-Olduqca maraqlı bir iş olacaq bu, - deyə sözə başladı. –
Qızın özü, əhəmiyyətsiz kiçik problemindən daha maraqlı-
dır. Qeydlərimə baxsan, 77-də Andoverdə və keçən il Haqu-
edə bənzər hadisələr olduğunu görərsən. Əslində fikir köhnə
olmasına baxmayaraq, mənim üçün tamamilə yeni bir neçə
detal var. Amma qızın özü kifayət qədər məlumat verdi.
-Mənim görə bilmədiyim bir çox şeyi görmüsən yəqin, -
dedim.
-Görmədiyin deyil, fərq etmədiyin, Uatson. Hara baxa-
cağını bilmədiyin üçün əhəmiyyətli nöqtələri qaçırdın. Paltar
qollarının əhəmiyyətini, baş barmaq dırnaqlarının söylədik-
lərini və ya bir ayaqqabı bağının verdiyi məlumatların nə qə-
dər qiymətli olduğunu heç cür izah edə bilmədim sənə. Yax-
şı, qadının görünüşündən sən nələr başa düşdün? Onu mənə
təsvir et.
-Hmm, üstündə kirəmit qırmızısı rəngində tükü olan
qurğuşun rəngli, geniş kənarlı bir şlyapası vardı. Kiçik qara
bəzəməli, qara muncuqlu bir pencək geyinmişdi. Boynunda
və qollarında bənövşəyi məxmər parçalar işlənmiş tünd qəh-
və rəngində bir paltarı vardı. Bozumtul əlcəklərinin sağ işarə
barmağı köhnəlmişdi. Çəkmələrinə baxmadım. Yumru qızıl
sırğaları vardı. Kobud və rahat görünüşünün altında vəziy-
yətinin yaxşı olduğunu bildirən işarələr vardı.
Şerlok Holms əllərini yüngülcə çırparaq qaqqıldadı.
-Məndən soruşsan Uatson, çox yaxşı gedirsən. Həqiqə-
tən yaxşı müşahidə etmisən. Əhəmiyyətli olanları gözdən
qaçırdığın aydındır, amma metodu tutmusan və rənglər
mövzusunda da olduqca diqqətlisən. Amma ümumi təəssü-
ratlara heç bir zaman güvənmə dostum, həmişə detallara yö-
nəl. Mən bir qadında ilk olaraq paltar qollarına baxıram. Bir
kişidə isə şalvarın dizlərinə. Sənin də gördüyün kimi bu qa-
77
dının qollarında məxmər vardı, məxmər izə düşmək üçün
çox faydalı bir vasitədir. Biləkdən bir az yuxarıdakı ikiqat
məxmər, bir makinaçının masaya qolunu söykədiyi yeri gös-
tərir. Tikiş maşını da bənzər bir iz qoyur, amma buradakı-
nın əksinə olaraq iz, sol qolda və baş barmaqda meydana gə-
lir. Sonra üzünə baxanda, burnunun hər iki yanındakı “kə-
pənək” eynək izini görüncə ilk anda söylədiklərim onu çaş-
dırdı.
-Məni də çaşdırdı.
-Amma hər şey açıq-aydındır. Sonra çəkmələrinə baxdı-
ğım zaman mən də çaşdım. Çəkmənin bir tayı digərinə bən-
zəmirdi. Birinin üstündəki iplər bəzəkliykən, digərininki sa-
də idi. Birinin beş düyməsindən altdakı ikisi düymələn-
mişkən, digərinin birinci, üçüncü və beşinci düymələri düy-
mələnmişdi. O halda, yaxşı geyimli gənc bir qadınla qarşı-
laşdığında çəkmələrinin nə qədər qəribə və düymələrinin
necə tam düymələnməmiş olduğunu görsən, evdən tələsik
çıxdığını söyləmək çətin olmaz.
Hər zamankı kimi dostumun bu iti zəkasından təsirlən-
miş bir şəkildə soruşdum:
-Yaxşı başqa?
-Belə baxanda, evdən ayrılmadan əvvəl, hələ tamamilə
paltarını geyinməmiş, nə isə yazdığını fərq etdim. Sağ əlcə-
yinin işarə barmağının köhnəlmiş olduğunu sən də görmüş-
dün, amma həm əlcəkdə, həm də barmaqda bənövşəyi bir
mürəkkəb ləkəsi olduğunu hər halda fərq etmədin. Tələsik
yazarkən qələmi mürəkkəbə çox batırıb. Bu, səhər olması
mümkün idi, çünki əks halda iz barmaq üzərində bu qədər
diqqətə çarpan şəkildə qalmazdı. Bütün bunlardan bəhs et-
mək əyləncəli ola bilər, amma artıq işə qayıtmalıyıq Uatson.
Cənab Hosmer Angelin elandakı tərifini oxuya bilərsənmi?
78
Kiçik qəzet parçasını işığa tutdum.
"Bu ayın on dördü səhəri Hosmer Angel adlı bir cənab
itmişdir. Təxminən 1,70 m boyu, güclü bədən quruluşlu, sol-
ğunüzlü, qara saçlı, gur qara birçəkli və bığlı; rəngli eynək
taxır və azacıq nitq qüsurundan əziyyət çəkir. Son dəfə, üs-
tündə qara, ipək qurşaqlı frak, qızıl Albert zənciri, boz Har-
ris tüvit şalvar və qəhvəyi rəngli ketrli çəkmələr vardı. Li-
denhal küçəsində bir büroda işlədiyi bilinir. Görənlərin..."
-Bu qədəri yetər, - dedi Holms. - Məktublara gəlincə, çox
adi məktublardır. Balzakdan bir epiqraf xaricində cənab An-
gellə əlaqədar heç bir ipucu yoxdur. Lakin əhəmiyyətli bir
nöqtə var ki, şübhəsiz sənin də diqqətini çəkəcəkdir.
-Hamısı makinada yazılıb, - deyə fikrimi bildirdim.
-Yalnız bu deyil, ad-imza qisimi də makinayla yazılıb.
Dibdəki kiçik “Hosmer Angel” yazısına bax. Gördüyün kimi
tarix var, amma Lidenhal küçəsi xaricində ünvan olmaması
şübhə yaratmır. Lakin bu imza məsələsi qəti bir informasiya
verir.
-Nəyin informasiyasını?
-Sevimli dostum, bu məsələdəki əhəmiyyəti görə bil-
mədiyini demə.
-Hər hansı bir vəziyyətdə əleyhinə istifadə edilməməsi
üçün əllə imza atmaqdan çəkinmiş ola bilər.
-Xeyr, məqsəd bu deyil. Yenə də məsələni sona çatdır-
maq üçün iki məktub yazmağım lazımdır. Biri şəhərdəki bir
şirkətə; digəri də gənc qadının ögey atası cənab Vindibanka;
sabah axşam saat altıda burada bizi görməyə gəlməsini xahiş
edən bir məktub. Düşünürəm ki, kişi qohumları ilə işimiz
olacaq. Və Doktor, məktublara cavab gələnə qədər edə bilə-
cəyimiz bir şey olmadığı üçün kiçik problemimizi hələlik bir
kənara qoya bilərik.
79
Dostumun fikir yürütmək gücünə və fövqəladə enerjisi-
nə inandığım üçün, bu bənzərsiz hadisəylə maraqlanarkən
göstərdiyi qərarlı və rahat davranışının ciddi səbəbləri oldu-
ğunu düşündüm. Yalnız bir dəfə müvəffəqiyyətsizliyə uğra-
dığını gördüm, o da Bohemiya Kralı və İren Adlerin foto-
şəkliylə əlaqədar hadisədə. Lakin əvvəldən qarşılaşdığım ha-
disələri düşünəndə Holmsun həll edə bilmədiyi bir hadisə-
nin həqiqətən də çox qəliz olmalı olduğunu hiss edərəm.
Onu, tənbəkisini tüstülədərkən qoyub çıxdım. Amma
ertəsi axşam gələndə, xanım Mari Suserlandın itkin sevgili-
sinin şəxsiyyətiylə əlaqədar bütün ipuclarını əldə etmiş ola-
cağına əmin idim.
O vaxt, işimlə əlaqədar ciddi şəkildə diqqətimi toplamalı
olduğum əhəmiyyətli bir məsələ vardı. Sabahısı günü bir
xəstəmin yanında keçirmək məcburiyyətində qaldım. An-
caq saat altıya yaxın işlərimi bitirdim. Bir faytona mindim
və bir tərəfdən bu kiçik sirrin açılmasının əldən çıxacağından
qorxaraq, düz Beyker küçəsinə yollandım. İçəri girəndə Şer-
lok Holms təkbaşına oturmuşdu.
Uzun, arıq bədəni kreslosuna yayxanmış, yarı yuxulu
bir halda qarşıladı məni. Ətrafdakı şüşələr, təcrübə balonları
və xlor turşusunun qıcıqlandırıcı qoxusu, bütün gününü o
çox xoşladığı kimyəvi təcrübələrlə keçirdiyini göstərirdi.
-Həll edə bildinmi, - içəri girən kimi soruşdum.
-Bəli. Barıt bisulfat imiş.
-Yox, yox hadisəni, - deyə səsimi ucaltdım.
-Həə, onu? Mən də üzərində işlədiyim duzu soruşdu-
ğunu düşündüm. Dünən bəzi detalların maraqlı olduğunu
söyləmişdim, amma məsələdə sirli heç bir istiqamət yox idi.
Təəssüf ki, yeganə problem, günahkarı cəzalandıracaq bir
qanunun olmamasıdır.
80
Dostları ilə paylaş: |