Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə87/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   83   84   85   86   87   88   89   90   ...   97

Nizami Tağısoy
270
dən  keçirilmişdir. 
H.Bayramukovanın «İllər və dağlar» romanının bir sıra di-
gər xüsusiyyətlərinə nəzər salaq. Qeyd edək ki,  «İllər və dağlar» 
romanında  həm də ortabab kəndli Cücü obrazı müəyyən maraq 
kəsb edir. O, bir sıra xüsusiyyətləri ilə M.Şoloxovun «Oyanmış 
torpaq» romanındakı  Kondrat Maydannikov obrazına yaxındır.
Romandakı müsbət obrazlar xeyli cəhətləri ilə həyatın özünə 
bağlı  insanlardır.  Onların  sırasında  Kəminət,  Ayşad,  Mərziyət, 
Davuda, Aslan obrazları ilə yanaşı, Yaraşdı, Göycük, Hacıbəkir, 
Kərti ailəsi  və s. vardır.  Yeri gəlmişkən bir şeyi də söyləyək ki, 
H.Bayramukova nəinki təhlilə cəlb etdiyimiz, həm də digər ro-
manlarında qadın obrazlarına kifayət qədər geniş yer ayırmışdır. 
Bu  baxımdan  əsərdəki  Davuda  obrazı  ilk  Qaraçay  hüquqşünas 
qızı «Qızıl Qaraçay» qəzetinin məsul katibi və ədəbi tərcüməçisi, 
«Qara sandıq» romanının ilk tənqidçisi, «Müasirlər haqqında xa-
tirələr» kitabının müəllifi Şüuriyət Erkənova, Həbibət Aciyeva – 
Rusiya Federasiyasının əməkdar müəllimi, Abidət Botaşeva – ilk 
Qaraçay şairəsi, Qaraçayda dağlı qadınların savadsızlığının ləğvi 
ilə mübarizə aparan qadınları Fəridə Batçayeva, Şama Qənimə-
tova, həkim – Məryəm Xubiye va, Xurzuk aulunda yaşayan qəh-
rəmanların ümumiləş dirilmiş obrazı kimi daha çox diqqəti cəlb 
edir.
Davuda obrazı H.Bayramukova tərəfindən müxtəlif yönlər-
dən    xarakterizə  olunur.  O,  savadsızlıq  kurslarını  qurtardıqdan 
sonra, aul qızlarının təhsilə cəlb edilməsində aparıcı rol oynayır. 
Kənddə yaşayanlar diyarda  baş verən hadisələr haqqında yalnız 
Davudadan xəbər tuta bilirlər. H.Bayramukovanın bu romanında 
əsas etibarı ilə ilk Qaraçay ziyalılarının necə formalaşdığı  və bu 
mövzunun nəinki Qaraçay, həm də Şimali Qafqaz ədəbiyyatların-
da işlənildiyi göstərilir. 
Həlimət Bayramukovanın «İllər və dağlar» romanında ziyalı 
mövzusu ilə yanaşı, həm də digər, - kollektivləşmə, elektrikləş-


Qaraçay  ədəbiyyatı
271
mə,  şəhər,  qəsəbə,  təhsil    müəssisələrinin  tikilməsi,  qurulma-
sı    dayanırsa,  Osman  Xubiyevin  «Yuxusuz  gecələr»  romanının 
diqqət mərkəzində əsasən müəllim mövzusu dayanır. Romandakı 
əsas hadisələr iki həmyaşıd Əli və Qazi kimi oğlanların taleyi-
nin timsalında, məktəb müəllimlərinin, dərs hissə müdiri Georgi 
Svetlovun, direktor Hacı İsmayılın,  sonra onu əvəzləyən gənc 
Haşir Aslanoviçin, onun arvadı Sufiyatın, köhnə ziyalılardan olan 
Qasımın və başqalarının timsalında ortaya çıxır. Romanın süjeti 
bir aul məktəbi, Nazbiy və Uturlu ailəsindən olan oğulları Qazi 
və Əli ətrafında gedir. Əsərdə qeyd etdiyimiz iki süjet xəttinin 
müstəqil inkişaf etməsinə baxmayaraq, onlar bir-biri ilə sıx əlaqə-
dədir. Romanın başlıca məzmunu müəllim kollektivi və tərbiyə 
məsələsidir. Hadisə lərin iki oğlan Əli və Qazi ilə bağlı olduğunu  
yuxarıda söyləsək də, burada bir daha bildirək ki, Əli və Qazinin 
məktəbə münasibəti, dərsə dava miyyəti, biliklərə sahib olması və 
tərbiyəsi  heç  də  eyni  deyildir.  Əli  olduqca  nümunəvi,  Qazi  isə 
tamamilə onun əksidir. Qazi məktəbdən qovulur, atası onun sa-
vadlı olmasını istəsə də, arzusu əvvəllər həyata keçmir. Qazi bir 
qədər təsərrüfatda  işlədikdən sonra atasına şəhərə oxumaq üçün 
getməsi arzusunda olduğunu bildirir. Atası ona heç nə deməsə də, 
bir müddətdən sonra o, sürücülük oxuyub, aula qayıdır. Sonra az 
keçmir ki, Qazi texnikum təhsili alıb mühəndis ixtisasına yiyələ-
nir və heç də aqronom işləyən Əlidən geri qalmır. Beləliklə, onlar 
eyni aulda çiyin-çiyinə çalışırlar. 
Romanın maraqlı personajları sırasında Sufiyat müəllimənin 
obrazını göstərmək olar. Narifət Kaqiyevanın fikrincə «Yuxusuz 
gecələr» romanındakı Sufiyat müəllimə «yaranmaqda olan milli 
ziyalıların  bütün xarakterik xüsusiyyətlərinə xas olan tipikləşdi-
rilmiş obrazdır. O, hərarətli, cəsarətli, yeni həyat ideallarına sadiq 
olmaqla, kompromissiz və ədalətlidir» (20, 187). 
«Yuxusuz gecələr» romanında müasirlik mövzusu daha bö-
yük vüsətlə açılır. Romanda yazıçı inandırıcı həyat mənzərələri-


Nizami Tağısoy
272
nin köməyi ilə Qaraçay ziyalısının keçdiyi mürəkkəb yolu təcəs-
süm etdirməyə müvəffəq olmuşdur. Düzdür, məktəb, gənc nəs-
lin  tərbiyə  olunması  mövzusu  H.Bayramuko vanın  «Каърчаны 
юйдегиси»  («Karçi ailəsi») və «Tayлa бла джылла» - («İllər 
və dağlar»), M. Çotçayevin «Studentle»  («Tələbələr») əsərlərin-
də də nəzərdən keçirilmişdir. Lakin adlarını çəkdiyimiz əsərlərdə  
bu mövzu heç də aparıcı  mövqedə dayanmamışdır. O.Xubiyevin 
isə adını qeyd etdiyimiz  romanın bütün mahiyyəti məhz mək-
təb işinə  və mövzusuna həsr olunmuşdur.  On doqquz fəsildən 
ibarət olan bu roman, bir tərəfdən, məktəb, maarif, digər tərəfdən, 
milli ziyalıların təşəkkülü məsələsini bədii şəkildə araşdırmağa 
həsr  olunmuşdur.  «Yuxusuz  gecələr»  romanının    bütün  müsbət 
cəhətlərinə baxmayaraq, onun bir sıra kəmkəsirləri də vardır. Bu 
əsasən Haşir və Qasım obrazlarının təqdimatı ilə bağlıdır.   
N.Kaqiyeva  haqlı  olaraq  bu  obrazların  yazıçı  tərəfindən 
uğurlu təqdim olunmadığını göstərir. Çünki onlar yazıçı qələmin-
dən sanki bir qədər tələsik, qeyri-inandırıcı çıxmaqla, ən başlıcası 
onların hərəkəti və davranışları hər hansı motivirovkasız təqdim 
olunmuşdur. Bundan başqa romanın bütün hissələri yazıçı dəs-
ti-xəttinin arzu olunan  istiqamətdə getmədiyini göstərir. Belə ki, 
əsərin son fəsillərində yazıçının yüksək ustalığı nümayiş etdiri-
lirsə,  əvvəlki  fəsillərdə  bədii  cəhətdən  tələskənlik,  hadisələrin 
konspektiv təsviri, bəzi detallarda özünü büruzə  verən protokol 
dəqiqliyi, fəsillərin bir-birini üstələməsi, əsərin kompozisiyasın-
da xeyli boşluq, süjetin inkişafında sıçrayışa bənzərlik müşahidə 
olunmaqdadır  (20,198-199).
Bununla belə bir ailədə böyüyən, eyni valideynlərin tərbiyə-
sini  alan,  eyni  məktəbdə,  eyni  cəmiyyətdə  yaşayanların  mənə-
vi-əxlaqi baxımdan nə üçün müxtəlif cür böyüdüklərinin səbəbini 
yazıçı açmağa və məsələnin mahiyyətinə işıq salmağa  çalışmış-
dır.  Belə  hallara  qarşı  necə  mübarizə  aparmağı  Osman  Xubi-
yev «Depm» - («Qisas») povestində səy göstərmişdir. Povestdə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə