Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə52/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   48   49   50   51   52   53   54   55   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
lin
ə aid təkhecalı söz kökləri V, CV, VC və CVC quruluşun-
dadır. Onların da içərisində CVC forması kəmiyyətcə daha 
çoxdur (297, 287). A.Vamberi q
ədim türk söz kökünü CVC 
biçimli hesab edir (171, 14-15).  
A.N.Kononov türk dill
əri üçün V, CV, CVC  for-
malarının  daha qədim  olduğunu  göstərir  (179,  76). Altay 
dill
ərində  CVC  strukturlu köklərin ilkinliyi ideyasını 
İ.V.Kormuşin  və  E.D.Polivanov da dəstəkləyirlər  (113, 
145). Türkologiyada bu ide
yanın  ən  ardıcıl  tərəfdarı 
N.A.Baskakovdur. O göst
ərir ki, CVC tipi həm qədim, həm 
d
ə  müasir türk dillərindəki söz köklərinin 76%-ni təşkil 
edir (113, 145-146). N.A.Baskakov samit+sait+samit heca 
tipini daha q
ədim sayır, çünki əski türkdilli qaynaqlarda hə-
min forma daha çox 
işlənmişdir  (115, 26-30). Göründüyü 
kimi, N.A.Baskakov burada statistikaya 
əsaslanır. A.M.Şer-
bak da CVC for
masının ilkinliyi ideyasını müdafiə edir. O, 
yazır ki, bəzi türkoloqlar kök hecaların ən tipik növü kimi 
samit+sait+samit modelini 
əsas hesab edirlər ki, digər heca 
tipl
əri də ondan yaranmışdır (290, 109). 
Ç
ağdaş türk dillərində CVC formasında olan köklərin 
bir qismi VC  forma
sından təşəkkül  tapmışdır.    Məsələn, 
Az
ərbaycan dilində hür- feilinin ilkin forması ür- şəklində 
olmuşdur: Köpək nə kirüsün, nə ürsün (Oğuz., 162); it ürdi 
“İt hürdü”  (ДТС,  626).  Deməli, Azərbaycan dilində  hür- 
feilinin  CVC  for
ması  həmin kökün önünə  h  səsinin artı-
rılması  nəticəsində  əmələ  gəlmişdir.  Eyni  fikri  vur-  feili 
haqqında  da  demək mümkündür, çünki həmin feilin də 
ilkin  forması  ur-  şəklindədir  (ПДП,  438);  ol  ani  urdı  “O, 
ona z
ərbə  vurdu”  (ДТС,  614).  Müasir türk dillərində  söz 
 
163 


BABA MƏHƏRRƏMLİ 
 
 
başında v, h protetikliyi ilə VC köklərindən təşəkkül tapan 
CVC 
formalı köklər mövcuddur.  
Əski türk söz formalarından biri kimi qəbul etdiyimiz 
samit+sait+samit  modeli h
əm qədim, həm də çağdaş türk 
söz kökl
əri içərisində  aparıcı  yer  tutur.  Məsələn, qaq. qit-
“getm
ək”, qırğ. kel-, kec (“gec”), san (“say”), qaç-, tat, tam 
(“dam”), tay (“ana t
ərəfdən qohum”, Azərbaycan dilindəki 
dayı  sözünün kökü-  B.M.),  qat  (“hissə”), türk. kat  “mər-
t
əbə”, başq. buy (“uzunluq, boy”), buş (“boş”) və s. 
B
əzi CVC tipli köklər tarixən CV tipli kök morfemlər-
d
ən törəmişdir. Məsələn, V.Aslanov çağdaş Azərbaycan di-
lind
ə işlənən dəl- və deş- feil köklərinin, əslində, *tə- kök 
morfemind
ən yarandığını göstərir. Türkoloqun fikrincə, -l- 
v
ə - bu feillərdə şəkilçi morfemlərdir (12 ,II, 31). Azər-
baycan dilind
ə işlənən güd- feili tarixən - “qorumaq, mü-
hafiz
ə etmək” kökündən yaranmışdır (ДТС, 322). A.T.Kay-
darov  qov-  //  kov-  feilinin  ku-  kökünd
ən törədiyini ehtimal 
edir (171
,  250).  Əslində,  qov-  feili nostratik mənşəli  *ke
“h
ərəkət etmək” feilinin derivatlarından biridir. 
Türk dill
ərində  CVC  quruluşlu  söz  köklərinin  sayı 
f
ərqlidir. Çağdaş qazax dilində 179 CVC quruluşlu kök mor-
fem işlənir, yəni bu tipli köklər təkhecalı sözlər arasında 78, 
1% t
əşkil  edir  (113,  146).    Müasir  qırğız  dilində  təkhecalı 
kökl
ər içərisində CVC tipli morfemlər 60%-dir. E.R.Tenişev 
salar dilind
ə 1000-ə qədər təkhecalı kökün işləndiyini qeyd 
edir.  Onların  statistikası  aşağıdakı  kimidir:  V-50,  VC-170, 
CV-300,  CVC-437,  CVCC-23 (171, 39). N.Avazbayevin 
hesab
lamalarına görə, müasir özbək dilində CVC heca tipləri 
lüğətlərdə  59%, mətnlərdə  isə  65% təşkil  edir.  Onun 
t
ədqiqatının  nəticəsinə  əsasən,  CV  heca tipi hind-Avropa, 
 
164 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
CVC heca tipi is
ə türk dilləri üçün xarakterikdir (97, 27, 35). 
Xakas dilind
ə 450 CVC quruluşlu kök işlənməkdədir (303). 
Q.Kaliyev daha çox q
ədim türk mənşəli VC və CVC kök tip-
l
ərinin qazax ədəbi dilində  daşlaşdığını,  qazax  şivələrində 
is
ə müstəqil işləndiyini göstərir (173, 185). 
B.X
əlilovun qənaətinə görə, CVC tipli feillərin hamısı 
CV 
formalı  köklərdən  yaranmışdır.  O,  CVC  şəklində  olan 
feill
əri ilkin kök deyil, gövdə  adlandırır  (32, 119,  179). 
Lakin bu fikri bütün CVC tipli kökl
ərə şamil etmək olmaz. 
Onların  da  bir  qismi  ilkin  köklərdir. Türk dillərində  CVC 
tipli kök sözl
ərin bəzilərinin praformaları həm qədim yazılı 
qaynaqlarda, h
əm də müasir türk dillərinin dialekt və şivə-
l
ərində  qorunur. Məsələn,  yay  (“ox atmaq üçün silah nö-
vü”) sözünün kökü olan ya- 
forması (ДТС, 221) uyğur di-
linin Hami l
əhcəsində  mühafizə  olunmuşdur  (199,  153). 
Y
əni türk dillərinin müxtəlif dialekt və  şivələrində  qədim 
söz formaları qorunmuşdur. Ancaq elə söz formaları var ki, 
onların arxetipini bərpa etmək üçün tipoloji araşdırmalara, 
d
ərin müqayisəli-tarixi təhlillərə  ehtiyac var.  Qədim türk 
yazılı abidələrində müxtəlif semantikalı CVC quruluşlu kök 
morfeml
ər  işlənmişdir.  Təbii  ki,  çağdaş  türk dillərindəki 
CVC tipli sözl
ərin hamısı kök morfem hesab oluna bilməz, 
çünki onların da bir qismi etimoloji baxımdan düzəltmədir. 
M
əsələn,  başq.  kaz, Azərb.  qaz  “quş  növü”.  Çağdaş  türk 
dill
əri üçün bu söz quruluşca sadədir, ancaq tarixi-etimoloji 
yönd
ən baxsaq, *ka // *qa praformalı kökdən yaranmışdır.  
CVC   tipi türk dill
ərinin ən qədim heca formalarından 
biridir v
ə onların bir qismi törəmə deyil, ilkinliyi, qədimliyi 
əks etdirir. Biz bəzi türkoloqlar tərəfindən iddia edildiyi 
kimi, q
ədim türk söz kökünün yalnız  bir  strukturlu  olması 
 
165 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə