Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə43/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   39   40   41   42   43   44   45   46   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
q
ədim olmasını müəyyənləşdirmək üçün fonetik qanunauy-
ğunluqlara  əsaslanmaq, həmçinin qədim abidələrdəki dil 
faktlarına istinad etmək lazımdır. 
Türkoloji dilçilikd
ə  təkhecalı  söz  köklərindəki vari-
ant
lılıq müxtəlif səbəblərlə izah olunur. Bu prosesin aqlüti-
nativ quru
luşun formalaşmasına qədər olan dövrdə baş ver-
diyi güman edilir. Söz kökl
ərindəki variantlılıq gah qədim 
dialekt 
əvəzlənmələri ilə, gah da çoxhecalılığın ixtisarı ilə 
izah edilir  (255,  52). N.A.Baskakov  fonetik variant
lılığın 
yeni kökl
ərin formalaşmasına yol açdığını göstərir. O, türk 
dill
ərində  eyni kökdə  dialekt fərqlərinin sonradan leksik 
f
ərqlərə  gətirib  çıxardığını  qeyd  edir  (113,  174). Deməli, 
tarix
ən türk dillərində eyni söz kökünün müxtəlif türk dia-
lektl
əri üzrə diferensiallaşması yeni köklərin formalaşması 
üçün z
əmin yaratmışdır. 
Türk dill
əri üçün ilkin hesab edilən təkhecalı (mono-
sillabik) 4 söz modeli (V, CVC, VC, CV), 
əslində, sonrakı 
m
ərhələni əks etdirir. Fikrimizcə, türk söz köklərinin mor-
fo
noloji  inkişaf  paradiqmasına  vahid ulu dilin söz kökləri 
aspektind
ən  yanaşmaq  daha məntiqlidir.  Türkoloqlar  kök 
sözl
ərin tarixən hansı heca quruluşuna malik olması məsə-
l
əsi haqqında yekdil rəyə gələ bilməmiş, fərqli mülahizələr 
söyl
əmişlər. N.A.Baskakov qeyd edir ki, türkologiyada hə-
min m
əsələ haqqında olan mövcud fikirlər hələ də ziddiy-
y
ətlidir (113, 141). Problemin həlli ona görə çətindir ki, mə-
s
ələ yazıyaqədərki dövrlə bağlıdır. İrəli sürülən fikirlər ehti-
mallara, f
ərziyyələrə əsaslanır. Hansı heca tipinin ilkin olma-
sı məsələsi bu gün də aktuallıq kəsb edir. Məsələnin mahiy-
y
ətində  nə  durur?  İlkin  heca  tiplərinin müəyyənləşməsinin 
əhəmiyyəti nədir? Problemin həllinin əhəmiyyəti odur ki, il-
 
136 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
kin heca tipl
ərinin müəyyənləşməsi ilə kök morfemlərin fo-
nomorfoloji v
ə fonosemantik inkişafının istiqamətləri və qa-
nuna
uyğunluqları aşkarlanır.  
Türkoloqlar f
ərqli heca modellərini ilkin hesab edirlər. 
Problemin ç
ətinliyi də  bundadır.  Türkologiyada kök 
morfeml
ərin fonetik strukturu haqqında iki əsas fikir var: Bir 
qrup türkoloq (V.V.Radlov, A.Vamberi, N.A.Baskakov) he-
sab edir ki, türk dill
ərində ilk monosillabik söz kökləri qa-
palı hecalıdır. Digər bir qrup türkoloq (G.Klauson, A.N.Ko-
nonov,  E.V.Sevortyan) is
ə  ilkin köklərin  açıq  hecalı  ol-
duğunu göstərir. A.Axundov qeyd edir ki, yeni Azərbaycan 
dili il
ə  müqayisədə  dilimizin  əvvəlki dövrləri üçün qapalı 
hecalar daha s
əciyyəvi olmuşdur (8, 272). Dialektlərimizdə 
bunun izl
əri qorunmuşdur. Müqayisə  üçün qeyd edək ki, 
heca qapa
lılığı oğuz qrupu türk dillərinə nisbətən, qarluq və 
qıpçaq qrupu türk dillərində daha çox mühafizə edilmişdir. 
G.J.Ramstedt Altay dill
ərində ilk feil köklərinin aşağı-
dakı  strukturda  olduğunu  ehtimal  etmişdir:  V,  СV,  VС, 
СVС, VСС, СVСС (239, 29). A.N.Kononov da bu problemə 
öz münasib
ətini bildirərək yazır: “Türk söz köklərinin ilkin 
modell
əri saitsamit+saitsait+samit formalarına əsaslanır. 
Samit+sait+samit modelli kökl
ərin morfoloji təhlili göstərir 
ki, bu tipli kökl
ərdə axırıncı üçüncü  element (yəni sonuncu 
samit)  ya  növ  şəkilçisidir (feil köklərində), ya da söz-
düz
əldici şəkilçidir (isim köklərində)” (179, 76). A.T.Kay-
darov qazax dilind
ə kök morfemlərin 6 heca tipinin işləndi-
yini göst
ərərək, V, CV, VC tipli hecaları daha qədim hesab 
edir (171, 38-65). Ancaq n
ədənsə o, CVC formasını nəzərə 
alma
mışdır. Ə.Rəcəbli yazır ki, güman ki, ilkin türk söz kö-
kü bir fonetik t
ərkibli olmamışdır, çünki ilkin türk sözü yu-
 
137 


BABA MƏHƏRRƏMLİ 
 
 
xa
rıda sadalanmış fonetik tərkiblərdən təkcə birindən ibarət 
olsa idi, ilkin türk dili müt
əhərrikliyini itirər, ünsiyyətə xid-
m
ət edə  bilməzdi (61,  189).  İ.V.Kormuşin  qeyd  edir  ki, 
Altay dill
ərinin öyrənilməsində  əsas vəzifələrdən  biri bu 
dill
ərdə  olan köklərin  başlanğıc  formasının  müəyyənləş-
dirilm
əsidir (180,  9). K.M.Musayev göstərir ki, türk 
dill
ərində  söz köklərinin inkişafı  probleminin öyrənilməsi 
mühüm 
əhəmiyyət kəsb edir. O, həmin mövzunun türk 
dilçiliyind
ə zəif öyrənildiyini qeyd edir. Tədqiqatçının fik-
rinc
ə, qədim türk söz kökləri aşağıdakı strukturlarda olmuş-
dur: V, CV, VC, CVC, CVCC, VCC (221, 82). B.M.Yunus-
əliyev qırğız dilinin kök sözlərini 4 formada bərpa etmişdir: 
samit+sait, sait+samit, samit+sait+samit, sait (295, 51). 
Əksər tədqiqatlarda türkoloqlar sait+samit, samit 
+sait+samit, samit+sait modell
ərinə üstünlük verirlər. Be-
l
əliklə, türkoloji dilçilikdə 1, 2, 3, 4 və ya 5, bəzən isə hətta 
6 heca tipi 
ən qədim,  ilkin    formalar kimi təqdim edilir. 
F.C
əlilovun bu fikri ilə razılaşmaq olar ki, qədimdə bütün 
kök morfeml
ərin bir heca quruluşuna malik olması ideyası 
yanlışdır.  Qədimə  doğru  getdikcə  fonemlərin  sayı  azaldı-
ğından onların distribusiyası da məhdudlaşır. Tədqiqatçının 
fikrinc
ə,  əgər prototürkün ilkin monosillabik çağında  V, 
CV, VC, CVC modell
əri olmuşsa, artıq iltisaqi quruluş for-
ma
laşdıqca  VC  və  CVC  modellərinin  şəkilçili morfemlər 
hesa
bına  VCC, CVCC  variantları  da  yaranmışdır,  yəni 
prototürk dövrünün sonrakı mərhələlərində altı heca modeli 
mövcud ol
muşdur  (19,  136,  148). A.Məmmədov  samit+ 
sait+samit+samit  v
ə  sait+samit+samit  formalı  heca  tip-
l
ərini daha qədim sayır (207, 129). Fikrimizcə, həmin heca 
tipl
əri törəmədir. B.Xəlilov göstərir ki, feillərin əksəriyyəti 
 
138 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə