Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə75/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   71   72   73   74   75   76   77   78   ...   97

Qaraçay  ədəbiyyatı
233
M.Bayçorovun  «Böyük  Qaraçayda»  romanına  gəldikdə  isə 
bu əsər  qaraçaylıların inqilabaqədərki həyatının  daha yadda qa-
lan mənzərələrini təsvir edir. Romanın əsas personajları Qaraçay 
xalqının və həyatının müxtəlif  prototipləri olmaqla xalqın tarixi 
həqiqətlərinin daşıyıcısı kimi çıxış edirlər (1, 38).  
Obrazlar  sistemi  təsvir  olunan  mərhələnin  qəhrəmanlarının 
tarixi  və  sosial  xüsusiyyətlərini,  davranış  qaydalarını  və  psixo-
logiyasını açır. Romanın süjeti elə qurulmuşdur ki, o ya birbaşa, 
ya da dolayısı ilə Dudarka adlı varlı knyazla, ya inqilabçı Süley-
manla bağlıdır. Bu isə kasıblara istismarçılardan yalnız  onlarla 
mübarizə nəticəsində azad olmağı başa düşməyə imkan verir.
Romanda  çoxsaylı  personajlar  iştirak  edirlər.  Bununla  belə 
onlardan hər biri o qədər uğurlu rənglərlə təsvir edilir ki, onların 
baş qəhrəman, yaxud epizodik personaj olmasından asılı olma-
yaraq, oxucu yaddaşında özünə görümlü  yer ala bilir. Belələrinə 
nümunə kimi balerina Yelena Terexova, müğənnilər Vera Jareç-
naya, Kita Mejevitskaya, tələbə Aleyniçenko, osetin qızı Əminət, 
arabaçı-çərkəz Həbij, kabardin Karmayev, tacir Ənvər, gimnazi-
yaçı Murad və başqaları aid edilməlidir.
Müəllif  əsərdə  Qaraçay  varlılarını  knyaz    Dudarka  –  hacı, 
arvadı Minət, oğlu Zəkəriyə, Əli-hacı, onun arvadı Çokay, tacir 
Ənvər,  Leon  Krımşamxalov  timsalında  təqdim  etmişdir.
İstismarçılara  qarşı  Qaraçay  xalqının  ən  yaxşı  və  mübariz 
nümayəndələri dayanırlar. Bunlar Peterburq universitetinin ərəb 
dili  müəllimi,  Qaraçayda  ilk  gizli  inqilabi  dərnəyin  təşkilatçısı 
Süleyman Murad, məktəb xadiməsi Ölməz, həkim Xalid Erkə-
nov, müəllim Abidat, Əminət Yepxiyeva, Həzrət Hacıyeviç, İlyas, 
Nənə Tokov, İmmolat Xubiyev və Hurzukda kasıbların varlılara 
qarşı hərəkatına rəhbərlik edənlərdir. 
M.Bayçorov  romanda    müxtəlif  sosial  təbəqələrin  nü-
mayəndələrinin  tale yini  qəhrəmanların  obrazında  əks  etdir-
məklə, bütün Qaraçay cəmiyyətini dərindən xarakterizə etməyə 


Nizami Tağısoy
234
müvəffəq  olur.  «Böyük  Qaraçayda»  romanında  M.Bayçorov 
H.Appayevin  «Qara  sandıq»  romanının  qəhrəmanından  fərq-
li  olaraq  yeni  qəhrəman  obrazı  yaradır.  Bu,  Qanamat  obrazı-
dır.  Müəllif  qaraçaylıların  yeni  həyat  uğrunda  mübarizəsinin 
müxtəlif  formalarını  məhz  onun  timsalında  ortaya  çıxarmağa 
çalışır.  Romanda  Macar,  Abdul,  Süleyman  obrazları  müəllif 
tərəfindən böyük sevgi ilə  yaradılır.  Əsərdəki Ölməz auldan 
çıxmış ilk qadın kimi məktəbdə xadimə işləməklə, müstəqil şə-
kildə çörək qazanan,  öz iradəsi, cəsurluğu, qətiyyəti ilə seçilən 
simalardandır. Gizli dərnəyin tapşırığı ilə Ölməz dərədə qadınlar 
arasında xeyli siyasi-ideoloji iş aparır, aulda yaşayanların kazak-
larla üz-üzə gəlməsinin qarşısının  alınmasında fəal iştirak edirlər.
Romanda müsəlman ruhanilərinin nümayəndələrinin obraz-
ları da mühüm yer tutur. Onların sırasında knyaz Dudarka hacı və 
Əli hacı obrazları daha koloritli yaradılmışdır. Onların hər ikisi 
aul adamları arasında özlərini əməli-saleh göstərib məsciddə xid-
mət edib, aul uşaqlarına mezirtədə (mədrəsədə) təlim versələr də, 
gizlində əyyaşlıq və alçaqlıqla məşğul olurlar. Yüksək ruhani adı 
altında gizlənən bu şəxslər özlərini günahsız və müqəddəs kimi 
qələmə verməklə aul sakinlərinin bəlasına çevrilmişlər.
Qaraçay ədəbiyyatının inkişafında, onun bədii problemlərinin 
həllində H.Bayramukovanın mövqeyi daha  üstündür. Bu müəllif 
doğma  ədəbiyyatda  poeziya  janrında  kifayət  qədər  uğurlar  qa-
zanmasına baxmayaraq, nəsr sahəsində də yetərincə müvəffəqiy-
yətlərə imza ata bilmişdir. 60-cı illərdə H.Bayramukova  bir sıra 
hekayələr («Ayran», «Qırcın», «Dağlı qadını haradadır?», «Asi-
nin məktubu», «Qadının hekayələri», «Qara don» və s.), «Karçi 
ailəsi», «Mənim nəğməm», «Ataların anası» kimi lirik reportajlar 
və bir sıra romanlar qələmə almışdır. Onlardan birincisi «İllər və 
dağlar» (3) romanı nəşr olunduğu vaxtdan oxucular və tənqidçilər 
tərəfindən hərarətlə qarşılanmışdır. Bu əsərdə müəllif dağlı ziya-
lısının təşəkkülü problemini diqqət mərkəzinə çəkməyi qarşısına 


Qaraçay  ədəbiyyatı
235
məqsəd qoymuşdur. Bundan sonra müəllif qələmə aldığı «Dan ul-
duzu» (“Çolpan”) da təxminən eyni məsələləri diqqət mərkəzinə 
çəkməklə onu daha aktual problematika ilə yükləmişdir. Bu, ilk 
növbədə sənətkarın nasirlik ustalığının artması ilə əlaqələndiril-
məlidir.
Əsərin «Dan ulduzu» adlanması həm də Qaraçay dağlarında 
yeni həyatın doğulmasını simvolizə edir. H.Bayramukovanın bu 
romanı qaraçaylıların feodalizmdən  yeni bir tarixi-inqilabi mər-
hələyə qədəm qoyduğu dövrə həsr olunmuşdur (5). Məhz elə bu 
kontekstdə də müəllif  xalq taleyi probleminə nəzər salmağa ça-
lışmışdır. 
H.Bayramukovanın  «Dan  ulduzu»  romanı  Qaraçayda  rus 
inqilabı hərəkatının təsiri altında geniş vüsət alan sərt sinfi müba-
rizəni əks etdirən iri miqyaslı bir əsərdir. 1905-1918-ci illər ha-
disələrini çevrələyən bu roman öz coğrafiyası, hadisələrin təsviri 
baxımından da genişdir. Əsərdə əks olunan hadisələr Dağıstanda 
(Port-Petrovsk - hazırda Mahaçqala, Zaqafqaziya - Bakı və Tiflis, 
Çərkəz - Batalpaşa, hazırda Çerkessk, Qaraçay - Osetinovka, ha-
zırda Kosta-Xetaqurovo kəndi, Teberda, Üçqulan, «Elbrus» mə-
dənləri), Kislovodsk, Peterburq, Moskva və s. Nevinnomısskda 
cərəyan  edir.  D.Kubanovun  «Dağlarda  səs»  romanında  olduğu 
kimi, H.Bayramukovanın da bu əsərində inqilabçılara, bolşevik-
lərə, xüsusən Leninə, Stalinə, Kirova, Orconikidzeyə və başqala-
rına böyük yer verilmişdir. Bu isə, məlum olduğu kimi, dövrün 
ideoloji tələblərilə bağlı idi.   
H.Bayramukovanın «Dan ulduzu» romanı obrazlar baxımın-
dan zəngindir. Burada oxucunun yaddaşına birdəfəlik həkk olan 
Cansox  çoban,  varlı  Dobay,  gənc  Soslan,  epizodik  personajlar 
kimi əsərin infrastrukturunda özünə yer alan Çora, Zülgərneyn, 
alim Yusif,  kumux  qızı  Məryəm,  çar  məmuru Vaso  İrakliyeviç 
Qaqua, general qızı Elizabet və başqaları maraqlı tərzdə təqdim 
olunmuşlar.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə