Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə165/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   161   162   163   164   165   166   167   168   169
Alqoritmlesdirme-ve-Programlasdirma

Visible xassəsi - 
Boolean tipli Visible xassəsi ekranda menyu bəndinin görünməsini müəyyən edir. 
Susmaya görə ona True qiyməti verilmişdir və menyu bəndi ekranda təsvir olunur. 
ShortCut xassəsi - 
TShortCut tipli ShortCut xassəsi klavişlər kombinasiyasını müəyyən edir, yəni 
menyu bəndinin yerinə yetirdiyi funksiyanı müəyyən klavişləri basmaqla da icra etmək mümkün olur. 
Klavişlər kombinasiyası Caption xassəsi ilə də müəyyənləşdirilə bilər (& simvolunun köməyi ilə). 
Bunların fərqi ondadır ki, klavişlər kombinasiyası Caption xassəsi ilə müəyyənləşdirildikdə, sərlövhədə 
simvol altdan xətt çəkilməklə nəzərə çarpdırıldığı halda, ShortCut xassəsində klavişlər kombinasiyası 
menyu bəndinin sağ tərəfində təsvir olunur. Bu xassəyə qiymət vermək üçün Obyektlər inspektorundan 
istifadə etmək daha əlverişlidir. Klavişlər kombinasiyasını proqramla müəyyən etdikdə isə 
ShortCut 
(Key
: Word; 
Shif t
: TShif tState) : TSortCut; 
funksiyasından istifadə etmək lazımdır. Burada Shift parametri idarəedici klavişi, Key isə hərf-rəqəm 
klavişini göstərir. Məsələn
Ctrl+
A klavişlər kombinasiyasını təyin etmək üçün bu funksiya belə 
yazılmalıdır: 
mnuSelectAll.ShortCut: ShortCut (Word('A'), [ssCtrl]); 
Break xassəsi
- TMenuBreak tipli Break xassəsi menyunun sütünlara bölünməsini təyin edir. Bu 
xassə aşağıdakı qiymətlərdən birini ala bilər: 
mbNone -menyu sütunlara bölünmür (susmaya görə);
mbBreak -cari bənddən başlayaraq menyu yeni sütun əmələ gətirir;
mbtBreakBar-cari bənddən başlayaraq menyu xətlə ayrılmış yeni sütun əmələ gətirir. 
Checked xassəsi
- Boolean tipli Checked xassəsi menyu bəndinin seçildiyini bildirir. Əgər bu xassəyə 
True qiyməti verilərsə, onda menyu bəndinin sərlövhəsində xüsusi qeydetmə nişanı əmələ gəlir. Susmaya 
görə Checked xassəsinə False qiyməti verilmişdir, ona görə də menyu bəndi seçilmir. 
Radioltem xassəsi
- Boolean tipli Radioltem xassəsi menyu bəndinin sərlövhəsində əmələ gələn 
qeydetmə nişanının görünüşünü müəyyən edir. Susmaya görə bu xassəyə False qiyməti verilmişdir və 
qeydetmə nişanı işarəsindən ibarətdir; True qiyməti verildikdə isə belə nişan kimi qalın nöqtə işarəsi 
təsvir olunur. 
downloaded from KitabYurdu.org


228 
Items xassəsi
- TMenuItems tipli Items xassəsi menyu bəndlərindən ibarət massivdir. Bu xassə ilə 
menyunun ayrı-ayrı bəndlərinə Items(O). 
 
Count xassəsi
- Integer tipli Count xassəsi menyuda bəndlərin sayını bildirir. Əgər menyuda bənd 
yoxdursa, həmin menyu üçün Count xassəsi sıfra barabər olur. 
Bu ümumi xassələrdən başqa, PopupMenu kontekst menyu komponentinin aşağıdakı xassələri vardır: 
AutoPopup xassəsi
- Boolean tipli AutoPopup xassəsi obyektin üzərində mausun sağ düyməsini 
basdıqda kontekst menyunun ekranda peyda olmasını müəyyən edir. Bu xassəyə susmaya görə True 
qiyməti verildiyindən mausun sağ düyməsini basdıqda kontekst menyu peyda olur. AutoPopup xassəsinə 
False qiyməti verdikdə isə kontekst menyu peyda olmayacaqdır. 
Aligment xassəsi
- TPopupAligment tipli Aligment xassəsi kontekst menyunun mausun göstəricisinin 
hansı tərəfində əmələ gəlməsini müəyyən edir. Bu xassənin aldığı aşağıdakı qiymətlərə uyğun olaraq 
mausun göstəricisi 
paLef t
- menyunun solyuxarı kənarını (susmaya görə),
paCenter
- üfqi vəziyyətə görə menyunun mərkəzini,
paRight
- menyunun sağyuxarı kənarını müəyyən edir. 
Komponentin üzərində mausun sağ düyməsini basdıqda kontekst menyunuda əmələ gəlməsi üçün, 
onun PopupMenu xassəsinə qiymət kimi, tələb olunan kontekst menyunun adı mənimsədilməlidir. 
Məsələn, Labell komponentinə aid kontekst menyunun yaradılması üçün proqramda 
Labell.PopupMenu:=PopupMenu1;
yazılmalıdır. 
Maus və ya klaviatura ilə menyu bəndini seçdikdə baş verən əsas OnClick hadisəsidir. Əksər hallarda, 
əlavələrdə eyni bir əməliyyat menyu bəndi, həm kontekst menyu və həm də alətlər panelində yerləşən 
düymə ilə icra olunur. Çünki, həmin əməliyyat eyni bir prosedur (modul) ilə icra olunur. Bunun üçün 
imitasiya prinsipindən 
istifadə edilir.
Misal
. Menyu bəndinin seçilməsini imitasiyası. 
procedure TForml.ButtonlClick (Sender: TObject); 
begin 
mnuOpen.Click;
end; 
Burada, Buttonl düyməsi basıldıqda, mnuOpen (ad şərtidir) bəndinin icra etdiyi əməliyyat yerinə 
yetiriləcəkdir. 
Layihələndirmə zamanı menyuların yaradılması xüsusi 
konstruktorunda
yerinə yetirilir.
Menyuları dinamik olaraq, proqramlaşdırma yolu ilə də yaratmaq mümkündür. 
downloaded from KitabYurdu.org


229 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə