nə qədər ortalıqda dolaşaraq, günahdan-günaha atılacaq və
sonunda dar ağacına gedib çıxacaq. Amma hadisəmiz müx-
təlif tərəflərdən maraqlı və diqqətçəkən idi, elə deyilmi Uat-
son?
-Mən hələ fikir yürütməyinin
mərhələlərini tam olaraq
anlaya bilməmişəm dedim. İzah edim. Lap əvvəldən, bu cə-
nab Hosmer Angelin qəribə davranışının arxasında güclü bir
məqsəd olduğu bəlli idi. Bu hadisədən ən çox qazanclı çıxa-
caq adamın da ögey ata olduğu açıq-aydın görünürdü. Sonra
iki adamın heç zaman bir araya gəlməməyi, biri yoxkən di-
gərinin ortaya çıxması da şübhəli idi. Maskalanmağı xatırla-
dan rəngli eynəklər, qəribə səs və qalın birçəklər də şübhə-
liydi. İmzasını belə yazı makinası ilə atması, onu göstərirdi
ki gənc xanım bu şəxsin əlyazmasını çox yaxşı tanıyır. Bu bü-
tün şübhələrimi təsdiqləmiş oldu. Görürsən ki, bütün həqi-
qətlər daima yeganə bir istiqamətə işarə edirdi.
-Yaxşı bunları necə sübut etdin?
-Şübhəlini müəyyən etdikdən sonra, tapmaq asan idi. İş-
lədiyi şirkəti bilirdim. Əlimdə onu təsvir edən maskalanmaq
üçün istifadə edilmiş hər xırda ünsürdən – birçəyi, səsi kimi
– onun təsvirini təmizləyərək, şirkətə göndərdim və bu təri-
fin işçilərdən hər hansı birinə uyğun gəlib, gəlmədiyini so-
ruşdum. Yazı makinasının xüsusiyyətlərini onsuz da fərq et-
mişdim, buna görə adamın özünə yazaraq bura gəlməsini
xahiş etdim. Cavab gözlədiyim kimi makinayla yazılmışdı
və bənzər xüsusiyyətləri göstərirdi. Fençurx küçəsindəki
“Westhouse&Marbank”dan gələn cavab bu təsvirə uyğun iş-
çinin Ceyms Vindibanka tam uyğun gəldiyini bildirirdi.
“Voila tout!"
6
6
Vəssalam! (fransızca)
86