Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə78/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   74   75   76   77   78   79   80   81   ...   97

Qaraçay  ədəbiyyatı
243
V FƏSİL
  
1950-1980-ci illər  Qaraçay nəsrinin 
ideya-bədii  xüsusiyyətləri
XX əsrin 30-cu illərindən təşəkkül tapmış Qaraçay nəsri 50-
80-ci illərdə yenə də inkişafını davam etdirmişdir. Bir sıra iste-
dadlı yazıçıların ortaya çıxması milli ədəbiyyatın aparıcı tenden-
siyalarını  və  spesifik  xüsusiyyətlərini  müəyyənləş dirmiş,  dövr 
parlaq  söz  sahiblərinin  yaradıcı  fərdi  keyfiyyətlərinin  diqqət 
mərkəzinə  düşməsi  ilə  yadda  qalmışdır.  Bu  dövr  Qaraçay  ədə-
biyyatının tarixi-mədəni və ideya-estetik baxımdan öyrənilməsi 
ayrıca aparılmasa da, bu müstəvidə ortaya çıxmış problemlərin 
ümumi təhlili baxımından bir sıra işlər görülmüşdür. Kitabın əv-
vəlki səhifələrində problemlə bağlı həmin ədəbiyyatlara müraciət 
edilmişdir. Bu fəsildə isə biz 1950-1980-ci illər Qaraçay nəsrinin 
ideya-bədii xüsusiyyətlərini nəzərdən keçirərkən həmin illərdə 
ortaya  çıxmış  nəsrin  aparıcı  janrları  və  mövzuları,  bu  dövrdə 
yaranmış povest və romanlarda epik zamanın əksi, Qaraçay bel-
letristlərinin  obrazları  səciyyələndirmə  ustalığı,  50-80-ci  illər 
Qaraçay  nəsrində  yeni  qəhrəman  tipi,  çoxplanlı  və  çoxsüjetli 
nəsr nümunələri, bu dövr nəsrində ortaya çıxan ictimai-siyasi və 
sosial-tarixi kolliziyalar, Qaraçay roman larının təsvirində abrek 
həyatı, əsərlərdə milli ziyalı problemi, şəxsi və ictimai maraq-
ların toqquşması, etnik-milli adətlərin ön plana çəkilməsi, milli 
özünüdərk  emosiyalarının  güclənməsi,  Qaraçay  yazıçılarının 
müha cirət,  deporta siya,  sürgün,  repressiya  məsələlərinə  milli 
təəssübkeşlik  baxımından  nəzər  salması  və  yaşanmış  fəlakətə 


Nizami Tağısoy
244
görə hüquqi qiymət tələb etmələri və s. məsələlərə diqqət yeti-
rilmişdir. Adları çəkilən mövzulara müraciət etmiş S.Lay panov, 
H.Boqatıryov,  O.Xubiyev,  H.Ebzeyev,  D.Kubanov,  H.Bayra-
mukova, M.Batçayev, Q.Qorxmazov, Ə.Suyun çev, M.Bayçorov 
və  başqalarının  oçerk,  memuar,  povest,  roman,  roman-dilogiya 
və roman-trilogiyaları mövzu, ideya, problematika, yazıçı qayə-
si və mövqeyi, əsərlərdəki xarakterlər, bədii tiplər, onların həyat 
prototipləri, realist təsvir xüsusiyyətləri və s. müxtəlif yönlərdən 
H.Boqatıryovun  «Vətən  uğrunda»,  S.Laypanovun    «Qaraçay 
oğlu – Belarusiya qəhrəmanı», O.Xubiyevin “Əmanət”, D.Kuba-
novun «İki zaman», «Dağlarda səs», M.Bayçorovun «Böyük Qa-
raçayda», H.Bayramukovanın «İllər və dağlar», «Dan ulduzu», 
«Mələk», Q.Qorxmazovun «Qisas qılıncı» və s. əsərlərinin mate-
rialları əsasında nəzərdən keçirilmiş, Qaraçay (A.Qarayeva, S.A-
kaçiyeva, H.Kaqiyeva və başqaları), Şimali Qafqaz ədəbiyyatşü-
nas ları (L.Bekizova, B.Tuqov və başqaları) və başqalarının nəzər 
nöqtələri və konsepsiyalarına söykənilərək araşdırılmış, bir sıra 
obyektiv nəticələrə gəlinmişdir. Eyni zamanda bunu da qeyd et-
məyə ehtiyac vardır ki, son onilliklərdə Qaraçay ədəbiyyatşünas-
lığı milli nəsrin ümumi mənzərəsini yaratmaq  yönündə bir sıra 
əsaslı araşdırmalar (Yefryukova N. “Rusdilli Qaraçay və malkar 
nəsri: janr təkamülü və poetika: Q.Quliyev və Ə.Suyunçev” (13); 
Xubiyeva Z. 1960-1980-ci illər Qaraçay povesti: Janr-üslub ax-
tarışları  problemi”  (18);  Şamanova  Z.  “Osman  Xubi yev  nəsri 
Qaraçay ədəbiyyatı epik ənələrinin forma laşması işığında” (42); 
Rezunova U. “Şimali Qafqaz ədəbi prosesində ikidilli yaradıcılıq 
problemi  və  rusdilli  Qaraçay  ədəbiyyatının  özünəməxsusluğu” 
(34);  Çankayeva  T.  “1920-1960-cı  illər  Qaraçay  ədəbiyyatının 
təşəkkülü: problematika, poetika, ədəbiyyatlararası əlaqələr” (9), 
Botaşev Z. “XX əsrin ikinci yarısı Qaraçay nəsrində mif-folklor 
mənbələri və qarşılıqlı ədəbi əlaqələr” (8); Mamçuyeva F. “Mus-
sa Batçayev nəsrinin etnomental aspektləri XX əsrin ikinci yarı-


Qaraçay  ədəbiyyatı
245
sında Qaraçay ədəbiyyatının  janr-üslub axtarışları işığında” (32) 
və s. ortaya qoyulmuşdur ki, yeri gəldikcə biz onlara da müraciət 
etməyi zəruri hesab etmişik. 
Yuxarıda  adlarını  çəkdiyimiz  ədəbiyyatşünasların  Qaraçay 
nasirlərinin yaradıcılığı ilə bağlı ədəbi-tənqidi baxış larını  incələ-
yib, biz Qaraçay milli sənətkarlarının əsərlərinə qiymət vermək-
lə  1950-1980-ci  illər  ədəbiyyatında  onların  yerini  müəyyənləş-
dirməyə  çalışmışıq.  Bundan  başqa  lüzum  duyduqda  tədqiqatda 
Şimali  Qafqaz,  rus,  Azərbaycan  ədəbiyyatşünaslarının  əsərlə-
rinə  də  müraciət  etmişik.  Nəzərdən  keçirdiyimiz  dövr  Qaraçay 
nasirlərinin əsərləri həm fərdi yaradıcılıq, həm də ideya-mövzu, 
janr-üslub  planında  milli  ədəbiyyatın  inkişafına  verdikləri  töh-
vələr  ümumi  kontekstdə  araşdırılmışdır.
5.1. 1950-1980-ci illər  Qaraçay nəsrinin aparıcı 
janrları və mövzuları 
Qaraçay  ədəbiyyatı  öz  inkişafı  dövründə  mürəkkəb  forma-
laşma yolu keçməklə müəyyən estetik təcrübə əldə etmişdir. Bu 
baxımdan onun nəzərdən keçirdiyimiz 1950-1980-ci illər dövrü 
nəsrində xeyli dinamik dəyişikliklər baş vermiş, ənənəvi mövzu 
və ideyalar yeni rakursda daha dərindən inkişaf etdirilməyə mey-
lli olmuşdur. 
1950-ci illərin ortalarından başlayaraq, Qaraçay ədəbiyyatı-
nın, onun janrlarının sistemli inkişafı getmiş, ayrı-ayrı yazıçıların 
yaradıcılığında bir sıra mövzular daha dərindən və ətraflı təhlil-
lərə cəlb edilmişdir. Qaraçay nəsrinin bizi maraqlandıran dövrün-
dəki ümumi səciyyəsini versək, onda hekayə, povest və roman 
janrlarında xeyli nümunələrin ortaya qoyulduğunu görərik. Yəqin 
elə buna görə də son onilliklərdə Qaraçay ədəbiyyatşünaslığında 
epik nəsr janrlarının təşəkkül və inkişaf proseslərini, milli yazıçı-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə