən təcrübələrimiz həm də genetikamız. 
Genetika və təcrübələri bir insanı intihara meyilli də edə bilər, 


316
intihara axmaq hərəkət ki baxan biri də edə bilər. Bir insanı 
işləməyi sevən biri də edə bilər, işləməyə nifrət edən biri də. 
Bir insanı ailə adamı da edə bilər, ailə anlayışına nifrət edən 
biri də. Bir insanı nizamlı, hər qaydaya əməl edən də edə bilər, 
üsyankar,  əxlaqsız  və  asi  də  edə  bilər.  Bir  insanın  narkotik 
aludəçisi  olması  da  genetika  və  təcrübələrinin onda  yaratdı-
ğı şəxsiyyətdən asılıdır, narkotik aludəçilərinə nifrət edən biri 
olması da.
Bütün bu dediklərimə qulaq asanda sənə də elə gəlmirmi 
ki sanki onsuz da bizim üçün biçilmiş bir yarı-taleyimiz var? 
Bayaq sənə dediklərimi indi daha yaxşı başa düşə bilirsənmi? 
Mən taleyə inanan insan deyiləm deyirdim ancaq sahib oldu-
ğumuz bir yarı-taleyimiz olduğu danılmazdır elə deyilmi?
Mən bəlkə də getdiyim hər yerdən qaçaraq taleyimə hə-
yatım və azad iradəm öz əlimdədir deməyə çalışırdım ancaq 
indi başa düşürəm ki hara gedirəmsə gedib sahib olduğumuz 
yarı-deterministik həyatımızdan qaça bilmərik.
Hər  şey  genetika  və  təcrübələrdir  Hera.  Yaşayacağımız 
təxmini həyat formaları onsuz da biz doğularkən məlum olub. 
Genetika və doğum determinizmimizlə. Sən Minnesotada do-
ğulmusan məsələn, mən başqa bir şəhərdə və hər şəhər bizə 
öz xarakteristikasından bağışlayıb. “Minnesota nəzakəti” deyə 
məşhur söz var bilirsən məsələn, Minnesotalılara dost canlı-
sı və təcrübə və yeniliklərə açıq olduqları üçün verilən ləqəb. 
Təqdiqatlara  görə  siz  Minnesotalılar  Amerikadakı  ən  dost 
canlısı insanlarsınız. Şimaldakı insanların çoxu hətta, cənub-
dakılar isə kobud insanlardılar. Çünki məsələn bir açıqlama-
sı odur ki sənin şəhərində evlər bir-birinə yaxındır və balaca 
şəhərciklərdən ibarətdir deyə şəhərdəki hamı bir-birini tanıyır 
və hamı beləcə isti qanlı olur. Elədir hə? Ay sağol. Görürsən? 
Doğulduğun yer çox sadə formada sənin xarakterini necə də-
yişir? Bəlkə də sən mənim təyyarə tuvaletində sevişmə təkli-
fimə sadəcə ona görə yox demədin ki, çünki Minnesotalılar 
yox deməyi bacarmır. Nəzakət xətrinə istəməsələr də hə deyir-
lər onlardan istənilən şeyə. Bunun kimi nə qədər dərinə ensən 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə