Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə25/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

Holms düşüncəli bir şəkildə oturduğu yerdən dikəldi: 
-Tamamən təxmin  etdiyim  kimidir,  -  dedi.  -  Qulaqla-
rında sırğa dəliyi var idimi? 
-Bəli cənab. Gəncliyində bir qaraçıya qulağını deşdirdi-
yini demişdi. 
-Başa düşürəm, - dedi Holms stuluna çökərək. - Hələ ya-
nınızdadırmı?  
-Bəli cənab. Hətta onu evdə qoyub gəldim. 
-Siz olmayanda işləriniz gedirmi?  
-Heç şikayətim olmayıb cənab. Səhərlər onsuz da çox iş 
olmur. 
-Bu qədər kifayətdir, cənab Vilson. Bir-iki günə, sizə xə-
bər verərəm. Bu gün şənbədir. Ümid edirəm bazar ertəsinə 
qədər bu məsələni həll edərik. 
-Hə, Uatson, - qonağımız getdikdən sonra Holms dedi, - 
Bütün bunlardan nə nəticəyə gəlirsən? 
-Heç bir şey, - dürüstcəsinə cavab verdim. - Çox sirli bir 
işdir.  
-Ümumiyyətlə, - dedi Holms, - bir şey nə qədər qəribə 
görünürsə, o qədər az sirli olduğu ortaya çıxır. Eynilə sadə 
təyin etmənin  çox  çətin  olduğu  kimi,  əsas  ağıl  çaşdıran  da 
sadə,  ümumi  cinayətlərdir. Amma  bu məsələdə  daha çevik 
davranmalıyam. 
-Yaxşı nə etməyi düşünürsən?  
-Siqar çəkməyi, -cavab verdi. - Bu, ən azı üç siqarlıq bir 
problemdir  və  buna  görə  əlli dəqiqə  boyunca  danışmayaq. 
Arıq  qıçlarını  çənəsinə  qədər  çəkərək,  kresloda  qıvrıldı  və 
gözlərini yumaraq orada sakitcə oturdu. Ağzındakı qara si-
qarı  qəribə  bir  quşun  dimdiyi  kimi  dayanırdı.  Bir  müddət 
sonra,  yatdığını  düşünməyə  başlamışdım  ki,  birdən  kreslo-
103
 
 


sundan  atıldı  və  siqarını  buxarının  üstünə  qoyaraq  danış-
mağa başladı. 
-Bu gün günortadan sonra Sant Ceyms salonunda Sara-
sate oynayırıq. Nə deyirsən Uatson? Xəstələrin sənə bir neçə 
saat icazə verə bilərlərmi? 
-Bu gün görüləcək işim yoxdur. İşim heç zaman vaxtımı 
almır onsuz da. 
-Elə isə şlyapanı götür və gəl. Əvvəl şəhər mərkəzinə ge-
dəcəyəm, yolda günorta yeməyi yeyə bilərik. Bugünkü proq-
ramda Alman musiqisi var.  Bunu İtalyan və ya Fransız mu-
siqisinə  dəyişə  biləcəyimi  bilirsən.  Hər  zaman  qapalıdır  və 
bu gün də mənə lazım olan budur. Gedək! 
Metro  ilə  Oldersqeytə  qədər  getdik;  oradan  qısa  yolla, 
bu səhər dinlədiyimiz qəribə əhvalatın baş verdiyi “Seks Ko-
burq” meydanına getdik. Sakit, kiçik, kübar bir yer idi. Dörd 
sıra iki mərtəbəli kirəmitli evlər bir az yaşıllıq, bir az da sol-
muş dəfnə kollarından ibarət olan bir əraziyə baxırdı. Yenə 
də bütün bunlar tüstü, xoşagəlməz  atmosferə mane ola bil-
mirdi. Küncdə, qəhvəyi reklam lövhəsinin üzərində ağ hərf-
lərlə "CABEZ VILSON" yazılmışdı, beləcə evin, qırmızı saçlı 
müştərimizin  işlədiyi  yer  olduğu  aydın  olurdu.  Şerlok 
Holms, evin qarşısında dayandı və işıldayan gözləri ilə, baş-
dan ayağa araşdırdı. Sonra yavaşca küçənin yuxarısına getdi 
və geriyə addımlayaraq, küncə doğru gəlməyə başladı. Hələ 
diqqətlə  baxırdı.  Sonunda  kirayə  ofisinin  önünə  gəldi,  çəli-
yiylə  səkiyə  iki-üç  dəfə  bərk-bərk  vurduqdan  sonra  qapını 
döydü. Parlaq görünüşlü, üzütəraşlı gənc qapını açdı və onu 
içəri dəvət etdi.  
-Təşəkkür edirəm, - dedi Holms. - Sadəcə buradan sahilə 
necə gediləcəyini soruşacaqdım. Gənc qapını bağlaya-bağla-
ya tələsik cavab verdi: 
104
 
 


-Sağdan üçüncü küçədən dönün, sonra soldan dördüncü 
küçədən yolu görəcəksiniz. 
-Ağıllı  adamdır,  -  dedi  Holms,  oradan  uzaqlaşarkən.  - 
Məncə,  Londonun  ən  ağıllı  dördüncü  adamıyla  qarşı-qarşı-
yayıq; hətta üçüncü belə ola bilər. Onun haqqında daha əv-
vəldən bəzi şeylər eşitmişdim. 
-Görünüşə  görə  cənab Vilsonun  köməkçisi,  bu  qırmızı-
saçlılar klubu məsələsində əhəmiyyətli rol oynayır. Əminəm 
bura sırf onu görmək üçün gəlmisən. 
-Onu yox. 
-Bəs kimi? 
-Şalvarının dizlərini. 
-Yaxşı nə gördün? 
-Görməli olduğumu. 
-Çəliyi səkiyə niyə vurdun? 
-Sevimli  Doktor,  indi  müşahidə  zamanıdır,  danışmaq 
zamanı  deyil.  Biz  düşmən ölkəsindəki  casuslar  kimiyik. 
“Seks Koburq” meydanı haqqında bəzi şeylər öyrəndik. İndi 
arxa küçələri kəşf edək. 
“Seks-Koburq” meydanından aralandıqdan sonra qarşı-
laşdığımız  görüntü,  bir  şəklin önüylə  arxa  üzü  arasındakı 
fərq qədər diqqət çəkici idi. Şəhər mərkəzinin nəqliyyat xət-
tini  şimala  və  qərbə  bağlayan  ana  xətlərdən  birinin  üzərin-
dəydik  indi.  Ətrafdakı  ticarət mərkəzləri,  gedəniylə,  gələ-
niylə davamlı bir hərəkət halında idi və səkilər, qaçışan  pi-
yadaların ayaq izlərindən qapqara olmuşdu. Dəbdəbəli ma-
ğazaları  və  böyük  iş  mərkəzləriylə  bir  az  əvvəl  gəldiyimiz 
solğun və hərəkətsiz yerdən çox fərqli idi. 
-Bir baxaq, - dedi Holms, küncdə dayanıb prospektə ba-
xaraq. - Buradakı binaların sırasını yaddaşıma yerləşdirmək 
istəyirəm. Londonu yaxşı tanımaq mənim hobbimdir. Bu tü-
105
 
 


tün  mağazası  Mortimerin  yeridir,  sonra  kiçik  qəzet  köşkü, 
bu  da  “City&Suburban”  Bankının  Koburq  şöbəsidir,  ardın-
dan Vegeteryan restoranı gəlir və buradakı da Mak Ferlena-
nın  deposudur.  Buradan  da  birbaşa  digər  bloka  keçmək 
mümkündür. 
-İndi  Doktor,  vəzifəmizi  tamamladığımıza  görə 
əyləncəyə  keçə  bilərik.  Bir  buterbrod  və  bir  fincan  qəhvə, 
oradan da skripkaların şirin, zərif və mütənasib dünyasına. 
Orada, bizi tapmacaları ilə narahat edəcək qırmızısaçlı müş-
tərilər olmaz.  
Dostum, yalnız xəfiyyə deyil, bəstəkarlıqda da peşəkar, 
yaxşı bir musiqiçi idi. Günortadan sonra konsert salonunda 
böyük  bir  xoşbəxtliklə  oturub,  hərdənbir  zəif  barmaqlarını 
musiqinin  tempinə  görə  yelləyərək,  yüngülcə  gülümsəyən 
üzü, rahatdüşüncəli baxışlarıyla özünü musiqiyə verdi. De-
tektiv Holmsdan; mərhəmətsiz, iti zəkalı və bacarıqlı Holms-
dan əsər-əlamət  yox idi. Bənzərsiz xarakterinin bu ikili təbi-
əti  zaman-zaman  bir-birinin  yerini  alaraq,  dəyişikliyə  yol 
açırdı. Arada sırada ortaya çıxan poetik və düşüncəli ruh ha-
lının,  həddindən  artıq  zəkası  və  düşüncəsi  ilə  əlaqələndir-
mişdim. Təbiətimdəki bu dəyişikliklər, həddindən artıq bez-
ginliklə istehlakçı bir dinamika arasında təbəddülata aparıb 
çıxarırdı.  Bəzən  günlərlə  kreslosunda  oturub  improvizə  və 
qotik  yaradıcılığı  ilə  maraqlanardı. Amma  içindəki  ov ehti-
rası oyananda o parlaq ağıl gücü geri dönər, üslubundan xə-
bərsiz insanları yenidən heyrətə salardı. Onu Sant Ceyms sa-
lonunda musiqiyə dalmış  halda gördüyüm zaman, izlədiyi  
insanların sonunun heç də yaxşı olmayacağını hiss etdim. 
Bayıra çıxanda üzünü mənə tutdu: 
-Şübhəsiz, artıq evə getmək istəyirsən Doktor? 
-Bəli, yaxşı olardı. 
106
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə