- 62 -
Azərbaycan nümayəndə heyətinin tərkibində «Expo-2015» sərgisində iştirak etmişdir. Milan şəhər
bələdiyyəsinin binasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş
redaktoru, şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış «O» (La Donna) adlı şeirlər
kitabının və şairin şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı
mərasimində çıxış etmişdir (13 iyul, İtaliya, Milan).
Avrasiya Universitetlər Birliyi (EURAS) Bakının Hilton hotelində 2016-cı ilin fevral ayında
İstanbulda keçiriləcək Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsi (EURIE) ilə bağlı geniş tanıtım
toplantısı keçirib. Toplantıda Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli də iştirak edərək öz
çıxışında EURAS-ın fəaliyyətini yüksək qiymətləndirmiş, Bakıda reallaşdırılan tanıtım
toplantısının mühüm əhəmiyyətini qetyd etmişdir.
Akademik İsa Həbibbəyli elmi tədqiqatlarında Şəhriyarın yaradıcılığına geniş yer verdiyinə görə
«M.Şəhriyarın mədəniyyət ordeni» ilə təltif edilmişdir (15 sentyabr, İran, Təbriz).
«Şəhriyar şeir ənənələri və müasirlik» mövzusunda elmi-praktiki konfransda məruzə ilə çıxış
etmişdir (21 sentyabr).
Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk
dünyası Ədəbiyyat institutları direktorlarının iclasında iştirak etmişdir.
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa
Həbibbəyli iclasda»Türk xalqları ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası»nı təqdim etmişdir
(5 oktyabr, Qazaxıstan, Astana).
AMEA-nın 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində Mərkəzi Elmi Kitbaxananın
oxucuların istifadəsinə verilməsi münasibətilə rəsmi açılış mərasimində AMEA-nın vitse-
prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından söz
açmış, müasir tələblərə cavab verən MEK-nın fəaliyyəti barədə ətraflı məlumat verərək,
kitabxananın yeni binasının Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına
əsasən tikildiyini bildirmişdir (14 oktyabr).
Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 133-
cü ildönümü münasibətilə «Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu» mövzusunda
respublika elmi konfransında tədbiri giriş nitqi ilə açan AMEA–nın vitse-prezidenti, akademik İsa
Həbibbəyli böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, bütün zamanlar
üçün aktuallığını qoruyub saxlayan əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən, eləcə də ona
göstərilən dövlət qayğısından bəhs etmişdir (23 oktyabr).
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri yanında Bilik
Fondunun, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət
Universitetinin birgə təşkilatçılığı ilə iki gün davam edəcək «Naxçıvanda Dədə Qorqud»
beynəlxalq elmi simpoziumda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylininin «Dədə
Qorqud ideyaları və müasirlik» mövzusunda məruzəsi dinlənilib (26 oktyabr).
Heydər Əliyev adına sarayda Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim,
SSRİ-nin və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Bəxtiyar Mahmud oğlu
Vahabzadənin anadan olmasının 90 illik yubileyi ilə bağlı təntənəli tədbirdə çıxış etmişdir (29
oktyabr).
- 63 -
Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin nəticələrinə
görə 2 saylı Şərur seçki dairəsi ndən millət vəkili seçilmişdir (1-2 noyabr).
Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında keçirilən Əliağa Vahidin anadan
olmasının 120 illiyinə həsr edilmiş elmi konfransda şairin həyat və yaradıcılığına dair giriş nitqi
söyləmişdir (3 noyabr).
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında » Kitabi-Dədə Qorqud»un elm
aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş»Epos və etnos» adlı beynəlxalq simpoziumda
akademik İsa Həbibbəyli bütün türk dünyasının həmişəyaşar abidəsi sayılan «Kitabi-Dədə
Qorqud» eposunun əsrlərdən bəri milli-mənəvi varlığımızın tərkib hissəsinə çevrilməsindən söz
açaraq bu istiqamətdə ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib (6 noyabr).
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda
«Azərbaycanda humanitar elmlərin inkişaf perspektivləri» mövzusunda məruzə ilə çıxış etmişdir
(9 noyabr).
Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq müqaviləsi imzalamışdır (20 noyabr)
Azərbaycan Respublikası Milli Məclisin Elm və təhsil Komitəsinin sədri seçilmişdir (24 noyabr).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına uğurlu rəsmi
səfəri zamanı Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti ilə Çin Xalq
Respublikası İctimai Elmlər Akademiyasının dəvəti ilə Pekində səfərdə olmuşdur (dekabr).
«Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri» Beynəlxalq elmi
konfransını giriş nitqi ilə açmış və konfransda «Türk xalqları ədəbiyyatına yeni baxış: zaman və
ədəbi proses» mövzusunda məruzəsi dinlənilmişdir (1-2 dekabr, 2015).
2016-cı il
Prezident İham Əliyevin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncamına əsasən AMEA-nın vitse-
prezidenti akademik İsa Həbibbəyli Komissiyaya üzv seçilib (14 yanvar).
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ceyhun Hacıbəylinin 125 illik
yubileyinin keçirilməsi haqqında» 19 noyabr 2015-ci il tarixli, 1538 №-li Sərəncamına əsasən
elmi sessiyada məruzəsi dinlənilmişdir (3 fevral).
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt
zalında Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiyada çıxış edib (3 mart).
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında AR Prezidentinin Fərmanı ilə
yeni tərkibə üzv seçilmişdir (28 mart)
Azərbaycan Milli Elmlər Akademiyasında) «Azərbaycan ordusunun zəfəri: inam və dəstək»
mövzusunda keçirilən tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli hazırda