Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə101/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   97   98   99   100   101   102   103   104   ...   123

320
ları travmaları çıxsaq geri qalır 5-10%. Yəni xoşbəxtliyinin 10 
faizi sənin əlindədir. Di get bu informasiya ilə yaşamağa çalış, 
bacarsan. 
Bu  arada,  qadın  olduğun  üçün  diqqətini  çəkəcək  başqa 
bir fakt da deyim sənə xoşbəxtliyinlə bağlı. Ancaq o nikbin 
və yaxşı xəbər üçün yalvaran mavi gözlərinlə baxma elə ya-
zıq-yazıq.  Səni  o  qədər  çox  sevirəm  ki  deyə  bilməyəcəyəm 
yoxsa. Yaxşı xəbər deyil. Qadınlar cinsi yetkinliklərinə qədər 
oğlan  uşaqları  ilə  eyni  dərəcədə  az  nevrotik  olurlar. Amma 
sonra qadınlar cinsi yetkinliyə girdikdən sonra daha çox nev-
rotik olmağa başlayırlar. Daha depressiv və qəmli olurlar. Ən 
sadə şey üçün belə ağlayırlar çünki nevrotik sistem işə düşür 
və özlərini təhlükədə hiss edirlər. Ancaq təkamül bir tərəfdən 
alanda bir tərəfdən də verib, daha çox ağlayırsınız, hansı ki 
stres azaldıcı kimyəvi maddələr buraxılır bədəninizə. Qadınlar 
nevrotik formlaşıblar çünki zəifdirlər, özlərini qorumalıdırlar, 
uşaqları ola bilər və s. Yəni qadınlar həm də lənətlənib təka-
mül tərəfindən. Kişilər kimi.
Canını çox sıxdığımı bilirəm. Ona görə gəl sənə biraz ke-
fini açacaq bir şey deyim. Bütün bu genetik deterministika-
mızın yaratdığı bədbəxtliyə baxmayaraq, yenə də az da olsa 
xoşbəxt ya dinc olmaq üçün bir yol var. Nevroplastiklik. Bey-
ninin formasını dəyişə bilərsən. Pozitiv psixologiya. Beyninin 
düşünmə və hiss etmə formasını dəyişə bilərsən. Beyin bütün 
instrumentləri öyrəndiyi kimi hər şeyə alışa bilir. Nə oxuyur-
sansa ya nəyə baxırsansa ona çevrilirsən. Nə düşünürsənsə ona 
çevrilirsən. Sadəcə yalan yerə gülərkən belə beyinə pozitiv im-
pulslar göndərilir və bu daimi edildiyi zaman vərdişə çevrilir. 
O keyfiyyətsiz müvəffəqiyyət və xoşbəxtlik kitabları gücünü 
məhz bu plasebodan alır. Ucuz xoşbəxtlik kitablarında səfsətə 
də yazılmış olsa beyin ehtiraslanır. Hər nə qədər bərbad situa-
siyanın içində yaşasan da beyninin o vəziyyəti görmə və hiss 
etmə formasını dəyişə bilərsən. Özünü aldatmağı bacarırsansa. 
Mən bacarmadım məsələn.
Mən  həmişə  motivasiya  verən  ucuz  Hollywood  filmləri-


321
nin izlənilməməsi gərəkdiyini müdafiə edirdim. İnsanlar izlə-
yib cuşa gəlir sonra öz həyatlarında eyni şeyləri görə bilməyib 
ruhdan düşürlər deyə. İzlədiyin şeyi diqqətli seçməlisən, ona 
çevriləcəksən  çünki.  Bütün  bir  nəsil  o  filmlərlə  böyüyür  və 
yarısı o filmlərin yaratdığı boynu bükük imitasiyalardır. Ölü 
ümidlərinə məzar axtarırlar. Ancaq yenə də əmin deyiləm, o 
tip  filmlər  izlənilməlidirmi  yoxsa  yox. Axı  onları  daha  çox 
motivasiyalı edir.
Nevroplastiklik çox yeni sahədir. Əvvəllər elm buna inan-
mırdı.  İndi  isə  şübhə  içindədir. Yəni  insanın  beynini  dəyişə 
biləcəyinə. Onun kimi yeni və əvvəllər elmin inkar etdiyi indi 
isə yeni-yeni şübhə etməyə başladığı başqa maraqlı bir sahə 
daha var, Epigenetika. Lamark 18ci əsrdə demişdi ki canlılar 
həyatları boyu öyrəndikləri şeyləri və dəyişiklikləri törəmələ-
rinə ötürə bilərlər. Ancaq elm sonra onu yalanladı. Başqa sözlə 
deyirdi ki məsələn sonradan riyaziyyat ilə məşğul olmağa baş-
lamış və riyazi hesablama qabiliyyətini inkişaf etdirmiş insa-
nın yeni qazandığı hesablama gücü uşağına keçə bilər. Elm isə 
deyirdi ki yox, DNA dəyişmir. Ancaq sonra ortaya çıxdı ki yox, 
ötürülmə mümkün ola bilər. DNA dəyişmir bəli, ancaq ötürül-
müş genlərin yeni bədəndə “ifadə” formaları dəyişir. Məsələn 
insan sonradan pessimistləşməyə başlasa, uşağı da pessimist 
təbiətli  ola  bilər.  Bu  xüsusiyyət  daha  yaxşı  adaptasiya  üçün 
inkişaf edib sözsüz. Amma mənə burda maraqlı olan odur ki, 
deməli insan genlərinin ifadə formalarını dəyişə bilirsə əgər, 
o qədər də bədbəxt deyilik bəlkə də. Əlbətdə ki bu çox çətin 
prosesdir,  sahib  olduğun  təbitəini,  xislətini  dəyişmək.  Hətta 
elm də bunun nə qədər mümkün olduğuna şübhə edir. Nikbin 
bir ümid axtarırsansa bu iki yeni sahənin haqlı çıxması üçün 
axşamlar dua et. Bəlkə bədbəxtliyindən qaça bilərsən.
Bütün bu dediyim şeyləri nəzərə alsaq, yəni bəzilərimizin 
bədbəxt ya da əlverişsiz genetika ilə doğulduğunu düşünsək və 
həm də təkamülün hələ də dəvam etdiyini düşünsək əgər, onda 
deməli insanların bəziləri əslində həyatda qalmaq üçün ən yax-
şı psixologiya sahib deyil. Qıçı qırıqdır çoxumuzun. Şikəstik. 


322
Aramızdakı 10 faizlik xoşbəxtlərə baxıb mən niyə elə xoşbəxt 
deyiləm deyirsən, çünki sən təkamülün ən yaxşı məhsulu de-
yilsən deməli. Burda səhv edirəm əslində, təkamülün ən yaxşı 
nəticəsi xoşbəxt insanlardır demək səhv olardı. Ancaq yenə də, 
anladın da sən məni. Bunu qəbul etməliyik. Taleyimizi qəbul 
etməliyik. Əsas da mənim kimi bədbəxtlər. Sadəcə şikəst do-
ğan uşaqlar deyil təkamülün neqativ məhsulları, psixologiyası 
güclü olmayan hamımızıq. Mental şikəstlər. Günahı hər şeyə 
atırıq  özümüzdən  başqa.  Qəbul  etməliyik,  bəzilərimiz  bəd-
bəxtliyə proqramlanmışıq, təsadüfən. Çox pessimistləşdiyimi 
bilirəm yenə. Özümü intihara hazırlayıram sadəcə. 
Əslində bu qədər pessimist biri deyiləm, vecimə də deyil 
genlərim. Axşama qədər şikəst genlərimi qucaqlayıb qız kimi 
ağlamıram yəni. Pessimist olmaq işin asan tərəfidir, çətin olan 
optimist ola bilməkdir bu xaousun içində. Sadəcə pessimizmin 
içindəki lirizmə aşiqəm mən. Bəzən öz melanxoliyana bürü-
nüb ağlamaq insana ləzzət edir. Mənim ölümə getmə səbəbim 
işləmək istəməməyimdir sadəcə. Ya da yaxşı bir iş sahibi ola 
bilməmiş olmağım. Onsuzda depressiya məsələn, o qədər də 
çox yayılan xəstəlik deyil. İnsanlar həyatlarında işlərin yolun-
da getməməsi ilə depressiyanı səhv salırlar. Sadəcə dominant 
iyerarxiyanın aşağı qatlarında olduqları üçün xoşbəxt deyillər 
və elə düşünürlər ki bu depressiyadır. Yox. Məsələ situasiyadır 
depressiya yox. Bu dediklərimi sadəcə dialektik bir monoloq 
kimi  başa  düş. Yenə  də  bu  saydıqlarım  yaşasam  belə,  yaxşı 
bir işim olsa belə məni həmişə narahat edərdilər. Xoşbəxt belə 
olsaydım yenə də başqa həyat ehtimallarını düşünərdim. Ac-
gözlük, qısqanclıq, hərdəmxəyallıq, qərarsızlıq, kimsə ya nəsə 
üçünsə darıxmaq ən əsas problemlərimdir. Bütün bunlar əslin-
də istənilən insanın fundamental problemləridir.
Hamısı  da  təkamüli  olaraq  əslində  insanı  daha  da  güclü 
etmək üçün formalaşıb. Qısqanırsan və bunun nəticəsində öz 
üstündə işləyib qısqandığın şeyə yaxınlaşdırırsan özünü. Bi-
zimlə  oxşar  profillərə  sahib  olub  ancaq  bizdən  artıq  şeylərə 
sahib  olan  insanları  qısqanırıq.  Bu  hiss  bizi  içdən-içə  məhv 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə