Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə159/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   155   156   157   158   159   160   161   162   ...   175

552

oxumazdın. Lakin Vilhelm işə qarışdı. Bəlkə də məni and içməkdən saxlamaq üçün deyil, qeyri-iradi

hiddətdən, qeyzdən, abbata etiraz etmək, onun beynimi dumanlandıran ovsununu pozmaq üçün araya

girmişdi.

“Buna uşağın nə dəxli var? Sualı mən verdim, təhlükə haqqında sizə mən xəbərdarlıq etdim, ad

söyləmənizi sizdən mən istəyirəm... Bəlkə mənim də üzüyünüzü öpüb, müşahidələrimi və fikirlərimi

unutmağa and içməyimi istəyirsiniz?”

“Hə, siz... - abbat laqeydcə dedi. - Bir dilənçi rahibdən bizim ənənələrin gözəlliyini anlamasını, ya da

bizim təmkinimizə, heysiyyətimizə, mərhəmət naminə mövcud olan sirlərimizə ehtiram göstərməsini tələb

etmək olmaz... Bəli, mərhəmət və vicdan naminə! Biz ordenimizin möhtəşəmliyini saxlayan susmaq

əmrinə hörmət edirik. Siz isə qəribə, həqiqətə bənzəməyən əhvalatlar danışdınız. Uğrunda qətllər törədilən

yasaq olunmuş kitab... Yalnız mənim bilməli olduğum sirləri öyrənmiş kimsə... Bunlar sayıqlamalar,

əsassız uydurmalardır! İstəyirsiniz, onları qışqıra-qışqıra danışın, sizə heç kim inanmaz! Əgər qondarma

fikirlərinizdə zərrə qədər həqiqət olsa belə... İndi bu işi öz əlimə və öz məsuliyyətim altına alıram.

Nəticələrə özüm cavabdehəm. Kifayət qədər təsir vasitəm, kifayət qədər səlahiyyətim var. Mən lap

başlanğıcda böyük axmaqlıq etdim. Üz-gözündən ağıl yağsa da, özünü etibarlı göstərsə də, yad bir adama

güvənmək olmaz. Yalnız mənim səlahiyyətimə aid olan şeyləri araşdırmağı yad bir adamdan rica etmək

lazım deyildi. Lakin heç nə itirilməmişdir. Siz mənim fikrimi doğru anladınız. Nəhayət, istədiyimi sizdən

eşitdim. Mən lap əvvəldən bilirdim ki, bütün cinayətlərin səbəbi - bəkarət andının pozulmasıdır. Günah

etiraf etmə zamanı öyrəndiyim şeyləri başqa birindən (burada ehtiyatsızlığa yol verdim!) eşitmək

istəyirdim. İndi hər şey yolundadır. İndi bunları sizdən eşitdim. Etdiyiniz, ya da etmək istədiyiniz hər şeyə

görə sizə çox minnətdaram. Danışıqlar aparıldı. Buradakı vəzifəniz sona çatdı. İnanıram ki, imperatorluq

sarayında sizi səbirsizliklə gözləyirlər. Sizin kimi insanları uzun müddətə buraxmazlar. Monastırımızdan

getməyinizə rüsxət verirəm. Bu gün, yəqin ki, gecdir, qaranlıqda yola çıxmağınızı istəmirəm, yollar

təhlükəlidir. Səhər sübh tezdən yola düşərsiniz. Yox, mənə təşəkkür etməyin. Burada rahiblər arasında

sizi də görmək və qonaqpərvərliyimizlə  şərəfləndirmək, doğrudan da, bir zövq idi. İndi müridinizlə

birlikdə əşyalarınızı toplaya bilərsiniz. Sabah dan söküləndə sizinlə vidalaşmağa gələcəyəm. Sizə ürəkdən

təşəkkür edirəm. Əlbəttə ki, təhqiqata davam etmək üçün əziyyət çəkməyin. Rahibləri do daha narahat

etməyin. Gedə bilərsiniz”.

Beləcə, bizi sadəcə yola salmırdılar, boynumuzdan basıb qovurdular. Vilhelm təzim etdi və biz

nərdivanla aşağı düşdük.

“Bu nə deməkdir?” - deyə soruşdum. Artıq heç nə anlamırdım.

“Özün fərziyyə yürütməyə çalış. Sən bunu artıq öyrənməliydin”.

Mən, doğrudan da, bunun qaydasını öyrənmişdim: bir-birinə zidd və ağlasığmaz olan ən azı iki

fərziyyə yürütməlisən. “Elə isə, - dedim və udqunub qaldım. Fərziyyə irəli sürməkdə çox da mahir

deyildim. - Yaxşı. Birinci ehtimal. Abbat bütün bunları çoxdan bilirdi. Lakin əmin idi ki, siz heç bir şey




553

öyrənməyəcəksiniz. Bir təhqiqatçı kimi siz onu tamamilə təmin edirdiniz. İlk vaxtlar söhbət yalnız

Adelmodan gedirdi. Lakin abbat yavaş-yavaş anladı ki, iş getdikcə dolaşığa düşür və onun özü də ha-

disələrə müəyyən ölçüdə qarışır. İndi sizin bu əhvalatı ortaya çıxarmağınızdan qorxur. İkinci ehtimal.

Abbat heç nədən şübhələnmirdi (sizin nədən şübhələndiyinizi bilmədiyim üçün mən özüm do bilmirəm).

Lakin, necə olsa da, qətllərin rahiblər arasında... kişibaz rahiblər arasında gedən mübarizədən qaynaqlan-

dığını hesab edirdi. İndi siz onun gözlərini açdınız. O, qəflətən dəhşətli bir şeyi anladı. Caninin adı ona

məlumdur. Bütün bu cinayətləri törətmiş adamın kim olduğunu dəqiq bilir. Lakin başqa birinin iştirakı

olmadan bu məsələni həll etmək istəyir. Və monastırın şərəfini xilas etmək üçün bizi uzaqlaşdırır”.

“Razıyam. Yaxşı mülahizələr yürütməyə başlayırsan... Deməli, sən də görürsən ki, hər iki halda bizim

abbatı monastırın ad-sanı maraqlandırır. İstər qatil olsun, istər zavallı qurban - hər iki halda bu müqəddəs

icmanın şərəfini zədələyəcək xəbərlərin dağların o tayına yayılmasını istəmir. Nə qədər istəyirsiniz rahib

öldürün, amma monastırın şərəfinə toxunmayın... Eh, sizi... - Vilhelm getdikcə qəzəbindən boğulurdu. -

Bu mülkədar bici, Akvinolunun yanında qəbirqazan işlədikdən sonra şöhrətlənən bu tovuzquşu, üfürülmüş

şərab tuluğu! Əncir boyda üzük taxdığı üçün qürrələnən danqaz! Siz klyunilər hamınız lovğasınız!

Şahlardan daha pis, baronlardan daha çox baronsunuz!”

“Ustadım!” - incik, narazı halda kəkələdim.

“Sus, sən də eyni xəmirdən yoğrulmusan! Siz sadə insanlar deyilsiniz, onların oğulları da deyilsiniz.

Avam birinə rast gəlsəniz, bəlkə də ona sığınacaq verərsiniz. Amma lazım gələrsə, dünən olduğu kimi,

gözünüzü yummadan onu dünyəvi hakimiyyətin əlinə təslim edərsiniz. Özünükülərdon biri olsa, belə et-

məzsiniz, mütləq üstünü örtərsiniz! Abbone özü caninin öhdəsindən gələ bilər. O səfili tapar, xəzinə

zirzəmisində xəncərlə bağırsaqlarını tökər, sümüklərini təbərrük yerinə mücrülərə qoyar... Yetər ki,

monastırın şərəfi zədələnməsin! Və qəflətən bir fransiskan, xalqın içindən çıxmış bir minorit peyda olub,

sizin alicənab evinizdə təzək topasını qazıb çıxarır! Yox artıq, Abbone nəyin bahasına olursa olsun, buna

izin verməz. “Sizə çox minnətdarıq, Vilhelm qardaş, imperator sizi gözləməkdən yorulub, bu gözəl

üzüyümə baxıb zövq alın və dəf olub gedin”. Amma məni kiminləso səhv salmışınız! Mənim işim yalnız

Abbone ilə deyil. Mənim məsələm sona çatmamış təhqiqatdır. Və sizin hamınızı inandırıram ki, bunu

öyrənmədən, monastırı tərk etməyəcəyəm. O, sabah mənim getməyimi istəyir? Gözəl, buranın ağası odur.

Lakin sabaha qədər mütləq öyrənəcəyəm. Buna borcluyam”.

“Buna borclusunuz? Amma indi sizi kim məcbur edir?”

“Heç  kim  heç  zaman  öyrənməyə  məcbur  etmir,  Adso.  Öyrənmək  sadəcə  lazımdır,  vəssalam.  Hətta

yanlış anlamaq bahasına olsa da”.

Vilhelmin mənsub olduğum orden və onun abbatları haqqında dediyi acıqlı sözlərdən hələ də sarsılmış

və pərişan halda idim. Buna görə də, Vilhelmə üçüncü fərziyyəmi söyləyib, abbata az da olsa, bəraət

qazandırmağa çalışdım. Deyəsən, bu işdə çox ustalaşmışdım. “Siz üçüncü ehtimalı hesaba almırsınız,

ustadım - dedim. - Bu günlər ərzində biz gördük ki... üstəlik, bu gün səhər Nikolanın dediklərindən və




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə