Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə26/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
79
ğızlar bazarının hüquqi normativ bazasının təkmilləşdirilməsi pro-
sesində fəal iştirak etmişlər. Layihənin əsas tədbirləri kimi qiy-
mətli kağızlar bazarı iştirakçılarının təşkili, bazarda effektiv ver-
gilər rejiminin işlənib hazırlanması, yeni maliyyə alətlərinin yara-
dılmasının stimullaşdırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Bü-
tün bu tədbirlər kompleksi Azərbaycan Respublikasında qiymətli
kağızlar bazarının institutsional inkişafına təkan vermişdir. Bundan
əlavə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən QKDK-
ya mütəxəssislərin hazırlanması və hüquqi məsləhətlərin verilməsi
istiqamətində də tədbirlər həyata keçirmişdir (24).
Mülki Məcəlləyə 2004-cü ildə edilən əlavə və dəyişiklər qiy-
mətli kağızlar bazarının fəaliyyətinə və tənzimlənməsinə dair hü-
quqi normativ bazanın əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə
səbəb olmuşdur. Bununla yanaşı bütövlükdə tənzimləyici mühit
əsaslı şəkildə yeniləşmiş, artıq 70-dən çox qanunaltı normativ sə-
nədlər qəbul edilmişdir. Formalaşan qanunvericilik mühiti sonrakı
dövrlərdə də iqtisadiyyatın və bu sektorun tələblərinə uyğun da-
vamlı olaraq təkmilləşdirilmiş və artıq hazırki gündə qiymətli ka-
ğızlar bazarının üçüncü nəsil qanunvericiliyi hazırlanaraq hökumə-
tə təqdim edilmişdir.
Qanunvericilik mühitinin dinamik təkmilləşdirilməsi ilə bərabər
qiymətli kağızlar bazarının əməliyyat infrastrukturu da yenilənərək
əhəmiyyətli dərəcədə sadələşdirilmişdir. Qiymətli kağızların ticarət
və ticarət sonrası sistemləri inteqrasiya edilərək avtomatlaşdırıl-
mış, klirinq və uçot əmə-liyyatlarının real rejimində icrası imkan-
ları yaradılmışdır. Belə ki, əgər 2005-ci ilədək ildə qiymətli kağız-
larla ticarət əqdləri bir həftə ərzində tamamlanırdısa, artıq sonrakı
dövrlərdən etibarən ticarət əməliyyatlarının real vaxt rejimində
həyata keçirilməsi təmin edilmişdir. Eyni zamanda, qiymətli kağız-
lar bazarı iştirakçılarına məsafədən çıxış imkanları yaradılmaqla
maliyyə vasitəçiliyinin regional əhatəsi genişləndirilmişdir. Hazır-
da ölkənin fond bazarında fundamental bazar institutları ilə yanaşı
maliyyə vasitəçiliyi funksiyasını həyata keçirən broker-diler, aktiv-
lərin idarə olunması üzrə 14 şirkət fəaliyyət göstərməkdədir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
80
Azərbaycanın fond bazarında normativ-hüquqi bazada investor-
ların (xüsusən minoritar investorların) hüquqlarının qorunmasına,
qiymətli kağızlar bazarında məlumatların açıqlanmasına, qeyri-
qanuni insayder əqdlərinin yol verilməməsinə, qiymətlərlə mani-
pulyasiyanın qarşısının alınmasına və ölkənin fond bazarının daxili
və xarici investisiya resurslarının iqtisadiyyatın real sektorunda
akkumulyasiya edilməsinə, bazarın spekulyativ əqdlər bazarına
çevrilməsinin qarşısının alınmasına yönəldilmiş istiqamətlərə xü-
susi diqqət yetirilməkdədir. Qanunvericilik mühiti və  əməliyyat
infrastrukturunda həyata keçirilmiş keyfiyyət islahatları bazarda
tələb və təklifin canlanmasını, mövcud maliyyə alətlərinin ticarəti-
nin dərinliyinin artmasını, müddəti və gəlirliyinə görə yeni ma-
liyyə alətlərinin bazara çıxarılmasını təmin etməkdədir.
Ölkədə son illərdə bazarın korporativ qiymətli kağızlar seqmen-
ti bütövlükdə bu bazarın və iqtisadiyyatın artım templərini bir neçə
dəfə üstələyən tendensiya nümayiş etdirməkdədir. Ölkənin İpoteka
Fondunun 2009-cu ildən uzunmüddətli istiqrazlarının ticarətinə
start verilməsi ilə tikinti sektorunun qiymətli kağızlar bazarı va-
sitəsilə maliyyələşdiriməsi imkanları yaranmışdır. 2010-cu ildə
korporativ qiymətli kağızlarla repo və  əks-repo əməliyyatlarının
həyata keçirilməsi üçün platforma istifadəyə verilmiş, bu dövr ər-
zində həmçinin, dövlət qiymətli kağızlarının çeşidi artmış və onla-
rın ticarəti genişləndirilmişdir. Əvvəlki dövrlərdə Maliyyə Nazirli-
yi tərəfindən buraxılan 35 günlük dövlət qısamüddətli istiqrazları-
nın müddəti 5 ilədək uzadılmış və dövlət borcunun effektiv
idarəedilməsi üçün zəmin formalaşdırılmışdır.
Bakı Fond Birjasının listinq mexanizmlərinin təkmilləşdiril-
məsi, sadələşdirilməsi və iqtisadiyyatın tələblərinə uyğunlaşdı-
rılması  şirkətlərin kapital bazarından maliyyələşmə meyllərinin
artmasına müsbət təsir göstərməkdədir. Bunun nəticəsi olaraq
2009-cu ildə Bakı Fond Birjasının listinqinə ilk şirkətlər daxil
edilmişdir. 2012-ci ildə artıq ənənəvi olaraq dövlət büdcəsi hesabı-
na maliyyələşdirilən enerji sektorunun kapital bazarları alətləri va-
sitəsilə maliyyələşdirilməsi təşəbbüsü baş tutmuşdur. Bu layihədə


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
81
Azərbaycan Respublikasının Dövlət Neft Fondu da investor qis-
mində çıxış etmişdir [24]. Bütün bunlar korporativ sektorun həm
səhm, həm də istiqraz buraxılışı vasitəsilə kapital bazarlarından
əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsi ilə nəticələnməkdə,
bazara yeni emitentlərin daxil olmasını təmin etməkdədir. Əgər,
qiymətli kağızlar bazarının ilkin formalaşma dövründə fond baza-
rında əsasən maliyyə sektorunun iştirakçıları aktiv idilərsə, bu gün
enerji və real sektorun da bazardan vəsait cəlb etməsi müşahidə
edilməkdədir.
Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının təşkili
və inkişafı baxımından hazırlanmış ilk proqramda ölkədə qiymətli
kağızlar bazarının vəziyyəti sivil bazarın infrastrukturunun yaran-
masına və inkişafına yönəlmiş dövlət siyasəti, qoyulmuş
vəzifələrin həyata keçirilməsi metodları, institutsional investorlar
sisteminin yaradılması və investorların hüquqlarının qorunması,
qiymətli kağızlar bazarı üzrə mütəxəssislərin hazırlanması, beynəl-
xalq əlaqələrin inkişafı, bu sahədə açıq informasıya sisteminin ya-
radılması məsələləri əhatə olunmuşdur.
Azərbaycanda maliyyə-fond bazarının inkişafını sürətləndirmək
məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 16 may
2011-ci il tarixli sərəncamı ilə  “2011-2020-ci illərdə Azərbaycan
Respublikasında qiymətli kağızlar bazarının inkişafı” adlı sonuncu
Dövlət Proqramı qəbul edilmişdir. Belə ki, Azərbaycan Respubli-
kasında qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq təcrübəyə
uyğun təkmilləşdirilməsini, iqtisadi subyektlərə və  əhaliyə təqdim
olunan maliyyə xidmətlərinin daha da genişləndirilməsini təmin
edən bu proqram bazarın müasir və perspektiv-strateji inkişafınıa
yönəlməklə xüsusi əhəmiyyət kəsb etməkdədir.
“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli
kağızlar bazarının inkişafı” Dövlət Proqramının başlıca məqsədi
müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitali-
zasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini
təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə