-Məktublarınızı hansı ünvana göndərirdiniz?
-Lidenhal küçəsinin poçtuna, əldən ələ verilmək şərti ilə.
Əgər büroya göndərilsə, bir xanımdan məktub aldığı üçün
digər katiblərin dilinə düşəcəyini dedi. Mən də onun etdiyi
kimi yazı makinasında yazmağı təklif etdim, amma bunu da
qəbul etmədi. Əllə yazanda həqiqətən məndən alırmış hissi-
ni yaşayırmış. Yazı makinası ilə yazsam aramıza yazı maki-
nasının girdiyini hiss edirmiş. Bu kiçik detallar məndən nə
qədər xoşu gəldiyini və düşündüyünü göstərir cənab,
Holms.
-Mən də kiçik şeylərin hər zaman önəmli şeylər oldu-
ğunu iddia edirəm, - Holms dedi. - Cənab Hosmer Angel
haqqında başqa kiçik şeylər də xatırlayırsınız?
-Çox utancaq bir adam idi, cənab Holms. Gözlərə həd-
dindən artıq nifrət etdiyi üçün, mənimlə daha çox axşam
gəzməyi seçirdi. Kübar və zərif insandı. Səsi də hündürdən
çıxmazdı. Gəncliyində boğaz xəstəliyi keçirdiyi üçün səsinin
belə tərəddüdlü, pıçıltı kimi çıxdığını demişdi bir dəfə. Hər
zaman yaxşı geyinirdi. Zövqlü və dəbdəbədən uzaq. Mənim
kimi, onun da gözləri zəif idi və işıqdan qorunmaq üçün
rəngli eynək taxırdı.
-Yaxşı, ögey atanız cənab Vindibank Fransaya getdikdən
sonra nə oldu?
-Cənab Hosmer Angel, evimizə gəldi və atam geri dön-
mədən evlənməyi təklif etdi. Çox ciddi idi və əlimi kitaba
basdıraraq, nə olursa-olsun ona sadiq qalacağıma and içdir-
di. Anam mənə and içdirməkdə haqlı olduğunu; bunun, eş-
qinin bir işarəsi olduğunu söylədi. Anam onu lap əvvəldən
sevmişdi, hətta mənim sevdiyimdən daha çox. Həftə içində
evlənməkdən bəhs etdikləri zaman mən atama nə deyəcəyi-
mizi soruşdum. Ona sonra xəbər verə biləcəyimizi, anamın
73
bunu nizamlaya biləcəyəni dedi. Bu heç xoşuma gəlməmişdi,
cənab Holms. Məndən yalnız bir neçə yaş böyük olmasına
baxmayaraq, icazə istəmək gülünc gəlirdi, amma yenə də be-
lə bir hərəkət etmək mənə pis gəldi və şirkətin Fransa büro-
sunun yerləşdiyi Bordoya məktub yazdım, amma məktub
evlənəcəyim günün səhərisi geri qayıtdı.
-O halda atanıza xəbər verə bilmədiniz.
-Bəli cənab, çünki atam, məktubu almadan İngiltərəyə
yola düşmüşdü.
-Baho! Böyük problemdir. Evlilik cümə gününə təyin
edilmişdi. Kilsədə olacaqdı?
-Bəli cənab, səssiz bir mərasim olacaqdı. “King's
Cross”da Sant Saviurda mərasim, sonra da Sant Pankras ote-
lində nahar. Hosmer bir faytonla gəldi, amma biz iki nəfər
olduğumuzdan, bizi ona əyləşdirdi və özü, küçədə saxladığı
başqa bir faytona mindi. Kilsəyə ilk çatan biz olduq və onun
faytonu çatanda düşməsini gözlədik, amma düşən olmadı.
Faytonçu aşağı enib içəri baxdı və heç kəs yox idi!
Faytonçu nə baş verdiyini başa düşmədi, çünki adamın
mindiyini öz gözləri ilə görmüşdü. Bu keçən cümə olub, cə-
nab Holms və o zamandan bəri ondan bir xəbər yoxdur. Ona
nə olduğunu bilmək istəyirəm.
-Məncə sizə qarşı çox səhv davranıblar, - dedi Holms.
-Yox cənab, nə danşırsınız! Məni ortalıqda qoymayacaq
qədər yaxşı insan idi. Məni xəbərdar etmişdi bütün səhər, nə
olursa-olsun ona sadiq qalmalı olduğumu tez-tez vurğula-
yırdı. Bizi ayıracaq gözlənilməz bir şey olsa da and içdiyi-
mizi və gec-tez bu andı yerinə yetirəcəyini demişdi. Evlilik-
dən öncə qəribə söhbətlər idi, amma demək ki, hamısının bir
mənası varmış.
74
-Elədir. O halda sizin fikrinizcə cənab Angelin başına
gözlənilməz bir fəlakət gəlib?
-Bəli. Yəqin təhlükəni əvvəldən görüb, yoxsa nə üçün o
sözləri desin ki? Və düşünürəm qorxduğu başına gəlib.
-Amma nə ola biləcəyini bilmirsiniz, eləmi?
-Heç nə bilmirəm...
-Bir sual da verim. Ananız bu hadisəni necə qarşıladı?
-Hirsləndi və bu mövzunu bir daha açmamağımı tap-
şırdı.
-Yaxşı atanız? Ona da danışdınızmı?
-Bəli; nə isə baş verməsi ilə bağlı eyni fikirdə olduğunu
və Hosmerdən yenidən xəbər alacağıma inandığını söylədi.
Dediyi kimi, kiminsə məni kilsə qapısına qədər gətirib, sonra
da tərk etməsinin necə izahı ola bilərdi ki?
-Əgər məndən borc pul alsaydı, və ya mənimlə evlənib
pulumu üstünə keçirmiş olsaydı bu aydın olardı, amma
Hosmer puldan heç danışmamışdı. Onsuz da puluma göz
dikəcəyini düşünmürəm.
-Yaxşı o zaman nə ola bilər? Və niyə heç xəbər göndər-
mir?
-Ah, bunları düşünməkdən az qala dəliyə dönürəm. Ge-
cələri gözümə bir damla olsun yuxu girmir. - Çantasından
kiçik bir dəsmal çıxardı və hıçqırığını gizləməyə çalışdı.
-Sizin üçün məsələni araşdıracağam, - dedi Holms ayağa
qalxaraq. - Qəti bir nəticəyə çatacağımız mövzusunda heç bir
şübhəm yoxdur. İcazə verin məsələnin bütün məsuliyyətini
mən üzərimə götürüm və siz də bu mövzuda daha çox dü-
şünməyin. Hər şeydən əvvəl, o necə sizin həyatınızdan çıxıb
getdisə, siz də cənab Hosmer Angeli, yaddaşınızdan silməyə
çalışın.
-Demək, onu bir daha görməyəcəyimi düşünürsünüz.
75
-Təəssüf ki, elədir.
-Yaxşı ona nə olub?
-Bu sualın cavabını mənə buraxın. İndi lütfən cənab An-
gelin görünüşündən bəhs edin. Bir də, mümkünsə, saxladı-
ğınız məktubların bəzilərini bizə verməyinizi xahiş edirəm.
-Keçən şənbə “Xronikl”da onunla bağlı elan vermişdim.
Bu da həmin qəzetin surəti. Bunlar da ondan aldığım mək-
tublardan dördü.
-Təşəkkür edirəm. Yaxşı sizin ünvanınız?
-Lyon meydanı, Nömrə: 31, Kambervel.
-Cənab Angelin ünvanını heç cür öyrənə bilmədiniz.
Yaxşı atanızın iş ünvanı nədir?
-Fençurx küçəsindəki böyük şərab idxalatçısı adlandırı-
lan “Westhouse&Marbank” da işləyir.
-Təşəkkür edirəm. Hər şeyi aydın izah etdiniz. Sənədləri
burada qoyun və sizə verdiyim tövsiyəni unutmayın. Bütün
məsələni bağlayın getsin, həyatınıza daha çox təsir etməsinə
icazə verməyin.
-Çox nəzakətlisiniz cənab Holmes. Lakin bunu edə bil-
mərəm. Hosmerə sadiq qalmalıyam. Geri döndüyü zaman
gəlişinə hazır olmalıyam. - Dəbdəbəli şlyapası və olduqca
mənasız üz ifadəsinə baxmayaraq, hörmət oyandıran əsilza-
də bir inanclı qonağımız kiçik kağız yığınını masanın üstünə
qoydu və xəbər göndərilərsə, dərhal gələcəyinə söz verərək
getdi.
Şerlok Holms, əllərinin barmaq ucları birləşmiş, ayaqla-
rını uzatmış bir halda, düz tavana baxaraq, bir müddət səs-
sizcə oturdu. Sonra, özü üçün bir məsləhətçi funksiyası ye-
rinə yetirən köhnə tənbəkisini rəfdən götürdü və onu yan-
dıraraq, yerində əyləşdi. Bezgin halda arxaya söykəndi və
tənbəkisindən sıx, mavi tüstülər çıxarmağa başladı.
76
Dostları ilə paylaş: |