Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə50/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
s
əlidir. Buna görə  də  onların  mənşəyi naməlumdur (290, 
142). Bel
əliklə, türkologiyada V  (sait) quruluşlu  köklərin 
m
ənşəyi haqqında olan fikirlərdə qeyri-müəyyənlik var. 
Türk dill
əri ilə  çoxsaylı  leksik  paralellərə  malik  olan  
şumer dilində V (sait) quruluşlu sözlər işlənmişdir: a “ata”, 
“göz yaşı”, “tufan”, e “ev”, “ailə”, “məbəd”, ı “bitki, ot” (81, 
9). K.M.Musayev, V.Aslanov, F.C
əlilov, V.L.Kotviç, 
B.M.Yunus
əliyev, A.T.Kaydarov,  Ə.Rəcəbli, B.Xəlilov  V 
quruluşlu söz köklərini türk dilləri üçün ən qədim söz struk-
turlar
ından biri hesab edirlər. Biz də bu qənaətə gəlirik. 
Orxon-Yenisey abid
ələrində işlənən V (sait) quruluşlu 
kökl
ər bunlardır: u “yuxu” (Gül Tigin, Tonyukuk), ı “ağac, 
bitki” (Tonyukuk), ö
“duymaq, düşünmək, anlamaq” (Gül 
Tigin, Irk Bitik), u- “bacarmaq, olmaq” (Gül Tigin, Turfan), 
i-  “etm
ək” (Moyun Çor, Gül Tigin, Küli Çor), ü- “yığmaq, 
birl
əşdirmək” (Gül Tigin, Bilgə Xaqan) (60, 357,  372, 380, 
381). G.Klausonun eti
moloji  lüğətində  qeyd edilir ki, bir 
saitd
ən ibarət söz kökləri türk dillərində  o qədər də  çox 
deyil. O, bel
ə sözlərə aşağıdakıları nümunə göstərmişdir: o 
“müdafi
ə”,  u-  “olmaq”,  ö-  “fikirləşmək, xatırlamaq”,  u 
“yuxu”, u- “bacarmaq, mümkün olmaq”, 
ı “kol” (GC,  2). 
“Q
ədim  türk  lüğəti”ndə  aşağıdakı  V  (sait) tipli söz 
kökl
əri verilmişdir: 
1) ö – “fikirl
əşmək, “duymaq, anlamaq”: menŋä acγїl 
emdi ešitmiš ömiš
: “İndi mənə de görüm, nə eşitmisən, nə 
haqqında fikirləşmisən” (ДТС,  375); 
2)  u  –  “yuxu”: 
qırqїzїγ  uqa  basdїmїz  “Yuxuda 
qırğızların üstünə hücum çəkdik” (ДТС, 603); 
3) u – “dözm
ək, sinə gərmək”: saqїnč qa
δγu birlä özüm 
umadї: “Mən kədərli fikirlərə dözə bilmədim” (ДТС, 603); 
 
157 


BABA MƏHƏRRƏMLİ 
 
 
4) u – “bacarmaq”; 
üč oγlanїmїn ulγa[d] turu umadїm 
“M
ən üç oğlumu böyütməyi bacara bilmədim” (ДТС, 603); 
5) 
ı – “bitki, ağac” (ДТС, 216). 
Müasir türk dill
ərində həmin köklər, əsasən, aseman-
tikl
əşmişdir. Məsələn, ağac sözünün kökü qədim ı (“ağac, 
me
şə”) morfemidir. Bəzi türk dillərində  indi də  ağac  sö-
zünün 
ığac şəklində işlənməsi fikrimizin doğruluğunu təs-
diq edir. Türk dill
ərində iğac // ağac // ağış // ağaş // ıyaş 
forma
larında işlənən bu söz “bitki, ölçü vahidi, odun, kol, 
meşə”  mənalarındadır.  Şumer  dilində  u  kökü “yatmaq” 
anlamını ifadə etmişdir (SL, 4). Deməli, dilimizdəki uzan
sözünün kökü *u “yuxu” kök morfemidir. M
əlum d>z, d>y 
keçidl
əri türk dillərinin tarixi fonologiyası  üçün  səciyyə-
vidir. Q
ədim özbək dilində d // z refleksi ilə uzı- “yatmaq” 
fe
ili işlənmişdir (277, II, 431). Müqayisə edək: kom.-perm. 
uzьnı  “yatmaq”, udm. izın  “yatmaq”, qəd.perm.  *uz  “yat-
maq”  (КЭСКЯ,  296),  kom.-perm.  un, udm. um, mord. 
udoms, mans. ul
əm  “yuxu”  (КЭСКЯ,  297).  Sonradan bu 
kökd
ən d~y əvəzlənməsinə əsasən uy- // ud-, uyu-, uyku // 
uyğu, udıq “yuxu”, udıt- “yatmaq” (ДТС, 605) sözləri ya-
ran
mışdır.  U-  “yatmaq, yuxu” morfemi müasir türk dillə-
rind
ə işlənən aşağıdakı sözlərin tərkibində  mühafizə olun-
muşdur: Azərb. yuxu, türk. uyumak “yatmaq”, uyku “yuxu”, 
türkm. 
ukı,  yak.  uu  “yuxu”,  s.uyğ.  uzu-  “yatmaq”, dolq. 
utuy “yat
maq” (ДРС, 77). Rus dilində işlənən уют (“rahat-
lıq”) sözü də türk mənşəlidir. Orxon-Yenisey abidələrində 
işlənən  uyğu  “yuxu”,  udıcık  “yatmaq”,  udı-  “yuxulamaq” 
(QTAS, 114-115)  sözl
əri u “yuxu” kökünün derivatlarıdır. 
Türkm
ən yazılı qaynaqlarında uymak “yatmaq” anlamında-
dır: Oyandırsak uymuş bakqtı (TKES, 396). Xakas dialekt-
 
158 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
l
ərində  uzu-  yatmaq”  feili  işlənir  (147, 12). Bu söz də 
q
ədim türk sözlərindəki ənənəvi d // z refleksini əks etdirir. 
Q.Bağırov  abidələrin dilindəki faktlara  əsaslanaraq,  oyan
feilinin m
ənşəyini u “yuxu” morfemi ilə bağlayır (14, 122). 
H
əmin ehtimal inandırıcıdır. 
 Q
ədim türk dialektlərində u- “bacarmaq” kökü işlən-
mişdir (ДТД, 133). Fikrimizcə, dilimizdə işlənən uğur sö-
zünün kökü q
ədim  u-  (“bacarmaq”) morfemidir. Yəni qə-
dim u- morfemi 
uğur sözündə (*u+ğur) asemantikləşməyə 
m
əruz qalmışdır. *U- “bacarmaq” feilinin kökü yakut dilin-
d
əki uy “bacarıq” sözündə də  qorunmuşdur. Bu qədim kö-
kü özünd
ə mühafizə edən sözlərdən biri oğan “Allah” lek-
semidir.  V.Aslanov h
əmin sözün kökünü  u-  “bacarmaq” 
feili il
ə əlaqələndirir (12, II, 268). N.A.Baskakov (115, 42), 
M.Seyidov (68,  257) da h
əmin fikri irəli sürür. U- “bacar-
maq” feili ondan tör
əmə uğan // oğan “Allah, tanrı”, oğan 
“qüdr
ətli, qüvvətli” sözlərində  daşlaşmışdır.  Uğan  //  oğan 
sözü q
ədim türk yazılı qaynaqlarında aktiv işlənmişdir: 
  
Kaçan ölüp gurg
ə kirsə, gurı kingür, 
Uğan İzim, Rahim, Rahman, rahməti bar (ƏY, 41). 
 
Bu söz q
ıpçaq  yazılı  abidəsi  “Houtsma”  lüğətində 
oğan  (“Allah, yaradan, törədən”)  (188, 174), XV əsrə  aid 
yazılı abidələrdə uğan (“Allah”) biçimlərində işlənmişdir.  
T
ürk yazılı abidələrində işlənən öd // öt “öyüd”, ödük 
“n
əsihət”,  od-  “anlamaq”,  ökünc  “öyünmə”,  ög-  “öyrən-
m
ək”, ögə “müdrik”, ögləş- “məsləhətləşmək”, ögür- “dü-
şündürmək”,  ötlə-  “nəsihət vermək”  (QTAS, 81, 84, 88) 
sözl
ərinin etimoloji əsasında qədim *ö- (“düşünmək, anla-
 
159 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə