Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə81/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   77   78   79   80   81   82   83   84   ...   97

Nizami Tağısoy
252
50-80-ci  illər  Qaraçay  nəsri  onun  əsasını  qoyan  sənətkar-
ların  ənənələrini  davam  və  inkişaf  etdirirdi.  Bu  dövrdə  yazıçı-
ların diqqətini ilk növbədə xalq həyatında yer almış ən mühüm 
hadisələr  özünə  cəlb  edirdi.  Nəzərdən  keçirdiyimiz  dövr  Qara-
çay  nəsrinin  öncülləri  sırasında  O.Xubiyevin  (16;17;3;4;5)  adı 
və əsərləri qeyd olunmalıdır. Bu müəllif əsərlərində təhkiyənin 
statikliyini  dəf  edib,  yazının  yeni  ədəbi  formalarından  istifadə 
etməklə, xeyli dərəcədə psixoloji təhlil sənətinə yiyələnməyi ba-
carmışdır. Məişətin dürüst təsvirinə can atmaqla O.Xubiyev əsər-
lərinin infrastrukturuna sərbəst intonasiya daxil etməyə meyl et-
məklə  oxucuların mənəvi tələbatını daha çox ödəməyə çalışırdı.
1960-cı  illərin  ortalarından  Qaraçay  yazıçılarının  povest 
və roman janrına müraciəti gerçəkliyin dərk olunmasında və 
ifadəsində yeni tendensiyaların müşahidə olunduğunu göstər-
məklə Qaraçay nəsrinin strukturunda nəçərəçarpacaq dəyişik-
liklərin baş verdiyini ortaya qoyurdu. Nəsrdə ağırlıq mərkəzi 
daha  çox  qəhrəmanın  psixologiyasının  açılması,  onun  ətraf 
aləmlə birmənalı olmayan qarşılıqlı münasibətləri üzərinə dü-
şürdü. Daha doğrusu, yazıçılar mənəvi problematikaya dərin-
dən müraciət və nüfuz edirdilər. Bunun nəticəsi kimi sənətkar-
ların diqqət mərkəzində insanın daxili aləmi, onun mürəkkəb 
mənəvi axtarışları dayanırdı.
Qaraçay  yazıçılarının  əsərlərində  yer  almış  obrazlarında 
həyat prototiplərinin ümumi və fərdi xüsusiyyətləri üzvü surət-
də birləşir. Bədii nəsrdə əxlaqi-etik problemlər episentrə qoyul-
maqla sıravi insanlara maraq güclənir, onu formalaşdıran mühitə 
ümumi şəkildə nəzər salınırdı. Bu baxımdan H.Bayramu kovanın 
«Karçi ailəsi» povesti xarakterikdir. Povest məktəb mövzusuna, 
gənc nəslin tərbiyəsi mövzusuna həsr olunmuşdur. Burada müs-
bət  qəhrəmanın  əxlaq  kriteriyasının  başlıca    məqsədi  uğrunda 
mübarizəsi, həyat davranışlarının bütövlüyünü əks etdirməsidir. 
Eyni zamanda  H.Bayramukovanın «Qara don», «İkinci həyat», 


Qaraçay  ədəbiyyatı
253
«Eldar mənim oğlumdur», «Səfər», «Qocalar» və B.Xatuyevanın 
«Uzaq  rəfiqə»  hekayələrində  həm  də  əxlaq-məişət  problemləri 
əks olunurdu (37, 12-18). Bu hekayələrin hamısında  köhnə ilə 
yeni arasında insanların  şüurunda, onların münasibətlərində ge-
dən  proseslər  əksini  tapırdı.  H.Bayramukovanın  «İkinci  həyat» 
hekayəsində müəllif qəhrəman qızın mənəvi təkamülünü əks et-
dirmişdir. Oxucunun gözü qarşısında son dərəcə küt, itaətkar qa-
dın taleyi dayanır. Bununla belə o, öz gücünə və ədalətin qalib 
gələcəyinə tapınaraq inamla irəliləyir. Eyni problematika H.Bay-
ramukovanın  «Eldar  mənim  oğlumdur»  hekayəsində  də  əksini 
tapmışdır. 
Bu dövrdə nəşr olunmuş elə hekayələr də vardır ki, onların da 
mövzusu əxlaq və məişət problemləri olsa da, öz yumoristik rəngi 
ilə seçilir. Bu, H.Bayramu kovanın «Səfər» və «Qocalar», B.Xa-
tuyevanın «Uzaq rəfiqə» hekayələri üçün xarakterikdir. Məsələn, 
«Qocalar» hekayəsində sevgili gənclərin bir-birinə  qovuşması ilə 
bağlı  valideynlər  düşünüb  daşınınca  onlar  öz  taleyinin  qurucu-
suna  çevrilərək  evlənirlər. Adlarını  çəkdiyimiz  hekayələrin  ana 
xəttində humanizm məsələlərinin maraqlı şəkildə öz həllini tap-
masıdır.
Nəzərdən  keçirdiyimiz dövr Qaraçay nəsrindəki kiçik janrın 
inkişafından söz düşmüşkən S.Laypanovun «Lüaza» hekayəsini 
də qeyd etmək lazımdır. Birinci şəxsin adından nəql olunan bu 
hekayə lirik nəsrə də aid edilə bilməklə olduqca böyük hisslərin 
tərənnüm edilməsi ilə yaddaşlara çökür. A.Qarayeva yazırdı: «Bu 
hekayələrdə əsas diqqət süjetin hazırlanmasına yox – çünki o heç 
də mühüm əhəmiyyətə malik deyil – fikrin hərəkətinə istiqamət-
lənmişdir. Məhz buradan da emosional rənglərin müxtəlifliyi, üs-
lub çevikliyi onları canlı danışıq dilinə yaxınlaşdırır» (23, 436).
Qaraçay  sənətkarları  nəzərdən  keçirdiyimiz  dövrdə  məişət, 
varlıq və həyat məsələlərinə daha dərindən diqqət yetirirdilər. 50-
80-ci illər nəsrində belə yanaşma güclənməyə başlamışdı. Eyni 


Nizami Tağısoy
254
zamanda təsvir obyektinə çəkilmiş məqamlarda psixoloji həyatın 
bəzi anları dərindən müşahidə olunurdu. Yazıçılar insana və onun 
məişətinə,  mənəvi-etik  münasibətlərinə  daha  çox  yer  ayırmağa 
başlayırdılar.  Belə  xüsusiyyət  O.Xubiyev,  H.Bayramukova,  A.
Suyunçev, H.Ebzeyev, M.Batçayev və digər bu kimi sənətkarların 
əsərlərində daha çox gündəmə gəlirdi. 
Qaraçay cəmiyyətində gedən proseslər öz obrazlı-bədii əksi-
ni daha çox nəsrdə axtarırdı. Zamanın konfliktləri əsərlərin əsa-
sında  oturan  kolliziyalarda  yaxşı  müşahidə  olunurdu.  Qaraçay 
yazıçılarının 50-80-ci illərdə yaranmış əsərləri sübut  edir ki, bu 
nümunələr dövrün tələblərini əks etdirməyə çalışmaqla müxtəlif  
bədii priyomların köməyi ilə müasir proseslərə təsir edən tenden-
siyalara təhlillər verməyə istiqamətlənirdi. Gerçəklik bütün zid-
diyyət və konfliktləri, sosial qüvvələr arasındakı münasibətlərdə 
özünü göstərirdi. Başqa sözlə desək, insan və cəmiyyət problemi 
dərin  psixoloji,  şəxsi  və  ümumbəşəri  kolliziyalar  müstəvisində  
təcəssümünü  tapırdı.  Qaraçay  nəsrindəki  iştirakçı  personajlar 
qarşılıqlı münasibətlərdə olmaqla, həm də  həyatın müəllif gö-
rüntüsünü əks etdirirdi.
Hər personajın öz sosial siması, həyatda yeri vardı. Elə bu 
baxımdan 50-80-ci illər Qaraçay nəsrinin bu dövrü güzgü kimi əks 
etdirdiyini söyləmək mümkündür. İdraki baxımdan onun əhəmiy-
yəti danılmaz idi. Çünki həmin dövrdə ədəbi əsərlər mühüm ide-
ya-mənəvi və etik-estetik faktor kimi cəmiyyətin həyatına təsirsiz 
ötüşmürdü. Bu  əsərlərdə xalq qarşısında məsuliyyət, xeyirxahlıq, 
humanizm, vətənpərvərlik və s. kimi mənəvi keyfiyyətləri forma-
laşdırmaq ön planda  dururdu. Dövrün gedişatına dərindən  nəzər 
salmaqla yanaşı, müəlliflər öz əsərlərində həyatda insanın yeri, 
sosial quruluş, şəxsi və ictimai davranış, ideya-mənəvi inam kimi 
aktual problemlərə diqqəti daha da gücləndirirdilər.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə