542
Sonra ayağa qalxdı və Bcnsioya yaxınlaşdı. Bensio qürurla öz yerində oturmuşdu, anıma görkəmindən
arxayınlıq hiss edilmirdi. Yerini dəyişməmişdi, kataloqa daha yaxın qoyulmuş Malaxianın masası arxasına
keçməyə cəsarət etməmişdi. Vilhelm onunla kifayət qədər sərt danışdı. Dünənki iyrənc səhnəni hələ
unutmamışdıq.
“Belə mühüm bir şəxs olsan da, cənab kitabxanaçı, ümid edirəm ki, mənim bir sualıma cavab
verəcəksən. Həmin gün səhər Adelmo və başqaları çətin tapmacalardan danışarkən Berenqar Afrikanın
sərhədi haqqında söz deyəndə “Kipriani ziyafətini xatırlayan olmuşdumu?”
“Hə, - Bensio dedi. - Məgər sizə deməmişdim? Simfosinin tapmacalarından söz düşməzdən əvvəl məhz
Venansio “Ziyafət” barədə nəsə danışdı, Malaxia isə hirslənərək, bunun ədəbsiz bir kitab olduğunu dedi
və onun oxunmasını abbatm qadağan etdiyini hər kəsə xatırlatdı”.
“Abbat, hə? - Vilhelm dedi. - Çox maraqlıdır. Təşəkkür edirəm, Bensio”.
“Dayanın, - Bensio dedi. - Sizinlə danışmaq istəyirəm”. Və başqalarının eşitməməsi üçün bizi öz
ardınca, mətbəxə enən nərdivanın yanına apardı. Dodaqları titrəyirdi.
“Mən qorxuram, Vilhelm, - o dedi. - Onlar Malaxianı da öldürdülər. İndi həddən artıq çox şey bilən
mənəm. Həm də italyanlar mənə nifrət edirlər. Onlar əcnəbi kitabxanaçı istəmirlər artıq. O birilərin də bu
səbəbdən öldürüldüyünü düşünürəm. Mən sizə heç zaman deməmişəm.. Amma Alinardo Malaxiaya
çoxdan nifrət edirdi, onunla köhnə haqq-hesabı vardı...”
“İllər öncə bu vəzifəni onun əlindən kimin aldığını deyə bilərsənmi?”
“Bunu bilmirəm. Onlar bu barədə həmişə üstüörtülü danışıblar. Həm do bu çoxdan olub. Yəqin ki,
artıq hamısı ölüb. Amma Alinardonun ətrafına yığılmış italyanlar həmişə Malaxia haqqında deyirdilər ki...
o bir oyuncaqdır, kimsə onu idarə edir və abbatın da bu işdə barmağı var. Mən nə etdiyimi düşünmədən,
iki düşmən dəstənin mübarizəsinə qarışdım. Bunu yalnız bu gün anlamışam. İtaliya - sui-qəsdçilər
ölkəsidir. Burada papaları zəhərləyirlər. Mənim kimi zavallı birinə nələr etməzlər... Dünən bunu
anlamırdım. Düşünürdüm ki, bütün bu çaxnaşmalar kitaba görədir. Amma bu gün hər şeyi başqa cür
görürəm və anlayıram ki, kitab - yalnız bəhanədir. Siz də gördünüz, Malaxia kitabı tapdı, amma yenə
öldürüldü. Mən istəyirəm ki... bunu etməliyəm... qaçmaq istəyirəm mən. Məsləhət verin”.
“Əvvəlcə sakitləş. Deməli, indi sənin məsləhətlərə ehtiyacın var? Amma dünən dünyanın ağası kimi
xoruzlanırdın! Abdal! Dünən mənə kömək etsəydin, biz bu son cinayətin qarşısını alardıq. Malaxianı
ölümə aparan kitabı ona sən verdin. Amma heç olmasa, mənə bunu de. Sən bu kitabı əlində tutdunmu,
açdınmı, oxudunmu? Əgər belədirsə, sən nə üçün ölmədin?” “Bilmirəm. And içirəm ki, o kitaba
toxunmamışam! Daha doğrusu, ancaq laboratoriyadan götürəndə ona toxundum... Amma açmadım,
cübbəmin altında gizlədim, sonra hücrəmə gedib, döşəyin altına qoydum. Malaxianın məni güddüyünü
bilirdim, ona görə də tez yazı zalına qaçdım. Sonra Malaxia mənə köməkçi yerini təklif edincə, onu
hücrəmə apardım və kitabı geri verdim. Vəssalam”.
“Onu açmadığını deyib yalan danışma”.
543
“Hə, gizlətməzdən qabaq açdım... Amma axtardığınız kitabın bu olub-olmadığına yalnız əmin olmaq
istəyirdim. Əvvəlcə ərəb dilində yazılmış mətn başlayırdı, sonra güman ki, süryanicə bir yazı, sonra
latınca, daha sonra isə yunanca bir mətn...” Sanki kataloqda yazılmış işarələri yenidən gördüm. Birinci iki
başlıq “Ər” və “Sür” işarələri ilə qeyd edilmişdi. Həmin kitab! Vilhelm isə Bensionu daha da sıxışdırırdı:
“Deməli, sən kitaba toxundun, amma ölmədin. Demək, toxunmaqla ölmürlər. Yaxşı. Yunanca yazılmış
mətn haqqında nə deyə bilərsən? Ona baxdmmı?”
“Demək olar ki, yox. Lakin başlığının olmadığını görə bildim. Sanki mətnin əvvəli itirilmişdi...”
“Başlıqsız kitab...” - Vilhelm mızıldandı.
544
“İlk səhifəni oxumağa çalışdım. Lakin düzünü desəm, yunanca pis bilirəm... Daha çox vaxt lazım idi
ki... Hə, məni daha bir şey təəccübləndirdi. Həm də elə yunanca yazılmış vərəqlərə xas idi bu. Səhifələrin
hamısına baxa bilmədim. Mümkün olmadı. Vərəqlər... necə deyim... nəm çəkmişdi, bir-birinə yapışmışdı.
Bəlkə də bu, perqamentin qəribəliyindən irəli gəlirdi... Adi perqamentlərdən daha yumşaq idi. İlk səhifəsi
tamam yıpranmışdı, az qala tökülürdü... Qısası, qəribə perqament idi...” “Qəribə! Severin do məhz bu
sözdən istifadə etmişdi!” - Vilhelm dedi.
“Hə, ümumiyyətlə, perqamento oxşamırdı. Qumaşa bənzəyirdi, amma çox nazik idi”, - deyə Bensio
davam etdi.
“Charta lintea
212
ya da pambıq perqament, - Vilhelm dedi. - Sən onu heç vaxt görməmişdin?”
“Belə bir şey eşitmişdim, amma özüm görməmişdim. Deyirlər ki, çox bahalıdır və tez zay olur. Buna
görə də ondan az istifadə edirlər. Ərəblər hazırlayır, düzdürmü?”
“İlk dəfə ərəblər icad edib. Amma indi İtaliyada da düzəldirlər Fabrianoda. Daha sonra... hə, əlbəttə,
buna şübhə yoxdur!”. Villıclmin gözləri parıldadı. “Nə maraqlı, nə gözəl bir izahdır! Afərin, Bensio! Sənə
ürəkdən təşəkkür edirəm, mənim dostum! Amma burada, kitabxanada pambıq kağıza çox az rast gəlinər,
çünki son dövrün kitabları buraya, demək olar ki, gətirilmir. Həm də onun perqament kimi uzunömürlü
olmayacağından qorxurlar. Yəqin ki, düz edirlər... Amma bəlkə do burada “bürüncdən davamlı” olmayan
belə xammal qəsdən seçilmişdir? Pambıq perqament, hə? Çox gözəl. Hələlik, Bensio. Narahat olma. Sənin
üçün təhlükə yoxdur”.
“Doğru deyirsiniz, Vilhelm? Buna əminsinizmi?”
“Əminəm. Əgər bumunu hər yerə soxmasan. Onsuz da, yetərincə ziyan vurmusan”.
Bensionu şən olmasa da, sakitləşmiş halda tərk edib, yazı zalından uzaqlaşdıq.
“Axmaq, - Vilhelm nərdivandan düşə-düşə dişlərini sıxaraq dedi. - Əgər ayağımızın altında
dolaşmasaydı, çoxdan hər şeyi aşkara çıxarmışdıq”.
Yeməkxanada abbatı gördük. Vilhelm ona yaxınlaşıb, qəbuluna gəlmək istədyini bildirdi. Bu dəfə
Abbone yan qaça bilmədi və öz evində bir neçə dəqiqədən sonra görüş təyin etdi.
212
Kotan kağız (lat.)