6-
cı fəsil
Məhkəmədə nümayəndəlik
Maäät> 69. Numayonda vasitosila i^in aparthnast
69.!. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən
edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda məhkəmə izahat
vermək üçün tərəfiı şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
69.2.
Hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi
şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfimdən bu
məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar.
69.3.
Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti
vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə)
təsdiq olunur.
69.4.
Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının
səlahiyyətli nümayəndəsi çıxış edir.
1.
Məhkəmədə nümayəndəlik - işdə iştirak edən şəxslərin (tərəflər, ərizə verənlər,
müstəqil tələb irəli sürən və sürməyən üçüncü şəxslər, dövlət idarəçilik orqanları, təşkilatlar)
MPM-in 5.2.-Cİ maddəsində nəzərdə tutulan orqanlar və şəxslər adından, onların mənafeyi
üçün həyata keçirilən prosessual fəaliyyətidir (MPM, 59- cu maddə).
Məhkəmə nümayəndəliyi institutunun məqsədi fiziki və hüquqi şəxslərin öz hüquq lannı
həyata keçirmələrinə kömək göstərmək, həmçinin məhkəmənin obyektiv qərar qəbul etməsi
üçün əhəmiyyətli hallarm aydmiaşdırılmasmı asanlaşdırmaqdan ibarətdir.
Məhkəmədə nümayəndəlik müxtəlif səbəblərlə bağlı ola bilər. Belə ki, işdə iştirak edən
şəxslərin heç də hamısmın mülki prosessual fəaliyyət qabiliyyəti olmur (məsələn,
həddi-buluğa çatmamışlar, məhkəmənin fəaliyyət qabiliyyəti olmayan hesab etdiyi şəxslər və
s.).
2.
Məhkəmə nümayəndəliyində iki xətt üzrə münasibətlər yaranır. Birinci - nümayəndə
ilə təmsil olunan arasında yaranan münasibətlərdir ki, bu münasibətlər tapşırıq müqavilələrinə
(qanuni nümayəndəlik istisna olmaqla) əsaslanır və maddi hüquq normalan ilə tənzim olunur.
İkinci - nümayəndə ilə məhkəmə arasında yaranan münasibətlərdir ki, bu münasibətlər
prosessual hüquq normalan İlə tənzimlənir.
Hər bir fiziki və hüquqi şəxs ya şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəməyə iddia
verə bilər. İddia və ərizə (xüsusi iddia icraatı və xüsusi icraatda) vermək hüququ iddiaçılara,
cavabdehlərə (qarşılıqlı İddia verdikdə; MPM, 155-ci maddə), mübahisə predmeti ilə bağlı
müstəqil tələb İrəlİ sürən üçüncü şəxslərə (MPM, 55-ci maddə) mənsub olduğuna görə, həmin
şəxslər İddianm və ərizənin verilməsini öz nümayəndələrinə tapşıra bilərlər. Bu halda
nümayəndəyə MPM-in 74-cü maddəsində göstərilən səlahiyyətlər verilməlidir.
3.
MPM-in 69.1-ci maddəsi vətəndaşlara geniş hüquqlar verir. Belə ki, onlar
nümayəndənin köməyindən istifadə etməklə prosesdə iştirak etmədən işi nümayəndə
91
vasitQsilo və ya məhkəmədə nümayəndənin köməyindən istifadə etməklə şəxsən özü apara
bilər. Bəzi hallarda işdə iştirak edən şəxsin şəxsən izahat verməsini lazım bildikdə, həmin
şəxsin nümayəndə vasitəsilə işi aparmasına baxmayaraq, məhkəmə onu izahat verməyə çağıra
bilər. Məsələn, tərəflər arasında iş üçün əhəmiyyəti olan şəxsi münasibətləri aydmlaşdırmaq
üçün tərəfin şəxsən dəvət edilməsi.
4.
İşdə iştirak edən şəxslər bütün məhkəmə instansiyalarmda işi nümayəndə vasitəsilə
apara bilərlər.
Təşkilatlar məhkəmələrdə işləri orqanları və ya nümayəndələri vasitəsilə aparırlar.
MM-in 49-cu maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun
fəaliyyət göstərən orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr
götürürlər. Hüquqi şəxslərin orqanlarmın seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə
ilə müəyyən olunur.
Hüquqi şəxsin nizamnaməsində və başqa təsis sənədlərində hüquqi şəxslərin orqanları
müəyyən edilir. Həmin orqanlar istər mülki dövriyyədə, istərsə də məhkəmədə həmin hüquqi
şəxsi təmsil edir. Hüquqi şəxslərin orqanları hüquqi şəxsin admdan etibamaməsiz fəaliyyət
göstərir və məhkəmədə həmin hüququ şəxsin orqanı olmasını sübut edən sənədi təqdim
edirlər.
Nümayəndə məhkəmədə hüquqi şəxsin orqanı (təşkilatın rəhbərləri və ya kollegial
orqanm rəhbəri) ilə birlikdə və ya onun tapşnığı ilə müstəqil surətdə işi apara bilər.
Hüquqi şəxslərin ləğv edilməsi qaydası Müəssisələr haqqmda Qanunun 19, 20, 21-ci
maddələri və MM-in 60, 61, 62-cİ maddələri ilə tənzimlənir.
Müəssisə ləğv edilərkən, ləğvetmə komissiyası yaradılır və hüquqi şəxsin idarə edilməsi
səlahiyyətləri həmin komissiyanın səlahiyyətli nümayəndəsinə keçir. Bu halda ləğvetmə
komissiyasmm səlahiyyətli nümayəndəsi ləğv edilən hüquqi şəxsin admdan məhkəmədə çıxış
edir. Hüquqi şəxsin orqanlarmın məhkəmədə iş aparması qaydası, həmçinin ləğvetmə
komissiyasına da tətbİq edilir.
Maddə 70, Məhkəmədə nümayəndə ola bilən şəxslər
Bu Məcəllənin 7l-ci maddəsində sadalanan şəxslər istisna olmaqla, məhkəmədə iş
aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs
nümayəndə ola bilər.
1.
Şərhi verilən maddədə göstərilən istisnalar nəzərə alınmaqla, hər hansı şəxs
məhkəmədə İşi aparmaq üçün nümayəndə ola bilər. Əwəla, məhkəmədə nümayəndə qismində
işi aparmaq üçün nümayəndənin səlahiyyəti lazımİ qaydada rəsmiləşdirilməli, ikincisi,
nümayəndə kimi çıxış edən şəxs fəaliyyət qabiliyyətli olmalı və üçüncüsü, MPM-in 71-ci
maddəsində göstərilən şəxslərin dairəsinə daxil olmamalıdır.
Qanunvericilikdə məhkəmədə işi aparmaq üçün nümayəndə qismində iştirak edə bilən
şəxslərin tam siyahısı göstərilməmişdir. Bununla belə, təcrübədə nümayəndə qismində
vəkillər kollegiyasırun üzvləri, hüquqi şəxsin işçiləri, fəhlə və qulluqçula
92