Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə26/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   22   23   24   25   26   27   28   29   ...   135

 

77 


teatrı 

personajlarının 

sırasına 

qatılıb 


rəsmi 

mədəniyyətdə  onların  (Keçəl  Pəhləvanın,  Qaragözün) 

təmsilçisi funksiyasını daşıyır.  

     Nəhayət,  baxaq  görək,  bu  Məşədinin  bədəni 

nəmənədir  ki,  böylə  bir  söz-söhbətə  səbəb  olmuş 

ola. 


     İbad  kişinin  düz  50  yaşı  var:  canı  isə  hələ 

“suludur”,  yoxsa  evlənmək  arzusu  ilə  ondan-bundan 

arvad  soraqlamazdı  ki?  Sağlamlığı  superdir,  bir 

dişi  də  ağzından  düşməyib,  cavan  oğlan  kimidir: 

dərd  çəkməyib,  yaxşı  yeyib-içib,  canını  güdüb.  Üç 

dəfə  arvad  dəyişib,  amma  yenə  də  qadın  görəndə 

laqeyd 

dayana 


bilmir.. 

Hətta 


gözəl 

Gülnazın 

görüşünə  gəldiyi  zaman  belə  qulluqçu  Sənəmi  də 

gözaltı  eləyir,  onu  da  əlindən  buraxmaq  istəmir. 

Məşədi  İbad  milli  “don  juanlığın”  simvoludur. 

Hərçənd 


müsəlman 

Şərqinin 

bütün 

kişiləri 



çoxarvadlılığa  aludə  olublar  və  bununla  öyünüblər; 

Muhamməd  peyğəmbər  dörd  arvad  saxlamağa  icazə 

verib. Şərq müdrikləri elə hesab eləyiblər ki, dörd 

arvad  almaq  kişi  üçün,  onun  bədəni  və  ruhu  üçün, 

habelə, toplum üçün pozitiv bir əməldir.                                                                                                   

     İslamın  kişilərə  verdiyi  dörd  arvad  almaq 

icazəsi, təbii ki,  siğələrdən əlavə, bugünün özündə 

də  diskussiya  obyektidir.  Gülnaz  isə  Məşədinin 

dördüncüsüdür.  Deməli,  İbad  kişi  qanun,  icazə 

çərçivəsində  davranır.  Əgər  qanunlar  köhnəlibsə, 

baqqal  İbadın  burada  günahı  nə?  Onun  həm  fiziki 

qüvvəsi,  enerjisi,  həm  də  var-dövləti  kifayət 

qədərdir  ki,  özünə  kiçik  bir  hərəmxana    düzəltsin. 

Məhz  bu  xüsusiyyətlərinə  görə  Məşədi  İbadı  “O 

olmasın,  bu  olsun”  məsxərəsinin  yeganə  KİŞİSİ 

(ÖCÜL,  ERKƏK  anlamlarında)  saymaq  mümkündür.  Nə 

üçün? 

Bəs 


başqaları? 

Doğrudan 

da, 

şəbədənin 



personajlarından  heç  biri  qadın  sevgisinə  susamaq 

baxımından Məşədiyə tay ola bilməz. 




 

78 


     Başlayaq  elə  Sərvərdən.  O,  İbad  kişinin 

yanında  sütül  bir  oğlan  uşağıdır,  qarnıac  “student 

baba”dır,  bambılıdır,  hələ  indən  beləsinə  Gülnazı 

fırıldaqla  özünə  arvad  eləyib  kişi  olmaq  istəyir. 

Məşədidən  yaşca  cavan  müflis  Rüstəm  bəy  DUL 

kişidir.  Ancaq  o,  qulluqçu  Sənəmə,  bir  dəfə  də 

olsun, 

gözünün 


ucuyla 

da 


baxmır, 

eyş-işrət 

təmənnasında  bulunmur.  Nədən?  Bilirəm,  hamınız 

deyəcəksiniz  ki,  axı,  Rüstəm  əsl  BƏYDİR  və  bəyə 

yaraşmaz  özünü  yüngül,  qeyrətsiz  aparmaq.  Bu 

məqamda  mən  də  deyəcəyəm  ki,  Rüstəm  bəy  hər  şeydən 

öncə  kişidir,  45  yaşlı  kişidir.  Onun  nə  vaxtıdır 

ki,  arvadsız  qalsın?    Bir  də  Rüstəm  bəyə  heç  kim 

qeyrətsiz  olmağı  təklif  eləmir.  Bir  kəllə  qənd,  üç 

manat  pul  və  bir  molla  Rüstəm  bəylə  Sənəmi  siğə 

vasitəsilə  asanca  bir-birinə  qovuşduracaq.  Vacib 

deyil  ki,  bəyin  kəbinli  arvadı  olsun  Sənəm.  Amma 

hayıf  ki,  onun  belə  bir  təmənnası  yoxdur:  görünür 

ki, şürbilik, qumarbazlıq fiziki cəhətdən də Rüstəm 

bəyi “müflisləşdirib”. Yoxsa o öz evinin içində gül 

kimi  arvaddan  imtina  etməzdi  ki?  Və  çox  güman  ki, 

Rüstəm  bəyin  şərab  dostları  (Həsən  bəy,  Həsənqulu 

bəy, 


Rza 

bəy, 


qoçu 

Əskər) 


da 

bu 


dərdə 

mübtəladırlar. 

İçkidən, 

kefdən, 


boş-boş 

çərənləmələrdən  onların  başı  ayılır  ki,  arvad 

barədə  fikirləşsinlər  də.  Deməli,  mən  gümanımda 

haqlıyam:  məsxərədə  bir  həqiqi  KİŞİ  (ÖCÜL,  ERKƏK) 

var  ki,  adını  Məşədi  İbad  çağırırlar.  Bu  adam 

haradasa  şəhərin  SEKSUAL  nəhəngidir,  özünəməxsus 

mömin  Don  Juandır.  Təsadüfi  deyil  ki,  elə  ilk 

görüşdən  Gülnaz  Məşədidən  qorxur.  Bəhanə  aydındır: 

Məşədi  çirkin  kişidir.  Lakin  Məşədinin  çirkinliyilə 

Gülnazın  qorxmasına  heç  cür  bəraət  qazandırmaq 

olmaz.  Onun  Məşədiyə  reaksiyası  ifrat  reaksiyadır. 

Sənəm  də  Məşədi  İbadla  qarşılaşanda  təqribən  belə 

bir affekt içindədir. Məşədi İbadsa, əksinə, onları 

gördükdə  bir  az  da  qızışır,  cuşa  gəlir,  ayırd  edə 




 

79 


bilmir  ki,  qadınlardan  qulluqçu  hansıdır,  xanım 

hansı. Qadın üzünün hicabla, yaşmaqla örtüldüyü bir 

mühitdə bu yaşantı normaldır. Hətta Məşədi güclənən 

ehtiras  içində  şaşırır  və  öz  halını  gizlətməkdən 

ötrü  başlayır  ağzına  gələn  cəfəngiyyatı  danışmağa: 

saçmalayır,  mənasız  “saqqal  və  həna”  mövzusunu 

ortaya 

atır. 


Qorxu 

hissiylə 

seksual 

həyəcan 


arasında  həmişə  bir  addımlıq  psixoloji  məsafə  var. 

Onlar  çox  qısa  bir  zaman  müddətində  bir-birinə 

transformasiya  oluna  bilərlər.  Bu  emosiyalardan  hər 

biri 


asanlıqla 

digərinin 

başlanğıc 

impulsuna 

çevrilmək 

imkanına 

malikdir. 

Gözəl 


Gülnazı 

çaşdıran,  qorxudan  Məşədinin  çirkinliyi  yox,  onun 

qabarıq ifadə olunmuş seksual niyyətidir. 

     Qulluqçu Sənəmin də İbad kişiyə qarşı aqressiv 

münasibəti 

bəraətsizdir. 

Şəxsən 

Sənəmə 


tacir 

Məşədinin  heç  bir  ziyanı  dəyməyib.  Bəs  onda 

qulluqçunun  Məşədi  İbadla  belə  qaba,  layiqsiz 

rəftarının  səbəbi  nədir?  Deyəcəksiniz  ki,  onun 

Gülnazı  yaşlı  kişidən  qorumaq  cəhdi.  Daha  belə 

həyasızcasına yox da. Bu aşkar kobudluğun,  Məşədiyə 

qarşı  hədələyici  “yürüş”ün,  aqressiv  davranışın  bir 

ucu  məxfi  seksual  həyəcandır,  seksual  heyranlıqdır. 

Bica  deyil  ki,  Sənəmin  dayə  hikkəsi,  dayə  idiası 

ilə  göstərdiyi  canfəşanlığı  Məşədi  İbadın  özü  də 

həddən  ziyadə  tez  duyur  və  ona  həməncə  adekvat 

reaksiya 

göstərir: 

sanki 


Sənəmin 

psixoloji 

basqısını  (axı,  o  da  çoxdandır  ki,  dul  qadındır) 

aşkarlayır. 

Sənəmin 

“hücum”u 

müqabilində 

zarafatlaşa-zarafatlaşa  oxuyur:  “GÖRÜRƏM  KİM,  MƏNƏ 



ÇOX  YETİRİRSƏN  GÖZÜNÜ,  QORXURAM  KİM,  Kİ  AXIRDA 

İTİRƏSƏN  ÖZÜNÜ”.  İnsan  ya  qəfil  qorxanda,  ya  da 

qəfil  valeh  olanda  özünü  itirir,  çaşır.  Bu  səhnədə 

məxfi  vurğunluq,  heyranlıq  qorxuya,  həyəcanlı  maraq 

ikrah  hissinə  qoşulub  bir-birini  müşayət  edir. 

Məşədi  İbad  Gülnaz  və  Sənəmdən  ötrü  mikroşok 

vəziyətinin  təhrikçisidir.  Onun  açıq,  həyasız, 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə