Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə76/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   72   73   74   75   76   77   78   79   ...   97

Nizami Tağısoy
236
Hər şeydən öncə qeyd edək ki, H.Bayramukova əsərdə dağlı 
qızının psixologiyasını ümumbəşəri və sosial aspektlərdə açmağa 
müvəffəq olmuşdur. Məhz elə buna görə də müəllif  əsərlərində  
qadın probleminə daha çox yer ayırmış və bunu nəinki Qaraçayda, 
həm də bütün Şimali Qafqazda qadının əvvəllərdəki sosial vəziy-
yətini əks etdirmək baxımdan təsvir etmişdir. Biysoltan knyazın 
qızı Fatimənin romanda təqdimatı H. Bayramukovanın daha böyük 
uğuru hesab edilməlidir (1,47). Öz valideynlərindən fərqli olaraq 
knyaz qızı nəinki zənginliyinə və savadlı olduğuna görə sadə in-
sanları saymır, əksinə onlara daha çox yaxınlaşır. Sadəlik bu knyaz 
qızının ən mühüm cəhəti kimi diqqəti daha çox cəlb edir. Müəllif 
Fatimənin tipik keyfiyyətlərinin doğru-dürüst açılmasını, xarakte-
rinin möhtəşəmliyini əks etdirmək üçün onun sevgi tarixçəsini ver-
mişdir. O, Qasımı sevdiyi halda, tezliklə özünün razılığı olmadan 
Səlimgirey adlı kişiyə verilməsi onu  dəhşətli hala salmışdır. Qız 
daim atasına müntəzir olsa da, artıq ona inanmır və səadəti uğrun-
da özü mübarizəyə qoşulur. Belə vəziyyət onu daha qorxmaz və 
cəsur edir. Səlimgireyə  nifrət, Qasıma məhəbbət onun həyatının 
mənasına çevrilməklə, onu  sevgilisinə qarşı addım atmağa sövq 
etmiş, bununla da o, patriarxal ənənələrə qarşı üsyan elan etmişdir.
Beləliklə,  Fatimənin  həyatında  yeni  mərhələ  başlayır.  Qa-
sıma sevgi onu xoşbəxt edir. Lakin Fatimə xoşbəxtliyini tapana 
qədər  atası    qızın  izinə  düşüb  onu  Kislovodskda  «ev  dustağı» 
edir, Qasımı isə məhkəməsiz-filansız dəmir barmaqlıqlar arxası-
na atdırır. Fatimənin başı çox bəlalar çəkir. Onun doğduğu oğlanı 
əlindən alıb kənar insanlara verirlər və ona ərinin ölümü xəbərini 
çatdırırlar.  Buna  baxmayaraq,  əri  Fatiməni  və  oğlunu    taparaq, 
onları birdəfəlik cəhənnəm əzabından xilas edir. Çətinliklər Fa-
timəni sındırmır, əksinə, o, yeni həyat uğrunda mübarizənin fəal 
iştirakçısına  çevrilir.
Romanda  müəllif  qəhrəmanların  xarakteristikasında  milli 
folklor ənənələrindən və bədiiliyin epikliklə üzvi surətdə birləş-


Qaraçay  ədəbiyyatı
237
məsindən  ustalıqla  istifadə  edir.  Bu,  özünü  nəinki  obrazlı  xalq 
danışığında, atalar sözü, zərbi məsəllərdə, həm də personajların 
təsvirində  göstərir. 
Böyük  Qaraçay  yazıçısı  O.Xubiyevin  yaradıcılığı  da  milli 
ədəbiyyatda roman janrının inkişafına nəzərəçarpacaq dərəcədə 
müsbət təsir etmişdir. Məlum olduğu kimi, O.Xubiyev hələ 30-cu 
illərdə öz qələmini nəsr yaradıcılığı sahəsində uğurla sınamışdır. 
Lakin XX əsrin 50-60-cı illərində onun bədii yaradıcılığının əvəz-
siz məhsulu olan «Əmanət» trilogiyası ona epik əsərlər müəllifi 
kimi böyük şöhrət gətirmişdir. 1959-cu ildə bu romanın birinci 
kitabı nəşr olunmuşdur. Burada Böyük Vətən Müharibəsi zama-
nı insanların alman işğalçılarından çəkdiyi əzab-əziyyət, mənəvi 
sınaqlar, sarsıntılar, Vətəni qorumaq eşqi başlıca leytmotiv kimi 
çıxış  etməkdədir.
Trilogiyanın ikinci kitabı 1963-cü, üçüncü kitabı 1965-ci ildə 
çapdan çıxmışdır. Üçüncü kitab yeni ailə mövzusuna, əxlaq və 
qadının cəmiyyətdə yeri, əməkçi insanların – heyvandarların hə-
yatına, aullarda yaşayan insanların düşüncəsində hələ də köhnəli-
yin qalıqlarının mövcudluğuna həsr olunmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, O.Xubiyevin «Əmanət» epo-
peyasının (14) Qaraçay ədəbiyyatında ilk trilogiya kimi analoqu 
yoxdur. Eyni zamanda bu əsərin nəşri Qaraçayda böyük mədəni 
hadisə kimi qiymətləndirilmişdir. O.Xubiyev Qaraçay  ədəbiyya-
tının elə bir uğurlu sənətkarlarındandır ki, milli ədəbiyyatşü naslıq 
və  tənqid  ona  kifayət  qədər  diqqət  yetirmiş,  haqqında  onlarla 
məqalələr, dissertasiyalar və monoqrafiyalar yazılmışdır. Bu kon-
tekstdə biz N.M.Kaqiyevanın «Ölkənin taleyi – sənin taleyindir». 
(16) və Z.B.Şamanovanın «Osman Xubiyev yaradıcılığı Qaraçay 
ədəbiyyatının epik ənənələrinin formalaşması işığında» əsərlərini 
(28) qeyd  etməliyik.
Ümumiyyətlə, O.Xubiyev Qaraçay ədəbiyyatı, mədəniyyəti, 
maarifi, jurnalistikası və nəşriyyat işi sahəsində əvəzsiz şəxsiyyət 
olmuşdur. 


Nizami Tağısoy
238
O.Xubiyevin  «Əmanət»  trilogiyası  Qaraçay    ədəbiyyatında 
hələ  ki  müharibə  mövzusuna  həsr  edilən  ən  monumental  əsər 
kimi qalmaqdadır. Bu isə qanunauyğundur, çünki roman elə bir 
dövrdə qələmə alınmışdır ki, bu zaman müəllif otuz ildən artıq 
idi ki, ədəbiyyatda «külüng» vurmaqla, öz həyatını və yaradıcı 
təcrübəsini zənginləşdirmişdi. Və bu trilogiyanın ortaya çıxması 
Osman Xubiyevə sanki ikinci dəfə – yenidən yazıçı kimi doğul-
mağa  vəsiqə  vermişdi. 
«Əmanət» trilogiyasının baş qəhrəmanı konkret götürülmüş 
şəxsiyyət yox, xalqın özüdür. Trilogiyanın başlıca ideyası xalqın 
heç də yalnız düşmən üzərində adi qələbəsi yox, həm də ictimai, 
siyasi, mədəni kontekstdə qələbəsidir.
Əgər trilogiyanın ilk iki kitablarında müharibədə xalqın qələ-
bəsi, onun mənəvi-əxlaqi gücü və s. göstərilirsə, üçüncü kitab-
da qəhrəmanların bu və ya digər hərəkət və davranışları diqqət 
mərkəzinə çəkilir. Müəllif qəhrəmanlarının daxili təkamülünü di-
gər aspektlərlə yanaşı, həm də psixoloji cəhətdən yetərincə əsas-
landırmağa çalışır.
Trilogiyanın üçüncü kitabını diqqətlə təhlil edən N.M.Kaği-
yeva “Əmanət”i rus ədəbiyyatında ailə xronikası janrının geniş 
yayılmış tipi ilə müqayisə etməklə bir ailənin cəmiyyətin tarixi, 
onun  hərəkəti  və  mübarizəsi  ilə  bağlanmasına  həsr  edildiyini  
söyləyir (16,157). Trilogiyanın məhz üçüncü kitabında yazıçının 
həyat  gerçəkliklərinə  adekvat  münasibəti,  realizm  ustalığı  hiss 
olunmaqla onun metodunda yeni cizgilər meydana çıxarmışdır. 
Bu da, heç şübhəsiz ki, müəllifin öncül baxışları, qəhrəmanlarının 
münasibətlərində dərin sosial-psixoloji halları əks etdirmə baca-
rığı, bütün bunların həmin dövrün ictimai hadisələri ilə uzlaşdıra 
bilmə tərzindən irəli gəlmişdir. 
Romanda  biz  çoxsaylı  obrazlarla  qarşılaşırıq.  Onlardan  bir 
neçəsini  biz  əvvəlki  iki  kitablardan  –  Həsən  Sokolov,  Baldan, 
Safiyət, Musa, Candet, Umar və başqalarını tanıyırıqsa, üçüncü 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə