lirik. Amma, nizamımızı pozan ilk şey bu elan oldu. Səkkiz
həftə əvvəl bu gün, Spoldinq əlində bu qəzetlə büroya gəlib
belə dedi: “Kaş ki, qırmızısaçlı olsaydım, cənab Vilson.”
-Elə niyə, - deyə soruşdum. - Baxın, dedi, qırmızısaçlılar
klubu yeni iş elanı da verib. Olduqca yaxşı maaş verirlər və
anladığım qədəriylə hələ də işçiyə ehtiyacları var. Adamlar
əllərindəki pulla nə edəcəklərini bilmirlər. Saçımın rəngini
dəyişdirə bilsəydim, heç düşünmədən gedərdim.
-Bu nə klubdur ki, - soruşdum. Evdən tez-tez çıxan bir
adam deyiləm, cənab Holms. İşimlə evim eyni yerdə olduğu
üçün bəzən həftələrlə evin qapısından kənara addım atmı-
ram. Buna görə kənarda nə baş verdiyindən çox da xəbərim
olmur və dolayısıyla belə xəbərləri dinləmək xoşuma gedir.
Nə isə... Köməkçim heyrətlə gözlərini bərəldib soruşdu:
-Qırmızısaçlılar klubunu eşitməmisiniz?
-Yox, heç eşitməmişəm.
-Bu həqiqətən də qəribədir, bilirsinizmi? Çünki işlərdən
biri tam sizə uyğundur.
-Yaxşı nə qədər verirlər, - deyə soruşdum.
-İldə yüz-iki yüz, amma iş çox sadə işdir, bir tərəfdən də
əsas işinizə davam edə bilərsiniz.
-Təxmin edə bilərsiniz ki, bu söhbətə qulaq şəklədim,
çünki bir neçə ildir işlər çox yaxşı getmirdi və ildə bir neçə
yüz sterlinq, vəziyyətimi düzəltməyə çatardı.
-Mənə hər şeyi izah et, - dedim.
-Baxın, - dedi elanı göstərərək, - klub işçi axtarır, müra-
ciət edəcəyiniz ünvan da burada yazılıb. Klub, bildiyim qə-
dər, İezeki Hopkins adlı qəribə Amerikalı milyoner tərəfin-
dən qurulub. Özü də qırmızısaçlıymış və bütün qırmızısaç-
lılara böyük simpatiyası varmış; buna görə öldükdən sonra
mirasının qırmızısaçlı insanlara rahatlıq yaratmaq məqsədi
95
ilə bir vəqf qurulmasını vəsiyyət edib. Eşitdiyimə görə maaş
çox yaxşı, iş də çox sadə imiş.
-Lakin, - dedim, - müraciət edəcək milyonlarla qırmızı-
saçlı var yəqin ki…
-Düşündüyünüz qədər çox deyil, - deyə cavab verdi.
Onsuz da bu elanlar, Londonlu və yetkin insanlar üçün nə-
zərdə tutulub. Bu Amerikalı, iş həyatına gənc ikən London-
da başlayıb və borcunu belə ödəmək istəyib. Deyilənlərə gö-
rə, saçın açıq və ya tünd qırmızı olması azdır, sizinki kimi
parlaq qırmızı olması lazımdır. Bəli cənab Vilson, əgər mü-
raciət etsəydiniz dərhal işə götürülərdiniz; amma bəlkə də
bir neçə yüz sterlinq üçün dəyməz.
-Sizin də gördüyünüz kimi cənablar, mənim saçım çox
parlaq qırmızı rənglidir və bu mövzuda mənimlə yarışa bi-
ləcək kimsə olmadığını düşündüm. Mənə elə gəldi ki, Vin-
sent Spoldinq bu mövzuda çox şey bilir. Buna görə, faydası
toxunacağını düşünərək, qapıları bağlayıb mənimlə gəlmə-
yini tapşırdım. Onsuz da o da belə istirahətə çox həvəsli idi.
Elanda verilən ünvana yollandıq. Belə bir mənzərəni bir da-
ha görmək istəmərəm, cənab Holms. Şimaldan, cənubdan,
şərqdən və qərbdən, saçında ən kiçik qırmızı bir ton olan hər
kəs şəhərə gəlib, ünvanı axtarırdı. Flit küçəsi qırmızı saçlı in-
sanlarla dolub daşırdı. Pops Kurt, bir meyvəsatanın porta-
ğal satdığı piştaxtaya dönmüşdü. Ölkəmizdə qırmızı saçlıla-
rın bu qədər çox olduğunu bilmirdim. Hər ton vardı – sa-
man, limon, portağal, kirəmit, ciyər, gil; lakin Spoldinqin de-
diyi kimi canlı, parlaq qırmızı yox idi. Mən olsam bu kütləni
görüb imtina edərdim. Amma Spoldinqə söz başa sala bil-
mədim. Necə bacardığını bilmirəm, itələyərək, dartaraq, sü-
rüyərək, məni bir təhər kütlənin arasından çıxarıb büronun
önündəki pilləkənlərə qədər gətirdi. İki istiqamətdə hərəkət
96
vardı, bəziləri ümidlə yuxarı çıxır, digərləri kədərli halda ge-
ri dönürdü. Əlimizdən gəldiyi qədər irəlilədik və sonunda
büroya girə bildik.
-Başınıza gələnlər çox maraqlıdır, - deyərək Holms onun
sözünü kəsdi. Müştərisi bir anlıq dayananda yaddaşını təzə-
ləmək üçün bir az burunotu çəkdi. - Lütfən maraqlı hekayə-
nizə davam edin.
-Ofisdə, bir neçə stul və arxasında məndən daha qırmızı
saçlı cılız bir adamın oturduğu masadan başqa bir şey yox
idi. Gələn hər namizədə nə isə deyir və hər dəfəsində onları
keçirməyəcək bir neçə qüsur tapa bilirdi. İşə qəbul edilmək o
qədər də asan görünmürdü. Lakin növbə bizə çatanda bu cı-
lız adam mənə hamıdan daha yaxşı davrandı və xüsusi danı-
şa bilməyimiz üçün qapını bağladı.
-Bu, cənab Cabez Vilsondur, - dedi köməkçim, - klubda
işə girmək istəyir. Və şəxsən özü bu işə çox uyğun gəlir, de-
yə cavab verdi digəri. Lakin nəzərə almalısınız ki, biz də bəzi
tədbirlər görmüşük. Bunu dedikdən sonra iki əliylə saçla-
rımdan yapışdı və mən ağrıdan qışqırana qədər dartdı.
-Gözlərin yaşardı, dedi, saçlarımı buraxaraq. Qüsura
baxmayın cənab; bu mövzuda diqqətli olmağımız lazımdır,
çünki əvvəldən iki dəfə pariklə, bir dəfə də boyayla aldadıl-
dıq. Yaxşı ki, sizin saçınız həqiqiymiş.
Pəncərəyə doğru gedərək var gücü ilə işçi götürdükləri
ilə bağlı məlumatı qışqırdı. Aşağıdanuğultu qopdu və hər
kəs fərqli istiqamətlərə doğru gözdən itdi. Artıq məndən və
müdirimdən başqa qırmızısaçlı qalmamışdı.
-Mənim adım dedi, Dunkan Rossdur və mən özüm də
əsilzadə hamımızın vəqfindən faydalanan bir təqaüdçüyəm.
Evlisinizmi cənab Vilson? Uşaqlarınız varmı?
Olmadığını dedim.
97
Üzü birdən tutuldu:
-Aman Tanrım! Bu həqiqətən çox ciddi məsələdir! Bunu
eşitdiyimə kədərləndim dedi. Çünki vəqf, qırmızısaçlıların
həm gələcəyini təmin etməyi, həm də çoxalmalarını məqsəd
olaraq seçib. Subay olmanız böyük şanssızlıqdır.
-Bunu eşidəndən sonra mən də tutuldum, cənab Holms,
çünki işə götürülməyəcəyimi düşündüm. Lakin adam bir ne-
çə dəqiqə düşündükdən sonra bunun əhəmiyyətli olmadığı-
nı söylədi.
-Bir başqası olsaydı ciddi bir çatışmazlıq sayılardı, lakin
sizin kimi saçları olan biri üçün qaydaları bir az yüngülləş-
dirməliyik. Yeni işinizə nə vaxt başlaya bilərsiniz?
- Hə, bir az axmaq görünə bilər, amma onsuz da işim
var, dedim.
- Problem deyil, cənab Vilson, dedi Vinsent Spoldinq.
Bunu həll edə biləcəyinə inanıram.
-Hansı saatlarda işləyəcəyəm, deyə soruşdum.
-Ondan ikiyə.
-Bu kirayə ofisi ən çox axşamlar işləyir cənab Holms, xü-
susilə də ödəmə günündən əvvəlki çərşənbə və cümə axşam-
ları. Buna görə səhərlər çalışmaq mənə sərf etdi. Qaldı ki, kö-
məkçim, o işi yaxşı bilirdi və bir şey lazım olsa həll edə bi-
lərdi.
-Bu mənə çox uyğundur, dedim. Yaxşı bəs maaşım?
-Həftədə 4 sterlinq.
-Bəs görüləcək iş?
-Tamamilə görüntü xatirinə.
-Tamamilə görüntü xatirinə deyərkən nə demək istəyir-
siniz?
-Bütün iş boyunca ofisdə ya da heç olmasa binada ol-
maq məcburiyyətindəsiniz. Əgər çölə çıxarsanız, işi əbədi
98
Dostları ilə paylaş: |