Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə79/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   75   76   77   78   79   80   81   82   ...   97

Nizami Tağısoy
246
ların metod və üslubunun, yazıçıların yaradıcılıq fəaliyyətinin tə-
dqiq olunmasına həsr olunmuş bir sıra əsərlərin ortaya çıxdığının 
şahidi olarıq (1;18;19;20;25;21; 23,27;24;25).
1950-ci  illərdən  Qaraçay  ədəbiyyatında  daha  intensiv  ya-
ranan və işlənən janrlar sırasında bədii oçerk və hekayə Böyük 
Vətən Müharibəsinin ön cərgə lərində vuruşan Qaraçay oğulları-
nın, partizan dəstələrinin fəaliyyətini əks etdirirdi. Qaraçay ədə-
biyyatının Böyük Vətən Müharibəsinə həsr olunmuş parlaq sə-
hifələri ilk olaraq H.Bayramukovanın «Zəlihət» poemasında (20, 
243-254)  əksini  tapmışdır.
Qaraçay nəsrinə gəldikdə isə müharibə mövzusu burada hər-
bi oçerk, hekayə, povest və roman  kimi müxtəlif janrlarda inkişaf 
etməyə başlamışdır (28; 17). Bununla belə müharibə mövzusu 50-
ci illərin sonunadək heç də ədəbiy yatda öz müfəssəl təcəssümünü 
tapa bilməmişdi. Qaraçay yazıçılarının bu istiqamətdə apardıqları 
bədii axtarışlar davam etməkdə idi. Mövzunun ortaya qoyulma-
sında və açılmasında ümumi Qaraçay ədəbiyyatı üçün qanunauy-
ğun olan özünə məx sus tendensiyalar müşahidə olunurdu. 
Qeyd  etmək  yerinə  düşər  ki,  nəzərdən  keçirdiyimiz  illərdə 
nəinki Qaraçay, Şimali Qafqaz ədəbiyyatları, həm də rus, Azər-
baycan, özbək,  qazax, türkmən, qaraqalpaq və digər ədəbiyyat-
larda da müharibə mövzusuna müraciət planlı xarakter almışdı. 
Bu illərdə əsir düşən, hərbi düşərgələrdə  ömür sürməyə  məhkum 
olunmuş çoxsaylı insanların dramatik taleyini təsvir edən kitab-
larda acı müharibə illərinin faciə ləri yaradılırdı. Heç də təsadü-
fi deyildir ki, bu dövrdə müharibəyə həsr olunmuş nümunələr-
də  sənədli- memuar janrı daha böyük üstünlük təşkil edirdi. Bu 
baxımdan  dövr  üçün  tank  qoşunları  polkovniki  Sovet  İttifaqı 
Qəhrəmanı Harun Boqatıryovun «Vətən uğrunda» və Seyid Lay-
panovun «Qaraçay oğlu – Belarusiya qəhrəmanı» əsərlərinin sə-
ciyyəviliyindən yuxarıda söhbət açmışıq (2;32).


Qaraçay  ədəbiyyatı
247
5.2. Qaraçay nəsri yüksəliş  mərhələsində
1950-1980-ci  illər  əsasən  Qaraçay  nəsrinin  keyfiyyət-
cə  yüksəliş  dövrüdür.  Belə  ki,  onun  bu  illərdəki  inkişafının 
özünəməxsusluğu yeni mövzuların dərindən dərki və daha tam 
şəkildə ifadə olunması üçün müxtəlif janr formalarının inkişafın-
dan istifadəni  nəzərdə tuturdu. Bu zaman daha böyük rolu oçerk 
və  publisistik  janrlar  oynayırdı.  Özündə bədii  obrazlılıqla  elmi 
təhlil məntiqini birləşdirməklə oçerk, həm də ilk epik əsərlərin 
ortaya  çıxmasını  stimullaşdırırdı.  Eyni  zamanda  paralel  olaraq 
hekayə kimi mürəkkəb və maraqlı janrın da vüsət alması müşa-
hidə olunurdu. Ənənəvi folklor təhkiyə xapar (hekayət) janrına 
yaxın olan bu  janrın Qaraçay nəsrində təşəkkülü və inkişafı heç 
də asan getmirdi. Lakin bundan da çətin povest və roman janrla-
rının inkişafında uğurlara imza atmaq idi.
Əlbəttə, nasirlərin qarşısında dayanan ən başlıca vəzifə ya-
şayıb  yaratdıqları dövrdəki müasirlərinin tipik xüsusiyyətlərini, 
yeni qəhrəman obrazını ortaya qoymaqdan ibarət idi. Dövrün özü 
müharibə haqqında, real gerçəklik haqqında kifayət qədər mate-
riallar versə də, reallığın özünü bədii cəhətdən daha obyektiv və 
ayıq qiymətləndirməyə ehtiyac vardır. Elə buna görə də Qaraçay 
nəsrinin nəzərdən keçirdiyimiz dövrdə inkişafının əvvəlki illər-
dən fərqi bu ədəbiyyat qarşısında dayanan problemlərin həlli ilə 
xarakterizə olunurdu. Bu fərq ilk növbədə epoxanın özünəməx-
susluğu ilə bağlı idi. Söhbət burada nəinki nəsrdəki sosial-mənəvi 
məsələlərlə, həm də əsərlərin bədii keyfiyyətinin (süjet, kolliziya, 
obraz və xarakterlər və s.) ortaya qoyulması ilə bağlı idi. Qaraçay 
nasirləri bu dövrdə diqqət mərkəzinə mənəvi-psixoloji və sosi-
al-mədəni problemləri çəkirdilər. Lakin bu heç də o demək de-
yildir ki, Qaraçay nəsri ənənəvi inkişaf yolundan kənarlaşmağa 
səmt alırdı. 50-80-ci illər Qaraçay ədəbiyyatı onun əvvəlki  inki-
şaf təkamülünün zəruri və təbii həlqəsi idi. Elə buna görə də 60-cı 


Nizami Tağısoy
248
illərdən  Qaraçay  nəsrində  gerçəkliyin  estetik  dərkinə  daha  çox 
meyl hiss olunurdu. 
Yuxarıda qeyd etdiyimiz kimi, BVM mövzusu 50-80-ci illər-
də sözün əsl mənasında  Qaraçay nəsrinin aparıcı istiqamətini təş-
kil edirdi. Qaraçay nasirləri müharibədə  döyüşən əsgərin, cəbhə 
və partizan dəstələrində qanından-ca nın dan keçən saysız-hesab-
sız mübarizlərin, qəhrəmanların, müharibənin insan ların taleyin-
də, qəlbində və şüurunda hansı iz qoyduğunun bədii salnaməsini 
yaratmağa ehtiyac duyurdular. Xeyli Qaraçay yazıçılarının özü-
nün müharibədə iştirak edib onun odundan-alovundan keçməsi, 
oradakı uğurlarla uğursuzluqları gözləri ilə görməsi həmin illə-
rin bədii təsvirini adekvat verməyi gündəmə gətirirdi. Məhz belə 
dramatik  dövr  yazıçıların  həyat  bioqrafiyasına    da  öz  möhürü-
nü vururdu. Eyni zamanda bunu da söyləməyə ehtiyac vardır ki, 
Qaraçay  nasirləri  sovet  ədəbiyyatına  daxil  olan  digər  xalqların 
nümayəndələrindən daha sonra bu mövzuya müraciət etmişdilər. 
«Məhz elə buna görə də tədqiq olunan dövr onun intensivliklə 
işlənməsini göstərməkdədir» (7,134).
Qaraçay yazıçılarının əsərləri 60-80-ci illər sovet ədəbiyya-
tında yer almış və hərbi hadisələrin adekvat ümumi bədii mən-
zərəsini  və  insan  xarakterlərinin  təsvirini  vermişdir.  Əlbəttə, 
Qaraçay  müharibə  nəsrinin  yaranmasına  və  işlənməsinə    xeyli 
sayda  sənədli  materialların  yığılması  da  kömək  etmişdir.  Belə 
ki, 1958-ci ildən başlayaraq Qaraçayda rus dilində nəşr olunan 
«Leninskoye znamya» qəzetində bir neçə il ərzində ardıcıl ola-
raq keçmiş hərbi müxbir, Qaraçay-Çərkəz İqtisadiyyat, Tarix, Dil 
və Ədəbiyyat Elmi-Tədqiqat İnstitutunun ştatdankənar əməkdaşı  
V.A. Nejinski yazılar dərc etdirir və Qaraçay-Çərkəz vilayətindən 
olan Vətən Müharibəsi  iştirakçıları – döyüşçüləri ilə bağlı arxiv 
və səhra materiallarının təhlilinə böyük diqqət yetirirdi. Eyni za-
manda mətbuatda çalışan V.A.Nejinski BVM vuruşmuş Qaraçay 
qəhrəmanlarının döyüş bioqrafiyası və taleyi ilə bağlı yeni adların 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə