Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə44/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   40   41   42   43   44   45   46   47   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
sait, samit+sait, sait+samit tipli ilkin kökl
ərdən yaranmış-
dır (33, 7). J.Deni türk praformalarını təkhecalı hesab edir. 
E.Z.Kajib
əyov isə bu fikirlə ehtiyatlı olmağı məsləhət gö-
rür, çünki el
ə təkhecalı törəmə köklər var ki, onlarda kök+ 
şəkilçi daşlaşması baş vermişdir (165, 9). Həqiqətən də, elə 
t
əkhecalı köklər var ki, onlar özü də törəmədir.  
Ulu dilin sözl
ərinin bir fonetik strukturdan yaranması 
ide
yası məntiqli deyil, çünki ilkin söz köklərini insanlar səs 
t
əqlidindən yaradıblar. Səs təqlidi də fərqli fonetik tərkibli 
olmuşdur. Prototürk çağı sonrakı dönəm olduğundan qədim 
türk söz kökl
ərinin müxtəlif variantlılığı ideyası bizə görə 
ağlabatandır.  Türk dillərində  sait,  samit+sait,  sait+samit
samit+sait+samit  heca tipl
əri daha qədimdir. Yəni 4 heca 
forması ilkindir, onların da əsasında monosillabizm durur. 
Kök morfeml
ərin leksik-semantik inkişafını  izləmək üçün 
on
ların fonetik strukturunun formalaşmasını öyrənmək zə-
ruridir. Q
ədim yazılı qaynaqlar pratürkdə, əsasən, sait+sa-
mit,  samit+sait,  samit+sait+samit  heca modell
ərinin daha 
m
əhsuldar işləndiyini göstərir.  
Müasir türk dill
ərində diferensial heca tipləri müşahi-
d
ə  edilir. Məsələn, qazax dilində  sait+sait+samit  (uul 
“oğul”),  yakut  dilində  sait+sait  (uu  “yuxu”) heca tipi var 
ki, Az
ərbaycan dilində bu formalar işlənmir. Əlbəttə, dife-
rensial heca tipl
ərinin yaranması  tarixi  hadisədir və  onlar 
türk dill
ərinin  inkişafının  sonrakı  mərhələsində  baş  ver-
mişdir. Dildaxili və ekstralinqvistik amillər həmin fərqlərin 
yaran
masına gətirib çıxarmışdır. 
Türk dill
ərində  ən qədim söz köklərindən biri CV 
(samit+sait) 
quruluşlu köklərdir. Müasir türk dillərində bu 
cür kökl
ərin  sayı  azdır.  Ancaq qədim  yazılı  qaynaqlarda 
 
139 


BABA MƏHƏRRƏMLİ 
 
 
bel
ə strukturlu köklər daha çox işlənmişdir. Dilçilikdə pra-
formaların bərpasında CV  biçimi  üstünlük təşkil edir. Bu 
da t
əsadüfi deyil ki, belə  köklər ən qədim, yəni prototürk  
dövrünün izl
ərini əks etdirir. V.İ.Zolxoyev yazır ki, sözün 
əvvəlində ilk hecada işlənən fonemlər (kök fonemlər) əsas 
leksik m
ənanın  daşıyıcılarıdır,  digər hecalarda olan fo-
neml
ər isə  (postfiksal fonemlər) qrammatik məna daşıyı-
cılarıdır  (279,  203).  A.A.Zayonçkovski,  V.L.Kotviç, 
B.M.Yunus
əliyev belə formada olan kökləri ilkin söz for-
ması kimi qəbul edirlər. 
Türkologiyada bu tip söz kökl
ərinə  həsr olunmuş  ən 
mük
əmməl tədqiqatlardan biri A.A.Zayonçkovskinin mə-
qal
əsidir. “Voprosı yazıkoznaniya” jurnalında dərc edilmiş 
h
əmin məqalədə  türkoloq məhz  CV  tipinin  ən qədim söz 
kökü olduğunu isbat etməyə çalışmışdır. Ancaq onun araş-
dırmasında isim kökləri nəzərə alınmamışdır. Bu da həmin 
ehtima
lın doğruluğuna əminliyi azaldır. A.A.Zayonçkovski 
orta 
əsrlərə aid türk  yazılı qaynaqlarında məhz samit+sait 
quru
luşlu  köklərin  daha  çox  işlənməsinə  görə  bu qənatə 
g
əlir (156, 29-30). Azərbaycan dilçiliyində V.Aslanov (12, 
III, 35, 72,  147,  159, 
163),  Q.Kazımov (40, 36-43 ) və 
B.X
əlilovun (32, 178-202;  33,  32-59) etimoloji  araşdır-
mala
rında  ilkin  söz  formaları  daha çox CV  tipində  bərpa 
olunur. Q.Ba
ğırov  qədim abidələrdə  işlənən feillərin 5 
strukturda oldu
ğunu  göstərir:  VC, CVV, VCVV, VCC, 
CVC+V  (14,  28). Lakin 
Q.Bağırov  CV  tipinin  adını  qeyd 
etmir. K.M.Musayevin ehti
malına  görə,  CV  formasındakı 
kökl
ərin bir hissəsi CVC tipli köklərdən səsdüşümü nəticə-
sind
ə yaranmışdır (221, 91). B.Xəlilov Azərbaycan dilinin 
feill
ərini digər dillərlə  müqayisə  edərək göstərir ki, ilkin 
 
140 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
feil kökl
ərinin  əksəriyyəti  samit+sait  strukturlu köklərdən 
t
əşəkkül tapmışdır. Müəllifin fikrincə, samit+sait tipli söz 
kökl
əri qədim olduğu qədər də tez dəyişkəndir. Azərbaycan 
dilind
ə 6 samit+sait tipli kökün mühafizə olunduğuna əsas-
lanan t
ədqiqatçı  bu  tipli  köklərin mənşəyinin qədimliyini 
t
əsbit edir (33, 9-10). Q.Kazımov yazır ki, V.M.İlliç-Svitıç, 
N.D.Andreyev, A.S.Melniçuk arxetipl
əri müəyyənləşdirər-
k
ən, onları başlıca olaraq CVC şəklində təsəvvür etmişlər. 
Lakin  şumer  dilinin  materialları  və  türk dillərinə  məxsus 
söz kökl
əri göstərir ki, sözü sağ tərəfdən bağlayan, qapayan 
samit son
rakı  hadisədir və  ola bilər  ki,  bunların  bir  qismi 
kök dild
ən – ulu dildən dil ailələrinin yarandığı protodillərə 
keçmiş,  bir  qismi qohum protodillərdə  ulu dilin parçalan-
ma
sından  sonra inkişaf  etmişdir  (40, 44). Onun fikrincə, 
türkoloji t
ədqiqat göstərir ki, bizə  yaxın  dövrlərdəki (min 
beş yüzillik) qədim türk praformaları, əsasən, CV şəklində 
olmuş,  V  və  CVC  formaları  səsdüşümü  və  sözdüzəldicilik 
vasit
ələri ilə  yaranmışdır. Alim qeyd edir ki, ilkin mərhə-
l
ədə söz köklərinin  CV quruluşunda olduğu qənaətindəyik 
(42,  34-35
).
  Lakin önc
ə  qeyd etdiyimiz kimi, bu mülahi-
z
ənin  əksini  düşünən türkoloqlar da var. Əlbəttə, feillər 
haq
qında  CV  formasının  ilkinliyini  ehtimal etmək müm-
kündür, çünki 
əksər türkoloji tədqiqatlarda həmin fikir sü-
but olunub. Tarix
ən feillərdə  növ  şəkilçilərinin yaranması 
v
ə  onların  əksəriyyətinin sonradan  daşlaşması  bu  ehtimalı 
t
əsdiqləyir. Ancaq isim və  əvəzlik kökləri haqqında bunu 
söyl
əmək çətindir. Faktlar göstərir ki, müasir türk dillərində 
CV  tipli kökl
ərin  əksəriyyəti törəmədir. Bir qrup CV 
formalı köklər isə fərdi səciyyə daşıyır, yəni onlar ancaq bir 
türk dilind
ə mövcuddur.  
 
141 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə