Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə105/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   101   102   103   104   105   106   107   108   ...   123

333
- Evtanaziya kampında işləyirsən?
- Yox. 
Sürücü yenə nələrsə soruşmaq istədi ancaq Mavinin danış-
maq istəmədiyini bildirmə forması onu narahat etdi və susdu. 
Yolüstü içki mağazasına girmək istədiyini bildirdi Mavi. Sü-
rücü razılaşdı.
Pəncərədən şəhəri və dünyanı izləməyə başladı. Təlaşlıydı. 
Ürəyini ölüm qorxusu basmışdı. Bu qədər çətin olacağını dü-
şünməmişdi. Uzun müddətdi özünü bu an üçün hazırlamasına 
baxmayaraq yenə də qorxurdu. Təyyarədə başı yaxşı qarışmış-
dı deyə düşündü. Biraz içib danışa bilmişdi.
Bəlkə də Hera onun qarşısına çıxmamalıydı deyə düşündü 
və  kefsizləşdi. Yersiz,  vaxtsız  və  bərbad  bir  təsadüf  idi.  Öl-
məsəydi əgər, Herayla keçirəcəyi anların ehtimalları onu nara-
hat etdi. Gənc və gözəl. Sanki sözün əsl mənasında tanrılar öz 
əlləriylə Heranı onun təyyarəsinə, onun yanına qoymuşdular. 
Təyyarədəki sevişmələrini düşündü. Sözün əsl mənasında hər 
an  öləcəkmiş  kimi  yaşayan  insanın  təhlükəli  imkanları  necə 
dəyərləndirə biləcəyini düşündü. 
Lənətə  gələsi  hava  artıqlamasıyla  möhtəşəm  idi  bu  gün. 
İçindəki  yaşama  eşqini  oyadırdı.  Günəş  dərisini  yandırırdı. 
Bəlkə  də  bura  almamalıydı  bileti  deyə  düşündü.  Belə  gözəl 
gündə ölmək istəməzdi. Hava ölmək üçün heç uyğun deyildi. 
Ağlına  gələn  bütün  fikirləri  rədd  edərək  düşünməməyə 
çalışırdı. Bura ölməyə gəlmişdi və öləcəkdi də. Burdan geri 
ən azından ona görə yol yox idi ki, əgər yaşayası olsa yenə 
lənətə gələsi eyni problemlərlə əlləşməli olacaqdı. İşləmək və 
yenə işləmək. Nə qədər zavallı olasan ki işləmək dərdinə görə 
özünü ölüdürəsən deyə iç səsi onu lağa qoydu. Sonra susma-
yan iç səsi təkrar dilləndi və başqa hansı qorxaq sənin kimi öl-
mək üçün təyyarə ilə başqa bir yerə uçardı deyə onu ələ saldı. 
Özünə yazığı gəlirdi. 
O xaraba kamp, ölməyi belə bacara bilməyəcək dərəcədə 
qoca olan insanlar üçündür. Əli-ayağı tutmayan insanlar biri-
nin onları iynə vurub  öldürməsi üçün ora gedir və yalvarır-


334
dılar. Sən isə öz əlin ayağınla ora gedib içəri yeriyib ölməyə 
gəldiyini bildirəcəksən. Və sənə acıyaraq güləcəklər! Nə qədər 
axmaq olduğuna güləcəklər! 
Rədd olsunlar, onlar mənim nələr çəkdiyimi bilmirlər! 
Tək istədiyim şey ölümün yüngüllüyünü bir an əvvəl hiss 
etməkdir. Vurulacaq  iynənin  zəhərini  bütün  bədənimə  yaya-
caq olan damarlarımın hiss etdirəcəyi o yüngüllüyü istəyirəm. 
Başqa heç nə. İçimdə əksikliyini hiss etdiyim heç nəyin olma-
ması. Heçlik və yoxluq. Sadəcə bir gün daha dözməliyəm. Ya 
da bəlkə də elə bu gün, ora çatan kimi bitirməliyəm işi. Ya da 
özümlə son bir gün daha keçirməliyəm deyə düşündü.
Taksi bir içki mağazası qarşısında dayandı. Mavi enib bir 
siqaret, bir içki və yemək üçün bir  hamburqer aldı. Çıxarkən 
divarda  Terence  Mckenna  və  Timothy  Learynin  divara  gö-
bələklər içində çəkilmiş şəkilləri diqqətini çəkdi. Maşına min-
di. İçəridə siqaret çəkə bilsəydi kaş deyə düşündü. İçkini açıb 
içmək istədi, sürücünün reaksiyası səbəbilə əvvəlcə tərəddüd 
etdi, amma sonra açdı və başına çəkdi butulkanı. Sürücünün 
aynadan ona baxışını gördü. Bəlkə də siqaret yandırmağı da 
soruşmalıydı. Fikrindən daşındı.
Bir müddət sonra maşın meşəliyə bənzər bir əraziyə girib 
yuxarı, gözəl mənzərələrlə dolu dağ yamacına doğru irəlilədi 
və bir az getdikdən sonra ağ bir binanın qarşısında dayandı. 
İçində  kimsələr  qışqırmağa  başladı.  İçindəki  bitmək  bilməz 
şəxsiyyətlərindən yaşam tərəfdarı olanlar sanki yalvarırmışca-
sına qışqırırdılar. Sürücüyə sür geri get dedizdirmək istədilər 
ona bir anlıq. Qaçıb ordan uzaqlaşmaq istədi. Baxışları don-
muşdu.  Sürücünün  “çatdıq”  deməsi  onu  oyatdı.  Dönüb  ona 
baxırdı kişi. Sanki ölmək üçün çox cavan olduğunu düşünüb 
acıyırdı. Borclu olduğu miqdarı dedi kişi və Mavi pulu verib 
endi.  “Özünə  gəl!”  deyə  səsli  formada  özünə  təskinlik  ver-
məyə başladı. “Bütün o qədər vaxtdı istədiyin yoxluq, heçlik 
və dinclik indi cəmi bir neçə metr uzağındadı. Bəxtəvər hiss 
etməlisən özünü ay axmaq, qorxaq yox!”
Bir  siqaret  yandırdı.  Binanın  həyəti  alçaq  hündürlükdə 


335
səliqəylə  budanılmış  kola  bənzər  bitkilərlə  çərçivələnmişdi. 
Həyətində bir neçə maşın dayanmışdı. Ətrafdakı ölü sakitlik 
insanı qorxudurdu. Şəhərin bir az əvvəlki o günəşli və aydın 
havası sanki bir anda əksinə çevrilmişdi. Quşlar havada can-
sıxıcı dairələr yaradırdı. Buludlar sanki mənasızlıqlarını hiss 
edib kədərlənmişdilər və olduqca qüssəli görünürdülər. Tən-
bəl və kefsiz payız günəşi haralardasa gizlənmişdi nələrdənsə 
qorxarcasına. Tünd mavi bir çarəsizlik gəzirdi şəhərin üstün-
də. Ətrafı qorxunc bir təndirginlik bürümüşdü. Ölüm oradaydı, 
bunu hiss edə bilirdi. 
Siqareti bitirib içəri geçdi. Binaya girməmişdən sağ tərəfdə 
aşağıda böyük bir göl olduğunu gördü. Bina dağın üstündəydi 
və yüksək uçurumdan aşağıda möhtəşəm bir göl mənzərəsi var 
idi.  Ətraf  hər  yer  ağaclarla  örtülüydü.  Mənzərənin  gözəlliyi 
onun kefini pozdu və binanın içinə doğru yeridi. Kamp sanki 
dünyanın sonu, ucu və kənarı kimiydi. Uşaqlıqda həmişə dü-
şünürdü ki, dünyanın axırına qədər yerisən necə bir yerə gedib 
çıxarsan görəsən. Bir uçuruma gedib çıxırsan, ətraf hər yer du-
manlı. Tam da elə bir yerə gəlib çıxmışdı.
 Çox da böyük olmayan ilk binanın girişində kiçik bir holl 
var idi və yaşlı bir qadın oturmuşdu. Başqa heç kim yox idi, 
sanki hamını öldürmüşdülər. Qadın narahat gözlərlə onu süz-
dü.  Mavi  yaxınlaşdı,  salamlaşdı.  Evtanaziya  üçün  gəldiyini 
bildirdi. Qadın fikrindən əmin ola bilməyib soruşdu:
- Siz, kimisə gətirmisiniz? Yoxsa necə? Özünüz üçün?
- Özüm üçün.
- Həkim icazəniz var?
- Var. Budur. Major depressiya səbəbilə – deyib Mavi ci-
bindən  klinikadan  almış  olduğu,  lazım  olan  müddət  psixiatr 
və anti-depressant müalicəsi almış olduğunu göstərən sənədi 
çıxardı.
- Təşəkkürlər, bir dəqiqə gözləyin, məlumatlarınınızı sis-
temdən yoxlamalıyam.
Kompyuter ekranında bir neçə dəqiqə sənədin nömrəsini 
və doğruluğunu yoxladıqdan sonra qadın ona yandakı qapıdan 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə