saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin
nümayəndəsi kimi çıxış edir.
72.4.
Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə
yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından
yerinə yetirilər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər.
72.5.
Qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində
seçdikləri başqa şəxsə tapşıra bilərlər.
1.
Qanuni nümayəndəlik, məhkəmə nümayəndəliyinin bir növü olmaqla, yaranma
əsasına, subyektiv tərkibinə, səlahiyyətlərinin rəsmiləşdirilməsi qaydasına görə
nümayəndəliyin digər növlərindən fərqlənir.
Qanuni nümayəndələr məhkəmələrdə fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət
qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq və
mənafelərini müdafiə edir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28, 29-cu maddələrinə əsasən, 14 yaşı
tamam olmamış yetkinlik yaşına çatmayanların, ağı! zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz
hərəkətlərinin mənasmı başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən və
məhkəmənin fəaliyyət qabiliyyəti olmayan saydığı şəxslərin adından, bəzi istisnalar nəzərə
alınmaqla, əqdləri onların valideynləri, övladlığa götürənlər və qəyyumlar bağlayırlar. Həmin
şəxslərin hüquqlarını və qanuni mənafelərini məhkəmədə həmçinin valideynləri, övladhğa
götürənlər və qəyyumlar müdafl- ə edirlər.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, MM-in 29.2.1, 29.2.2,
29.2.3-
cü maddələrində göstərilən əqdləri müstəqil bağladıqlarmdan, bu əqdlər üzrə
mübahisələrə məhkəmədə baxarkən iştirak edə bilərlər.
14 yaşmdan 18 yaşınadək olan yetkinlik yaşma çatmayanlar və spirtli içkilərdən,
narkotik vasitələrdən sui-istifadə etmək, habelə qumara qurşanmaq nəticəsində ailəsini ağır
maddi vəziyyətə salan və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər
əqdləri valideynləri, övladhğa götürənləri və himayəçilərinin razılığı ilə bağlayırlar. Ona görə
də, məhkəmədə tam fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquq və qanunla qorunan
mənafelərini məhkəmələrdə valideynləri, övladlığa götürənlər və himayəçilər müdafiə edirlər.
MM-in 30.2-ci maddəsində göstərilən əqdləri 14 yaşmdan 18 yaşınadək olan yetkinlik yaşma
çatmayanlar valideynlərinin, övladhğa götürənlərin və himayəçilərinin razılığı olmadan
bağlaya bilərlər və həmin əqdlər üzrə mübahisələrə məhkəmələrdə baxılarkən onlar öz
hüquqlanm müstəqil müdafiə edə bilərlər.
MM-in 28-ci maddəsində 16 yaşma çatmayan şəxslərin tam fəaliyyət qabiliyyəti əldə
etdiyi hallar göstərilmişdir. Göstərilən hallarda 16 yaşma çatmış şəxslər əqdləri müstəqil
bağlayır və məhkəmələrdə işlərə baxılarkən müstəqil surətdə iştirak edirlər.
2.
MPM-in 312-316-cı maddələrinə uyğun olaraq məhkəmə tərəfindən vətəndaş xəbərsiz
itkin düşmüş hesab edildikdə və onun əmlakmm daimi idarə edilməsi zərurəti yarandıqda,
həmin şəxsin qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu, əmlak, qəyyumluq və
himayəçilik orqanmm müəyyən etdiyi və həmin orqana verilən
95
etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Həmin şəxs
məhkəmədə xəbərsiz itl^ düşmüş şəxsin nümayəndəsi kimi iştirak edir.
3.
Ölmüş və müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxslərin (MPM, 312-316-cı
maddələr) əmlakının mühafizəsini və idarə edilməsini MM-in 1232- 1242-ci maddələrinə
əsasən təyin edilən və fəaliyyət göstərən vəsiyyətnamə icraçısı həyata keçirir. Həmin şəxslər
eyni zamanda məhkəmədə ölmüş və ölmüş elan edilmiş şəxslərin nümayəndəsi funksiyasmı
yerinə yetirirlər.
4.
Bəzi mülki, əmək, ailə, inzibati və başqa hüquq münasibətləri və yetkinlik yaşma
çatmayanlarm müstəqil bağlaya bildikləri əqdlərdən yaranan münasibətlər üzrə yaranan
mübahisələr istisna olmaqla, başqa mübahisələr üzrə fəaliyyət qabiliyyəti olmayan, tam
fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin
hüquqlarmı və qanunla qorunan mənafelərini məhkəmədə valideynlər, övladlığa götürənlər,
qəyyumlar və himayəçilər və başqa şəxslər həyata keçirirlər. Onlar bəzi məhdudiyyətlər
nəzərə aimmaqla təmsil etdikləri şəxslərin admdan bütün prosessual hərəkətləri yerinə
yetirirlər.
Uşağın ataya və ya anaya mənsubiyyəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
43-48-ci maddələrinə uyğun müəyyən edilir. Uşaqların övladlığa götürülməsi həmin
Məcəllənin 117-135-ci maddələrinin tələbləri yerinə yetirilməklə həyata keçirilir. Valideynlər
məhkəməyə onlarm valideynlik hüquqlarmı təsdiq edən və uyğun orqanlarm verdiyi sənədləri
təqdim edirlər.
Qəyyumluq və himayəçilik Mülkİ Məcəllənin 33-35-ci və Ailə Məcəlləsinin 114,
136-145-ci maddələrində gösterilən şəxslər üzərində müəyyən edilir. Həmin maddələrdə,
həmçinin qəyyumluq və himayəçilik müəyyən edən orqanlar və qəyyum və himayəçi ola bilən
şəxslər haqqında teləblər nəzərdə tutulub.
Məhkəmədə qəyyumluqda və himayədə olan şəxsi təmsil etmək üçün qəyyum və
himayəçi, qəyyumluq və himayəçilik orqanınm verdiyi sənədi məhkəməyə təqdim etməlidir.
5.
Qanuni nümayəndələr məhkəmədə işin aparılmasmı ümumi qaydada nümayəndələrə
tapşıra bilərlər.
Madda 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi
73.1.
Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və
rəsmiləşdirilmiş
etibarnamədə əks etdirilməlidir.
73.2.
Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qayda.sında, yaxud etibar
edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar
edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi
tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə
üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.
73.3.
Azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq
azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir.
73.4.
Hüquqi şəxs admdan etibarnamə onun rəhbərinin və
ya təsis sənədlərinə ə,sa.sən
buna səlahiyyəti olan digər şə.xsin imzası itə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
96