Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə82/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   78   79   80   81   82   83   84   85   ...   97

Qaraçay  ədəbiyyatı
255
5.3. Qaraçay nəsrində yeni qəhrəman tipi
50-80-ci illər Qaraçay nəsri qəhrəman tiplərinin təsviri baxı-
mından da zəngindir. Burada, hər şeydən öncə, sənətkarlar milli 
xarakterlərin təcəssümünə diqqəti ön plana çəkirdilər. Milli ko-
loriti ilə seçilən obrazlarda  cəsurluq, qəlb açıqlığı, vicdan hissi, 
dərin zəka, təbiətin mahiyyətini hiss edə bilmək kimi keyfiyyət-
lər daha çox maraqla qarşılanırdı. Qaraçay müəllifləri bu dövrdə 
daha çox şəxsiyyətə, onun şüurunun səviyyəsinə, mənəvi axtarış-
larına yer verirdi. Belə personajların  əksəriyyəti  özlərini ictimai 
düşüncənin ifadəçiləri kimi göstərməklə Vətən və xalq taleyinin 
həllində aparıcı rol oynamağa çalışırdılar. Bunun bariz nümunə-
si kimi O.Xubiyevin «Adamlar» povestini göstərə bilərik. Belə 
ki, bu əsərdəki aparıcı obrazlar Afyacan, Zəriyyət və başqalarının 
timsalında müəllif insanın geniş qəlbini,  daxili aləminin gözəl-
liyini və zənginliyini əks etdirə bilmişdir. Bu dövr O.Xubiyev və 
digər Qaraçay yazıçılarının əsərlərində mühitin və vəziyyətin in-
sanı formalaşdırdığı göstərilir. Eyni zamanda Qaraçay yazıçıla-
rına görə hər bir personaj üçün özünün düzgün yolunun seçimi, 
mənəvi dəyərin səviyyəsi müəyyən  olmalıdır. Uğurlu Qaraçay  
povestlərində nəinki fərdiləşmiş obrazların xarakterik cəhətləri, 
həm də bu obrazların, belə demək mümkünsə, öz fərdi monodram 
xətti görünməkdədir. Əlbəttə, Qaraçay nəsrinin nəzərdən keçirdi-
yimiz dövründə onun bir sıra yeni xətlərinin ortaya qoyulmasına 
baxmayaraq, bəzi vəzifələr hələ də dəyişilməz qalırdı. Bununla 
belə Qaraçay yazıçılarının əsərlərində personajların bir sıra xü-
susiyyətləri inkişaf müstəvisində təqdim olunurdu. Bu baxımdan 
yenə  də  O.Xubiyevin  «Qisas»  («Dert»)  povestindəki  Xorlam 
obrazı kifayət qədər material verir. Xorlamın bir qədər ənənəvi 
istiqamətdə stilizasiya edilməsinə baxmayaraq, xeyli xüsusiyyət-
ləri – cəsurluğu, təvazökarlığı, kişiliyi, mənliyi, yeni həyat ideal-
larına sadiqliyi, sevgidə heç bir məqsəd güdməməsi maraqlı və 


Nizami Tağısoy
256
özünəməxsus təqdimatı ilə diqqət çəkir. Xorlam üçün sevgi nəin-
ki təbii hisslərin ifadəçisi, həm də insanın hisslərinə sığal çəkən, 
onu  xeyirxahlığa  istiqamətləndirən  misilsiz  qüvvə,  onu  güclü, 
qoçaq və zərif edən bir şeydir. Xorlam sevgi uğrunda mübarizə 
aparmağı  bacarır.  Xorlamın  qardaşı  Çomur  isə  tamamilə  başqa 
cür düşünür. Çünki o, öz vətənindən  ayrı düşmüş, vətənpərvərlik 
hisslərini itirmiş, əxlaq prinsiplərindən kənarda qalmış insan ol-
duğundan tezliklə rüsvay olur. Xorlamın xarakteri, dünyagörüşü, 
mənəvi-əxlaqi siması haqqında oxucu onun daxili  monoloqları, 
lirik ricətlər vasitəsi ilə tanış olur.
1950-1980-ci  illər  Qaraçay  povesti,  yuxarıda  qeyd  etdiyi-
miz  kimi,  BVM-dəki  xalq  qəhrəmanlığını,  orada  əksini  tapmış 
humanist idealları, vətənpərvərliyi, vətən qarşısında bəşəri bor-
cun nədən ibarət olmasını yeni rakursdan işıqlandırmağa başla-
yırdı. Bu baxımdan, söylədiyimiz kimi, O.Xubiyevin «Adamlar», 
A.Suyun çevin  «Geniş  ürəklər»,  H.Bayramukovanın  «Daimi  at-
lılar» povestləri diqqəti əsas etibarı ilə mənəvi-əxlaqi və huma-
nizm problemləri üzərində cəmləşdirməyə çalışırdı. Demək olar 
ki, belə yanaşma  həmin dövrdə nəinki Qaraçay, həm də digər 
Şimali Qafqaz ədəbiyyatları üçün də xarakterik idi. 
H.Bayramukovanın  «Daimi  atlılar»  povestində  gənc  qəhrə-
manların  xarakte rinin  necə  təşəkkül  tapdığı  bütün  incəlikləri  ilə 
təsvir olunur. Burada  qəhrəmanların xarakterinin çətin müharibə 
illərində  necə  formalaşması  və  hit lerçi lərlə  mübarizədə  onların 
qələbə uğrunda necə səy göstərdikləri vurğulanır. Bu povestdə H.
Bayramukovanın  qəhrəman  xarakterini  necə  təsəvvür  etməsi  və 
insanın məsuliyyəti məsələsi diqqət mərkəzində dayanır. Povestin 
Soltan, Murad və başqa bu kimi qəhrəmanlarının öz borcunu necə 
yerinə yetirdiyi maraqlı şəkildə təsvir olunur. Bayramu kova nın fik-
rincə qəhrəmanlıq seçimi heç də yeganə deyildir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Qaraçay  ədəbiyyatında  ilk 
romanlar tarixi-inqilabi mövzuya həsr olunmuşdur.  50-ci illərin 


Qaraçay  ədəbiyyatı
257
sonu  –  60-cı  illərin  əvvəllərindən  tədri cən  janr  diferensiasiyası 
getməklə digər mövzulara həsr edilmiş romanlar da mey dana çıx-
mışdır. Əlbəttə, bu dövrdə yaranmış roman janrının inkişafına ta-
rixi-inqilabi mövzulu romanların da təsiri az olmamışdır.
60-70-ci  illər  Qaraçay  ədəbiyyatında  bu  janrın  inkişafının  
yeni  mərhələsi  kimi  nəzər dən  keçirilə  bilər.  Bu  illərdə  qələmə 
alınmış  D.Kubanovun  «Dağlarda  səs»,  M.Bayçorovun  «Böyük 
Qaraçayda», H.Bayramukovanın  «Dan ulduzu» romanları öz so-
sial mahiyyəti, epik məzmunu, hadisələrin realist təsiri baxımın-
dan Qaraçay ədəbiyyatında yeni səhifə kimi dəyərləndirilməkdə-
dir. 
Adlarını çəkdiyimiz və digər əsərlər A.Qarayeva, S. Akaçi-
yeva, N.Kaqiyeva və başqa Qaraçay ədəbiyyatşünasları  tərəfin-
dən təhlillərə cəlb edilmiş, bir sıra ümumiləşdirmələr aparılmışdır 
(24;1;20).
Qaraçay ədəbiyyatının digər nümayəndəsi –  bir sıra şeir 
məcmuələri müəllifi kimi tanınmış M.Bayçorov bizi maraqlan-
dıran mərhələdə həm də nəsr janrında  intensiv işləməyə baş-
lamışdır. Onun 1967-cı ildə   qələmə aldığı «Böyük Qaraçay-
da» romanında Qaraçay-Çərkəzdə gedən sinfi  mübarizə təsvir 
olunmuşdur.  Müəllif  bu  çoxplanlı  romanında  dağlıların  yeni 
həyatını,  ilk  milli  kadrların  ortaya  çıxmasını,  dağlı  kasıbları-
nın  Türkiyəyə  qaçıb  getməsini,  yerli  din  xadimlərinin  yalan-
çılığını,  dağlı  qadınının    bədbəxt  taleyini  real  həyat  şəraitinə 
uyğun  şəkildə  əks  etdirməyə  çalışmışdır.    Bu  romandakı  ob-
razların mənəvi  aləmi dövrün qəhrəman larının sosial və tarixi  
xüsusiyyətləri  və  psixologiyasının  köməyi  ilə  açılır.  Əsərdə 
çoxsaylı  qəhrəmanlar  qalereyası  vardır.  Bu  romanda  M.Bay-
çorov  müxtəlif  təbəqələri  əks  etdirən  Qaraçay  cəmiy yətinin 
ümumi  panoramını  verə  bilmişdir.  Eyni  zamanda  M.Bayço-
rov H.Appa yevin «Qara çandıq» əsərindəkindən fərqli olaraq 
Kanamatın timsalında  yeni qəhrəman tipini təqdim etmişdir. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə