Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə51/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   47   48   49   50   51   52   53   54   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
maq”) feili durur. Q
ədim özbək dilində öq sözü “ağıl” mə-
nasını  ifadə  etmişdir  (277, II, 183). Müasir dilimizdə  iş-
l
ənən  öyüd, öcəş-, öyrən-  sözləri də  qədim  -  morfe-
mind
ən törəmişdir. İlkin söz köklərinə müəyyən ünsürlərin 
artırılması ilə yeni sözlərin yaranması vaxtilə söz yaradıcı-
lığının əsas üsullarından biri olmuşdur. 
Müasir türk dill
ərində  quruluşca  sadə  hesab olunan 
söz kökl
ərinin  əksəriyyəti  tarixi  baxımdan düzəltmədir. 
Əgər  şumer  dilində  e  “ev”,  a  “ata” mənasında  işlənibsə, 
dem
əli, müasir dilimizdə  işlənən  ev, ata  sözləri diaxronik 
baxımdan düzəltmə sözlər sayılmalıdır. B.Atalay qeyd edir 
ki, 
şumer dilindəki a sözü (“ata, yemək, yağış, su, almaq”) 
türk dill
ərində  işlənən  aş,  ata,  ağız,  almaq  sözlərinin  eti-
moloji 
əsasında  dayanır  (81,  9).  Alimlərin mülahizələrinə 
gör
ə,  ən qədim insanların  nitqi  birhecalı,  dəyişməyən və 
bir-biril
ə bağlanmayan sözlərdən ibarət olmuşdur (40, 15). 
Müasir türk dill
ərində  tək  sait  quruluşlu  sözlər,  əsasən, 
müxt
əlif hissiyyatları  ifadə  edən nidalardır.  Vaxtilə  müs-
t
əqil  leksem  kimi  işlənən bu cür kök sözlərin çoxu türk 
dill
ərinin lüğət tərkibini artıq çoxdan tərk etmişdir.  
Yuxarıda qeyd etdiyimiz kimi, tək sait quruluşlu kök-
l
ərin özünün törəmə  olduğunu  söyləyən dilçilər də  var. 
Lakin biz bu fikirl
ərlə razılaşmırıq. Səbəbi aşağıdakılardır: 
1) Q
ədim türk söz köklərinin  yalnız  bir  formadan 
ibar
ət olması fikri inandırıcı deyil; 
2) Q
ədim türk söz köklərində  ancaq samit səslərin 
əsas rol oynaması fikri real zəmindən uzaqdır; 
3) Artiku
lyasiya  baxımından  sait  səslərin samit 
s
əslərə nisbətən asan yaranması fikrimizi təsdiq edir; 
 
160 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
4) Kök morfeml
ər struktur baxımdan mürəkkəbdən sa-
d
əyə doğru deyil, sadədən mürəkkəbə doğru inkişaf etmişdir. 
Müqayis
ə üçün qeyd edək ki, qədim hind-Avropa dil-
l
ərində də V (sait) quruluşlu köklər işlənmişdir. Ancaq öncə 
d
ə  qeyd etdiyimiz kimi, hind-Avropa dillərinin  araşdır-
maçıları çox vaxt bu faktı təkzib edirlər. Biz türk dillərində 
V  (sait) 
quruluşlu kökləri ilkin söz formalarına aid edirik, 
ancaq protodil üçün h
əmin köklər törəmə ola bilər. E.V.Se-
vortyan er- “çatmaq” feilinin e- kökünd
ən yarandığını qeyd 
edir. O, e- sözünün iki m
ənasını verir: 1) “olmaq”; 2) “nə-
y
əsə aid”. Müəllif e- kökündən er- “çatmaq”, er kökündən 
is
ə arıg “dayanacaq”, ergü “yaşayış yeri” sözlərinin yaran-
dığını  qeyd  edir  (ЭСТЯ,  I,  218). Qədim  e-  kökü müasir 
türk dill
ərində işlənən er// ir- “gəlmək, çatmaq” feilində 
daşlaşmışdır.  Həmin kökün koreya dilində  o-  “olmaq”, 
tunqus-mancur dill
ərində ı- “olmaq” paralelləri mövcuddur. 
B.X
əlilovun qeyd etdiyinə  görə,  erdi,  irdi,  idi,  imiş 
köm
əkçi feillərinin mənşəyində i- “göndərmək, yollamaq” 
kökü durur (33, 45).  
“Kitabi-D
ədə  Qorqud” dastanında  i-  (-mək) “olmaq” 
anla
mındadır: Tənri verən canın, seyranda imiş indi, dəxi; 
Qazan, oğlan avda idügin andan biləyin kim, yorğun atun-
la, güd
əlmiş cidanla ardına”, – dedi; Dərsə xan oğlancuğu 
idüyin bilm
ədi, qarşu gəldi; soylar, görəlim xanım, nə soy-
lar 
(KDQİL, 96). İ- // ı- kökü Orxon-Yenisey abidələrində 
işlənən  id-  //  ıd-  “göndərmək, aparmaq, yola salmaq” sö-
zünd
ə  qalmışdır:  Tokız  oğuz  bodun  yerin,  subın  ıdıp  Tab-
ğaçğaru bardı (Bilgə  Xaqan): “Doqquz oğuz xalqı  yerini, 
suyunu (v
ətənini) buraxıb Tabğaça tərəf getdi” (60, 106).  
 
161 


BABA MƏHƏRRƏMLİ 
 
 
Apardığımız tədqiqat nəticəsində qədim türk dillərin-
d
ə V (sait) quruluşlu aşağıdakı kök morfemlərin olduğunu 

əyyənləşdirmişik. Bu köklər türk dillərinə aid ən qədim 
yazılı  qaynaqlara,  etimoloji  lüğətlərə,  tarixi  araşdırmalara 
əsasən bərpa edilir: *ö- “fikirləşmək”, *u- “bacarmaq”, *u 
“yatmaq,  yuxu”,  *u-  “dözm
ək”,  *ü-  “toplamaq,  yığmaq”, 
*e- “olmaq”, *
ı “ağac, kol”, *ı- “göndərmək”, “yığmaq”, *i 
“iy”, i- “olmaq”. 
Bel
əliklə,  V  (sait)  quruluşlu  kök  morfemlərin qədim 
türk dill
ərində mövcudluğu danılmaz fakt kimi ortaya çıxır. 
Bu tip kökl
ərin müasir türk dillərində azlığı qədimdə onların 
mövcudluğunu  heç  də  inkar etmir.  Dünya dillərində  yazı-
yaq
ədərki dövrlərdə  V (sait)  quruluşlu  kök  morfemlər ki-
fay
ət qədər çox olmuşdur. Sonradan isə onlar morfonoloji və 
fonose
mantik  inkişaf  nəticəsində  dəyişikliklərə  məruz qa-
laraq öz ilkin for
malarını  itirmişdir.  Türkologiyada  qədim 
söz struktur
larından biri kimi adı hallandırılan köklərdən biri 
d
ə  CVC  (samit+sait+samit)  heca tipidir. Statistikaya  əsas-
lan
saq, çağdaş türk dillərində təkhecalı morfemlər içərisində 
samit+sait+samit tipli kökl
ər üstünlük təşkil edir. 
Müasir türk dill
ərinin lüğət fondunda daşlaşmış çoxlu 
miqdarda lekseml
ər  var  ki,  onlarda  kök+şəkilçi sərhədini 
v
ə ya münasibətini araşdırmaq üçün həmin sözlərdə tarixən 
baş verən fonetik və morfoloji inkişaf proseslərini izləmək 
lazımdır.  Kökü,  mənşəyi  bir  olan  çağdaş  türk  dillərində 
CVC  heca tipli söz kökl
ərinin say nisbəti fərqlidir. Bunun 
da s
əbəbi çoxəsrlik  inkişafın,  türk  dillərinin parçalanma-
sının  nəticəsidir. Müqayisə  üçün qeyd edək ki, türk dillə-
rinin kök morfeml
əri ilə uyğunluq təşkil edən şumer dilinə 
aid söz kökl
ərinin  əksəriyyəti monosillabikdir.  Şumer di-
 
162 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə