204
bkCancel
- düymədə qırmızı rəngli X (xaç) işarəsi və Cancel sözü var. Burada,
Cancel xassəsinə True, ModalResult xassəsinə
mrCancel qiyməti mənimsədilir;
bkYes - düymədə yaşıl rəngli
˞
işarəsi və Yes yazısı var;
bkNo - düymədə qırmızı rəngli, üstündən xətt çəkilmiş çevrə (0) və No yazısı
var;
bkHelp - düymədə göy-yaşıl rəngli
˞
işarəsi və Help yazısı var;
bkClose - düymədə çıxışı göstərən qapı şəkli və Close yazısı var. Bu
düyməni
basdıqda forma avtomatik olaraq bağlanır;
bkAbort - düymədə qırmızı rəngli X (xaç) işarəsi və Abort yazısı var;
bkRetry - düymədə yaşıl rəngli təkraretmə əməliyyatı işarəsi və Retry yazısı
var;
bklgnore
- düymədə qəbul etməmək işarəsi ("dönüb gedən adam" şəkli) və
Ignore
yazısı var;
bkAll - düymədə yaşıl rəngli
˞
işarəsi və YesToAll yazısı var.
Əvvəlcədən müəyyənləşdirilmiş düymələr üçün Glyph xassəsini dəyişmək
məsləhət görülmür. Çünki, bu halda düymə onun üçün nəzərdə tutulmuş funksiyanı
yerinə yetirməyəcəkdir. Düymənin səthində yazıya nisbətdə
təsvirin yerləşməsini
TButtonLayout tipli Layout xassəsi müəyyənləşdirir. Bu xassə aşağıdakı qiymətləri ala
bilər:
blGlyphLeft -təsvir yazıdan solda (susmaya görə)
blGlyphRight -təsvir yazıdan sağda
blGlyphTop -təsvir yazıdan yuxarıda
blGlyphBottom -təsvir yazıdan aşağıda
Bunlardan başqa, BitBtn düyməsi üçün Margin və Spacing (hər
ikisi integer
tipli) xassələri var. Bu xassələr uyğun olaraq təsvir və yazılan düymənin kənarlarına
görə nizamlamaq və təsvirlə yazı arasındakı məsafəni (piksellə) müəyyənləşdirmək
üçündür. Susmaya görə, hər iki xassənin qiyməti (-i)-ə bərabərdir, yəni təsvir və yazı
düymənin mərkəzinə nisbətən simmetrik yerləşmişdir
downloaded from KitabYurdu.org