Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə85/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   81   82   83   84   85   86   87   88   ...   97

Nizami Tağısoy
264
epizodik personajlar da vardır ki, onların, əlbəttə, nə bu, nə də di-
gər düşərgəyə aid edilməsi o qədər də asan deyildir. Çünki bu per-
sonajların xarici və zahiri mövqeləri buna mane olmaqla onların 
əsl mahiyyətinin açılmasını əngəlləyir. Belə obrazlara, məsələn, 
fermadakı qocanı göstərmək olar. O, oxucular qarşısında romanın 
ən dramatik epizodlarından birində üç partizanın (Yunisun, Loğ-
manın və Fedkonun) faşist maşınını girov götürüb tutulmuşları 
azad etməklə bağlı düşərgəyə diversiya məqsədi ilə gəlib fermada 
dayanarkən etdiyi hərəkəti aid etmək olar. Qocanın onların alman 
formasında olduqlarından onları  əvvəl hitlerçi kimi qəbul edib, 
sınıq-salxaq rusca müraciət etməsi, onların ünvanına Qaraçay di-
lində lənətlər yağdırması nümunə ola bilər: «Ууахтынг джетиб 
башлагъан эссе, садис, бажалста, сыйчас млеко береме, аллах 
ууахты бермекле къысха заманда. Сычас» (26,109). Belə və-
ziyyətdə qoca işğalçılarla fəal mübarizəyə girişmir. Lakin faşist-
lər gəlib fermanı və partizanları mühasirəyə aldıqda o, heç kimə 
bir söz belə deməyib, tüfəngini gizlətdiyi yerdən çıxarıb almanla-
ra atəş açır və özü də birinci ölür. Bu epizodik obraz D.Kubanov 
tərəfindən realist manerada təsvir olunmaqla həyatiliyi ilə daha 
inandırıcı təsir bağışlayır.
D.Kubanovun fikrincə faşizm –  vəhşiliyin ən bariz təcəssü-
müdür. Çünki  o insanları  ölümə və məhvə məhkum etdiyindən, 
onun baş qaldırması barbarlığa qayıdış dır, insanda vəhşilik hissi-
nin tüğyan etməsi, xalq mənəviyyatının süqutudur. 
Beləliklə, D.Kubanovun «İki zaman» romanını təhlil edərkən 
biz  əsasən  diqqəti  əsərin  müsbət  və  mənfi  məqamları  üzərində 
cəmləşdirməyə çalışdıq. Belə nəticəyə gəldik ki, qarşımızda real, 
tarixi-həyat faktorları ilə yanaşı, bir sıra obrazların timsalında ro-
mantizm estetikasının  aydın ifadə elementlərini, onların ardıcıl 
olaraq  antiteza  prinsip ləri  əsasında  qurulduğunu  və  personajla-
rın xarakterlərinin yapılma sında bəzi hallarda sxematizmə də yer 
verildiyini müəyyənləşdirdik. Əlbəttə, romanda bütün bunlardan 
heç də düşünülmüş stilizasiya elementləri kimi yox, romantizm 


Qaraçay  ədəbiyyatı
265
üslubunun priyomları kimi istifadə edilmişdir. 
60-ci illər Qaraçay nəsrində gerçəkliyin realist təsvirinə nəzər 
saldıqda burada hələ də bədii tarixilik təfəkkürü, ümumi tarixi ha-
disələrin şəxslərin taleyi və xarakteri ilə orqanik əlaqələrində bə-
dii priyom və prinsiplərin işlənib hazırlanmadığını görmək müm-
kündür. Bəlkə də bu cəhət D.Kubanovun «İki zaman» romanının 
ikiplanlı lığının  ortaya  çıxmasını  şərtləndirmişdir.  Bəzən  əsərdə 
sənətkarlıq məsələlərinin yüksək şəkildə həll edilməməsinə bax-
mayaraq, «İki zaman» romanı 60-cı illər Qaraçay nəsrinin maraq-
lı bədii hadisələrindən biri kimi diqqəti cəlb etməklə, milli nəsrdə 
həmin  dövrdə  gedən  proseslər  üzərində  düşünmək  baxımından 
uğurlu ədəbi materiallar verməkdədir.
Nəzərdən keçirdiyimiz dövrdə yazıb-yaratmış Qaraçay yazı-
çılarının əsərləri sübut edir ki, onlar Qaraçay oğullarını müharibə 
şəraitində  təsvir  edərkən  hadisələrə  daha  geniş  və  tarixən  düz-
gün  baxış  sərgiləməyə  səy  göstərmişlər.  Qaraçay  nasirləri  qəh-
rəmanlarını  müharibənin  ağuşuna  atarkən  onların  doğma  aulu, 
yoxsa Belarusiya meşələrini, yaxud Ukrayna düzlərini müdafiə 
etmələrinin fərqinə varmırdılar. Yəqin elə buna görə də tanınmış 
Qaraçay nasiri O.Xubiyev belə deyirdi: «Mənim vətənim çox bö-
yükdür, lakin o qısaca Rusiya adlanır» (10,81). Müharibə möv-
zusunun belə yeni keyfiyyətdə və aspektdə təsviri qeyd etdiyimiz 
illərdə digər Qaraçay nasirlərinin də əsərlərində geniş yer alırdı. 
5.5. Qoxmaz Qorxmazovun «Qisas qılıncı» 
roman-dilogiyasında abrek həyatının təsviri 
1950-1980-ci illər Qaraçay nəsrinin inkişaf xüsusiyyətlərinə 
nəzər salarkən biz həm də Qoxmaz Qorxmazovun «Qisas qılıncı» 
roman-dilogiyasından söhbət aça bilərik. Bu əsərin də özü-özlü-
yündə  xeyli  dərəcədə  ənənəvi    mövzuya  həsr  olunmasına  bax-


Nizami Tağısoy
266
mayaraq,  müəllif  onun  təqdimatını  orijinal  şəkildə  həll  etməyə 
çalışmışdır  (27).  Qaraçay  ədəbiyyatında  yaranmış  əvvəlki  dövr 
romanları ilə müqayisədə tarixi mövzuya baxış burada bir qədər 
fərqli rakursda həll edilir. Belə ki, Q. Qorxmazov əsərdəki ha-
disələri daha dəqiq  və gerçəkliyə söykənən tarixi fonda nəzərdən 
keçirir,  əsərdə bir sıra mühüm sosial məsələlər gündəmə gətirilir, 
xalq həyatı  və onun taleyində yaşanmış problemlər  daha konk-
retliyi və tamlığı ilə diqqət mərkəzinə çəkilir. 
Romanın problematikası son dərəcə maraqlı olduğundan əsə-
ri isti izləri ilə təhlil edən Qaraçay ədəbiyyatşünası S. Akaçiyeva  
onun  müxtəlif məsələlərinin öyrənil mə  sini əvvəl məqalələrində, 
sonra Qaraçay ədəbiyyatında roman janrının təşəkkülü  və inkişa-
fına həsr etdiyi namizədlik dissertasiyasında və eyniadlı monoq-
rafiyasında təhlil obyektinə çevirmişdir (1). 
1930-1950-ci illər Qaraçay romanı ilə müqayisədə 60-70-ci 
illərdə  qələmə  alınmış  bu  roman  xalq  taleyinin  və  milli    prob-
lemlərin həll olunmasında xeyli irəli getmişdir. Q. Qorxmazovun 
«Qisas qılıncı» romanı və digər bu tipli romanlarda Qaraçay cə-
miyyətinin müxtəlif təbəqələrinin həyatının bədii tədqiqi  aparıl-
mış,  kəndli  və  digər  əməkçi  kütləsindən  olanların  hüquqsuzlu-
ğu, səhər tezdən gecəyə qədər belini əyib ailəsini aclıqdan  xilas 
eləmək üçün çalışıb-vuruşan sadə insanlar təsvir obyektinə çevril-
mişlər. Q.Qorxmazovun «Qisas qılıncı» romanında eyni zamanda 
qaraçaylıların və malkarların dostluğu, abreklik və atalıq
*
 mövzu-
*
Йери эялмишкян билдиряк ки, гарачайl
ıларда вя диэяр даьлы халгларында 
аилялярдя «аталыг», йахуд «ямчяккя» кими ритуал гайдалары мювъуд 
олмушдур. Даьлыларын гаты милли  характериня эюря яр юз арвады иля евдян 
кянарда ня атасынын гаршысына чыха, ня дя башгаларынын гаршысында 
ушагларыны язизляйя билмязди. Варлылар вя кнйазлар юз ушагларыны тярбийя 
олунмаг цчцн щяддибулуьа  чатана гядяр башга аиляляря верирдиляр. 
Башга аилялярдя тярбийя олунан ушаглар да юз тярбийячиляри гаршысында 
«аталыг» боръуну  доьма валидейнляриня эюстярдикляри кими эюстярмяйя 
борълу идиляр…  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə