Alqoritm, xassələri və təsvir üsulları


Mühazirə 23: Menyularla iş



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə164/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   161   162   163   164   165   166   167   168   169
Alqoritmlesdirme-ve-Programlasdirma

Mühazirə 23: Menyularla iş 
Menyu Windows sistemində və onun əlavələrində ən vacib elementdir və demək olar ki, elə bir 
pəncərə yoxdur ki, orada menyu sətri olmasın. Menyu müəyyən funksional əlamətlərə görə birləşdirilmiş 
bəndlər yığımından ibarətdir və hər bir bənd müəyyən əmri icra edir. Windows sistemindən bilirik ki
menyular əsas menyu və kontekst (peyda olan) menyulardan ibarətdir. 
Əsas menyu 
menyular sətri kimi 
pəncərədə həmişə təsvir olunur və bütövlükdə əlavənin bütün funksiyalarını idarə edir. 
Kontekst menyu 
isə obyekt üzərində mausun sağ düyməsini basdıqda peyda olur və həmin obyektə aid müəyyən əmrləri 
icra etmək üçün istifadə edilir. 
Delphi-də əsas menyu 
MainMenu, 
kontekst menyu isə 
PopupMenu 
komponentləri ilə yaradılır. Bu 
komponentlər 
Standart 
səhifəsində yerləşir. Hər iki menyu TMenuItem tiplidir. TMenuItem sinfi əsas və 
kontekst menyuların bəndlərini təsvir etmək üçün istifadə olunur. Bu menyuların əsas ümumi xassələri 
aşağıdakılardır: 
Caption xassəsi - 
String tipli Caption xassəsi menyunun sərlövhəsindən ibarət sətirdir. Əgər 
sərlövhədə mətn əvəzinə "-" işarəsi yazılarsa, onda uyğun menyu bəndinin yerində ayrıcı qırıq xətt 
çəkiləcəkdir. 
downloaded from KitabYurdu.org


227 
Bitmap xassəsi - 
TBitmap tipli Bitmap xassəsi menyu bəndinin sərlövhəsinin sol tərəfində 
piktoqramın təsvir edilməsini müəyyənləşdirir, susmaya görə bu xassənin qiyməti Nil olur, yəni 
piktoqram yoxdur. 
Enabled xassəsi - 
Boolean tipli Enabled xassəsi menyu bəndinin aktivliyini bildirir, əgər onun 
qiyməti False olarsa, onda menyu bəndi aktiv olmur və sərlövhəsi solğun rəngli olur. Bu o deməkdir ki, 
həmin menyu maus və ya klaviatura ilə icra oluna bilməz. Susmaya görə Enabled xassəsinə True qiyməti 
verilmişdir, yəni o aktivdir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə