BABA MƏHƏRRƏMLİ
“Kutadqu bilik”d
ə kü sözü “şöhrət” mənasındadır: kü
çav at tilese tuz etmek yitür, tiriglik tilese anı ok yetür (KB,
I, 246): “Adının namlı və şöhrətli olmasını dilərsən, başqa-
larına da duz-çörək yedir, yaşamaq dilərsən, yenə eyni şeyi
et” (KB, II,173). M.Kaşğari kü kökünü “ün, san” məna-
sında izah edir (DLTT, IV, 392). Qədim türk abidələrində
kü
komponentli qoşa sözlər də işlənmişdir: kü at “şan-şöh-
r
ət”, kü çav “şöhrət” (ДТС, 322).
Əski türk yazılı qaynaqlarında rast gəlinən CV formalı
söz kökl
əri aşağıdakılardır:
ba-
“bağlamaq, sarımaq” (QTAS, 32; ПДП, 367);
bi
“qısraq, madyan” (ДТС, 97; ПДП, 379);
čı “şeh” (ДТС, 144);
ka
“qutu” (ДТС, 399);
kı- “buraxmaq, göndərmək” (71, 312);
ki “geri, q
ərb” (60, 199, 363);
ki “yol” (71, 313);
ko- // qo- “qoymaq, salmaq” (60, 368);
kü- “qorumaq, mühafiz
ə etmək” (ДТС, 322);
kü
“şöhrət” (ДТС, 322; ПДП, 396);
la
“yük heyvanı” (QTAS, 71);
lu “cin,
əjdaha, ilan” (QTAS, 72);
ma “t
ərif” (71, 315);
ne “sual
əvəzliyi” (94, 159);
pa- “parçalamaq” (QTAL, 134);
sa- “saymaq, hesab etm
ək” (ДТС, 478; ПДП, 418);
sı “buddistlərə məxsus monastır” (QTAS, 91);
sı- // su- “qırmaq, sındırmaq” (QTAS, 92; ПДП, 423);
sı- “təhrif etmək, dəyişdirmək, əvəz etmək” (71, 318);
148
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
sı- “təslim etmək” (71, 318);
su- “it
ələmək” (ДТС, 512);
sü
“qoşun, ordu, hərbi hissə” (QTAS, 94; ПДП, 423);
sü “saç” ( QTAL,156);
sü “çay” (71, 319);
so “z
əncir” (QTAL,139);
sö “vaxt, zaman”( QTAS, 93; QTAL,140);
sı “sinir” (QTAL, 138);
te- “dem
ək” (QTAS, 101);
ti “h
əmişə” (QTAS, 104);
ti “uzun vaxt” (93, 254);
tu-
“bağlamaq, doldurmaq, tutmaq” (ДТС, 584);
tu- “donmaq” (71, 321);
tu “rütb
ə, dərəcə” (QTAS,109);
tü “tük, saç, yun, l
ələk; hər, hər bir” (QTAS,112);
to- “doymaq” (QTAL, 378);
to
“say” (ПДП, 431);
tü “r
əng, fərqli” (ДТС, 594; ПДП, 435);
ya “yay, kaman” (QTAS, 43;
ПДП, 382);
ye- “yem
ək” (ДТС, 252);
yu-
“yumaq” (ДТС, 276);
yü
“şirə” (QTAS, 53).
Statistikaya
əsaslansaq, qədim yazılı abidələrdə 41 CV
quru
luşlu kök morfem işlənmişdir. Təbii ki, çağdaş türk
dill
ərində həmin köklərin əksəriyyəti arxaikləşmişdir. Mü-
asir türk dill
ərindəki CVC formalı söz köklərinin bir qis-
minin CV biçimind
ən yaranmasını qədim türk dillərində tu-
“dolmaq, yum
maq, bağlamaq” kökünün müstəqil şəkildə
işlənməsi faktı da sübut edir: ol ağzını tudi “O, ağzını bağ-
149
BABA MƏHƏRRƏMLİ
la
dı” (ДТС, 584). Həmin fakt təsdiqləyir ki, müasir dilimiz-
d
əki dol- feilində - l ünsürü, tut- feilindəki -t ünsürü eti-
moloji ba
xımdan şəkilçi funksiyasındadır.
Türk dill
ərinin söz kökləri ilə çoxsaylı leksik para-
lell
əri olan şumer dilində də CV tipli sözlər işlənmişdir:
ma “getm
ək”, mi “qadın”, ku “yerləşmək”, ga “süd”, du
“iş”, pu “quş”, tu “şorba”, ba “balıq”, ka “qutu” (SL, 8-
27). Şumer dilindəki bu köklərin bəziləri türk dillərinin
sözl
əri ilə ortaqlıq təşkil edir. Məsələn, ka “qutu” morfemi
qab // kap sözünün köküdür (206, 17) v
ə ya şumer dilində
işlənən ba morfemi balıq // balık sözünün köküdür. Türk
dill
ərində işlənən baba sözü qədim şumer dilində ba şək-
lind
ə işlənmişdir. Qoyun sözü bəzi türk dillərində koy //
kon
şəkillərindədir, ancaq həmin forma da ilkin vəziyyəti
əks etdirmir. Bu sözün praforması *ko-dur. Şumer dilində
d
ə qu “qoyun” mənasındadır. Həmin fakt da qoyun
sözünün praforma
sının *ko olduğunu isbat edir. CV
(samit+sait)
şəkli dünya dillərində ən çox rekonstruksiya
edil
ən heca tiplərindəndir. Bu fakt də həmin söz
formasının qədimliyini bir daha təsdiqləyir.
B.M.Yunus
əliyevin fikrincə, tarixən qırğız dili üçün
tipik
heca formalarından biri də samit+sait biçimidir (295,
51). A.B.Ercilasun X
əsrə aid “Kutadqu bilik” əsərində 8
CV
quruluşlu sözün işləndiyini qeydə almışdır: ba- “bağla-
maq”, kü- “qorumaq”, sa- “saymaq”,
sı- “qurmaq”, ti- “de-
m
ək”, tu- “qapamaq”, yi- “yemək”, yü- “yumaq” (83, 12).
Orxon-Yenisey abid
ələrində ba- (“bağlamaq”) feili
müst
əqil şəkildə işlənmişdir: Tardus sad ara badı. Yaydı-
mız. Kağanın tutdımız, yabğusın, sadın- “Tarduş şad aranı
bağladı (mühasirə etdi), Dağıtdıq (yaydıq). Xaqanını tut-
150
Dostları ilə paylaş: |