228
Items xassəsi
- TMenuItems tipli Items xassəsi menyu bəndlərindən ibarət massivdir. Bu xassə ilə
menyunun ayrı-ayrı bəndlərinə Items(O).
Count xassəsi
- Integer tipli Count xassəsi menyuda bəndlərin sayını bildirir.
Əgər menyuda bənd
yoxdursa, həmin menyu üçün Count xassəsi sıfra barabər olur.
Bu ümumi xassələrdən başqa, PopupMenu kontekst menyu komponentinin aşağıdakı xassələri vardır:
AutoPopup xassəsi
- Boolean tipli AutoPopup xassəsi obyektin üzərində mausun sağ düyməsini
basdıqda kontekst menyunun ekranda peyda olmasını müəyyən edir. Bu xassəyə susmaya görə True
qiyməti verildiyindən mausun sağ düyməsini basdıqda kontekst menyu peyda olur. AutoPopup xassəsinə
False qiyməti verdikdə isə kontekst menyu peyda olmayacaqdır.
Aligment xassəsi
- TPopupAligment tipli Aligment xassəsi kontekst menyunun mausun göstəricisinin
hansı tərəfində əmələ gəlməsini müəyyən edir. Bu xassənin aldığı aşağıdakı
qiymətlərə uyğun olaraq
mausun göstəricisi
paLef t
- menyunun solyuxarı kənarını (susmaya görə),
paCenter
- üfqi vəziyyətə görə menyunun mərkəzini,
paRight
- menyunun sağyuxarı kənarını müəyyən edir.
Komponentin üzərində mausun sağ düyməsini basdıqda kontekst menyunuda əmələ gəlməsi üçün,
onun PopupMenu
xassəsinə qiymət kimi, tələb olunan kontekst menyunun adı mənimsədilməlidir.
Məsələn, Labell komponentinə aid kontekst menyunun yaradılması üçün proqramda
Labell.PopupMenu:=PopupMenu1;
yazılmalıdır.
Maus və ya klaviatura ilə menyu bəndini seçdikdə baş verən əsas OnClick hadisəsidir. Əksər hallarda,
əlavələrdə eyni bir əməliyyat menyu bəndi, həm kontekst menyu və həm də alətlər panelində yerləşən
düymə ilə icra olunur. Çünki, həmin əməliyyat eyni bir prosedur (modul) ilə icra olunur. Bunun üçün
imitasiya prinsipindən
istifadə edilir.
Misal
. Menyu bəndinin seçilməsini imitasiyası.
procedure TForml.ButtonlClick (Sender: TObject);
begin
mnuOpen.Click;
end;
Burada, Buttonl düyməsi basıldıqda, mnuOpen (ad şərtidir) bəndinin icra etdiyi əməliyyat yerinə
yetiriləcəkdir.
Layihələndirmə zamanı menyuların yaradılması xüsusi
konstruktorunda
yerinə yetirilir.
Menyuları dinamik olaraq, proqramlaşdırma yolu ilə də yaratmaq mümkündür.
downloaded from KitabYurdu.org