Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə42/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
t
ərəfindən  əsası  qoyulan, sonradan isə  Y.Kuriloviç və 
E.Benvenistin t
əkmilləşdirdikləri larinqal nəzəriyyə  dildə 
ilkin s
əslərin dilarxası, qırtlaq samitləri olduğunu isbatlayır. 
H
əmin larinqal samitlərin dil önünə keçməsi, yəni artikul-
yasiya baza
sının tədricən dəyişməsi, yeni artikulyasiya im-
kan
larının  genişlənməsi samit səslərdən sait səslərin törə-
m
əsinə  səbəb olmuşdur.  Əslində, larinqal nəzəriyyə  ilkin 
s
əslər haqqında nəzəriyyə olsa da, eləcə də söz köklərinin 
yaranma mexanizmi
nin izahı üçün mühüm istinad mənbə-
yidir. Bu n
əzəriyyə  sait səslərin mənşə  baxımından samit 
s
əslərin müxtəlif reflekslərindən yarandığını  təsdiqləyir. 
Müasir tuva v
ə xakas dillərində farinqal saitlərin mövcud-
lu
ğu sübut edir ki, larinqal nəzəriyyə etimoloji araşdırmada 
yal
nız  hind-Avropa dilləri üçün deyil, eyni zamanda  türk 
dill
əri üçün də tətbiq edilməlidir. Doğrudur, bəzən türk dil-
l
ərində farinqal saitlərin mənşəyi səsartımı amilləri və  ya-
xud substrat hadis
əsi ilə əlaqələndirilir (255, 51). Sarı uy-
ğur, tuva, xakas dillərində məhz qədim dil elementləri kimi 
farinqal saitl
ər qorunmuşdur. Həmin farinqal səslər də qə-
dim larinqal samitl
ərin müxtəlif reflekslərinin nəticəsi kimi 
yaran
mışdır. Tarixən ilkin söz köklərinin yaranmasında sa-
mit s
əslər  əsas rol oynamışdır.  Sait  səslər sami dillərində 
ol
duğu kimi fonematik yük daşımış, yəni söz kökünə məna 
fonu ver
mişdir. Semitoloqların fikrincə, sami dillərində söz 
kökl
əri iki samitin əsasında yaranmışdır (193, 99). 
Müasir türk dill
ərində  sinxronik  baxımdan  quruluşca 
sad
ə  hesab edilən təkhecalı  onlarla  söz  kökü  var  ki, onlar 
diaxronik baxımdan düzəltmə köklərdir. Söz köklərinin inki-
şafındakı  müxtəlif transformasiyalar, semantik divergen-
siyalar fonoloji v
ə morfonoloji təsirlərin nəticəsində  yaran-
 
133 


BABA MƏHƏRRƏMLİ 
 
 
mışdır.  Tarixən söz köklərinin morfoloji inkişafı  bir  neçə 
m
ərhələdən keçmişdir.  Birinci  mərhələdə  bir  sıra  təkhecalı 
kökl
ərdə  ilkin  şəkilçi  daşlaşması  baş  vermiş,  sonradan  isə 
b
əzi köklər yenidən ikinci daşlaşmaya, bəzən isə hətta üçün-
cü daşlaşmaya məruz qalmışdır. Nəticədə, türk dillərində bir, 
iki v
ə  yaxud da üçhecalı  fuzial köklər formalaşmışdır. 
Müasir türk dill
ərində  bu proses daha çox çoxhecalı  kök-
l
ərdə nəzərə çarpır. Türk söz köklərinin yaranma və inkişaf 
m
ərhələlərini izah etmək üçün, ilk növbədə,  fonoloji və 
morfonoloji prosesl
ərin mahiyyəti dərk olunmalıdır. Türko-
logi
yada işlədilən ilkin kök termini də nisbi səciyyə daşıyır. 
Türk dill
ərinin yaranması və təşəkkül tapması proto-
di
lin sonrakı mərhələsidir. Prototürk dilinin yaranması  kök 
dilin, y
əni nostratik mərhələnin davamıdır.  Buna  görə  də 
müasir türk dill
ərində protodilə məxsus bəzi köklər qorunsa 
da, h
əmin sözlərin bir çoxu morfonoloji və  fonosemantik 
d
əyişmələrə məruz qalmışdır. Türk söz kökləri dilin amorf-
luq m
ərhələsindən iltisaqi quruluşa doğru inkişaf mərhələsi 
keç
mişdir.  Bu  inkişaf  mərhələsində  türk söz köklərinin 
strukturu müxt
əlif deformasiyalara  uğramış,  morfonoloji 
s
əviyyələrdə fərqlənmələr semantik parçalanmalara yol aç-
mışdır. Bugünkü türk söz köklərinin ən azı 2-3 minillik ta-
rixi var. Türkoloqlar qeyd edirl
ər ki, türk dillərində  ilkin 
kökl
ərin müəyyənləşdirilməsi çox çətin, lakin vacib proble-
min h
əlli ilə əlaqədardır (24, 47). Türk söz köklərinin for-
malaşması  prosesinin öyrənilməsi  üçün  şumer  dilindəki 
sözl
ərin müqayisəyə  cəlb olunması  xüsusi önəm  daşıyır. 
Az
ərbaycan dilçiliyində  A.Məmmədov (207, 6;  50,  5-24), 
F.C
əlilov (19, 39), T.Hacıyev (27, 25-34) və Q.Kazımovun 
(40,  99-141) bu sah
ədəki tədqiqatları  həmin  faktı  təsdiq 
 
134 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
edir. N
əzərə  alsaq  ki,  şumer  dilinin  tarixi  beş  minillik bir 
zamanı əhatə edir, o zaman söz köklərinin hansı dəyişmələ-
r
ə  məruz qala biləcəyini təxmin etmək mümkündür. 
A.M
əmmədov şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin 
öyr
ənilməsinin əhəmiyyətindən bəhs edərək yazır ki, şumer 
dili il
ə türk dilləri arasındakı leksik və qrammatik eyniyyət-
l
ər, bir tərəfdən,  şumer dilinin genetik və  həm də  tipoloji 
m
ənşəyini daha obyektiv şəkildə öyrənməyə şərait yaradır-
sa, dig
ər tərəfdən də, türk dillərinə  məxsus sözlərin tərki-
bind
ə daşlaşmış bəzi köklərin arxetiplərini bərpa etməyə tu-
tar
lı əsas verir (50,  6). Doğrudur, şumer dili ilə türk dilləri-
nin genetik 
əlaqəsi hələ tam sübut olunmamışdır. Həmçinin 
şumer dilinin mənşəyini digər dil ailələrinə bağlamaq cəhd-
l
əri də var, ancaq bunlara baxmayaraq, türk dillərinin ilkin 
söz kökl
əri fonoloji və semantik cəhətdən şumer dilindəki 
leksik vahidl
ərlə çox uyğundur. Məsələn, türk dillərindəki 
qur- “qurmaq” feilinin kökünün *qu
şəklində olmasını şu-
mer dilind
əki analoji fakt təsdiqləyir:  şum.  ku-  “tikmək, 
qurmaq” (SL, 12). Sonradan  r  sonoru kök
ə  qoşulmuş  və 
daşlaşmış, fuziallaşmışdır.  Başqa  bir  nümunəyə  nəzər sa-
laq. Türk dill
ərində  işlənən  kəs-  //  kes-  “doğramaq,  ayır-
maq” feili 
şumer dilində  ku (“kəsmək”) formasındadır (SL, 
47). Bu cür ox
şar  faktlar yüzlərlədir. Həmin analogiyalar 
sübut edir ki, türk dill
ərindəki bir çox təkhecalı sözlər, hətta 
monosillabik  feil kökl
əri etimoloji baxımdan sadə  deyil, 
düz
əltmədir. Türk dillərində digər dillərlə müqayisədə söz 
kökl
ərinin ilkin formalarının  daha  çox  mühafizə  edilməsi 
onla
rın iltisaqi quruluşu ilə bağlıdır. Türk dillərinin qədim 
qay
naqlarında, əski yazılı abidələrində həm təkhecalı, həm 
d
ə  çoxhecalı  sözlər  işlənmişdir. Bunlardan hansının  daha 
 
135 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə