Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə84/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   80   81   82   83   84   85   86   87   ...   97

Qaraçay  ədəbiyyatı
261
lir.  İşğal  ərəfəsində  insanlar  özlərini  müxtəlif  cür  aparırlar.  Bir 
qrup insanlar əlinə silah alıb partizanlığa keçərək faşistlərlə fəal 
mübarizə aparır, Yunis, Loğman partizan dəstələri ilə əlaqələndi-
rici rolunu oynayaraq müxtəlif tapşırıqlar yerinə yetirirlər. Toxtar, 
oğlu Əhməd, qızı Kanitat isə satqınlıqla məşğul olaraq istismar-
çılara müxtəlif cür yardım etməyə çalışırlar. Nazir döyüş dostları 
ilə birgə Rovno şəhəri yaxınlığındakı düşərgəyə hərbi əsirlər gəti-
rirlər. Nazir əldən düşərək, yaralanır. Müəllif əsir düşərgələrində-
ki dözülməz həyat şəraiti və məişətini təsvir edir. Eyni zamanda 
o, Toxtarın, Əhmədin və Kanitatın Nazir və Bela ilə bağlı qara 
fikirlər «axtarış»ında  olduğunu da təsvir etməyi yaddan çıxarmır. 
Bu arada Kislovodsk düşmən tapdağından azad edilir. Digərləri 
ilə birgə Nurxan və Bela doğma şəhərə qayıdırlar. Bununla belə 
onlar Yunisun  döyüşdə    öldürüldüyündən  xəbərsizdirlər. Yalnız 
sonralar Nurxan oğlunun məhv olduğundan xəbər tutur. Eyni za-
manda Kanitatın atası və qardaşı da faşistlər tərəfindən öldürülür. 
Lakin bu heç də Kanitat üçün dərs olmamışdır. O, yenə də düş-
mənçiliyini davam etdirməkdədir. Küçədə Nazirin dostu Əlixa-
novu görən Kanitat özünü Belanın yaxın qohumu kimi qələmə 
verir və Əlixanov ona Nazirin əsir düşdüyünü, NKVD-yə və Be-
laya məktub yazaraq onun vətən xaini olduğunu söyləyir. Xoşbət-
likdən hər şey dəyişir, birazdan Nazir üçgünlük məzuniyyət alıb 
Kislovodska qayıdır. Belanı və onun ailəsini burada görmür. «İki 
zaman» romanının ikinci kitabında əksini tapmış hadisələr 1942-
1943-cü illəri əhatə edir.
Romanın üçüncü kitabı Nazirin Cənub cəbhəsində, Sevasto-
polda və Belarusiyadakı döyüşlərdə iştirakına həsr olunmuşdur. 
Eyni zamanda burada Belanı ailəsinin və Nazirin Qaraçayın azad-
lığında  iştirak  etdikləri  göstərilir. A.Qarayeva  yazır:  «Romanın 
başlıca süjet xəttində Nazirlə Belanın qarşılıqlı münasibətlərinin 
əks etdirildiyini görürük. Bu da əsərin kompozisiyasının ikiplan-
lılığını göstərir: Nazirin taleyini, onun orduda xidmətini, Vətən  


Nizami Tağısoy
262
müharibəsi  cəbhələrində  döyüşlərdə  iştirakı,  onun  əsirlikdə  ol-
ması fəsilləri Belanın taleyi, onun ailəsinin və Nazirin ailəsinin 
Qaraçaydakı təsvir olunan fəsillərlə əvəzlənir. Belə kompozisiya-
ya görə də müəllif BVM dövrünün həyat  mənzərələrini yaradır» 
(22,111).
Bəs roman nə üçün «İki zaman» adlandırılmışdır? Əsərdə iki 
zaman romanda təsvir olunan hadisələrə görə dinc, əmin-amanlıq 
zamanı ilə  müharibə zamanını əks etdirir. Bundan başqa əsərin 
adının başqa bir mənası keçmiş həyatla gələcək həyatın mahiyyə-
tini açmağa tuşlanmışdır.
Romanda təsvir olunmuş obrazlar, müxtəlif qruplardan olan 
personajlar onların səciyyəvi xüsusiyyətlərini açmaq baxımından 
maraqlı materiallar verir.
Müəllif  romanın  baş  qəhrəmanları  Nazir  və  Belanın  port-
ret  xarakteristikasını  son  dərəcə    ifadəli  vasitələrlə  təsvir  edir. 
Məsələn,  Nazir  «hamar  ağ  alınlı»,  «sıx  dalğalı  saçlı»,  «cəsur 
baxışlı», «qartal kimi sürətli və cəld», «xəndəkdən çıxarkən uçan 
quş» kimi təsvir edilir (26,14). Belanın isə biz aşağıdakı portret 
xüsusiyyətlərini  görür  və  oxuyuruq:  «Başında  saçlarından  tut-
muş ayağının ucuna qədər bir dənə də olsun qüsur yoxdur, şəkil 
kimi gözəl bir qızdır», «qara gözəl və uzun qaşları», «ağappaq 
qar kimi alnı», «iri böyük  qapqara məxmər kimi gözləri», «uzun 
kirpikləri», «ağappaq  yumşaq əlləri», «qalın uzun saçları» vardır 
(28,59-69).  Belə  portret  xarakteristikası  həm  də  qəhrəmanların 
digər xüsusiyyətlərində - onların nitqinin gözəlliyində, özlərinin 
davranışında, qarşılıqlı münasibətlərində və s. əks olunur. Bəzən 
müəllifin  baş  qəhrəmanlara  olan  sevgisi  həddən  artıq  diqqət 
mərkəzinə düşür. Bu isə öz növbəsində romanda təqdim olunmuş 
bəzi  xarakterlərin  tipikliyini  bir  qədər  şübhə  altına  alır.  Lakin 
bütün bunlara baxmayaraq, D.Kubanov cəbhə şəraitinin zəngin 
və mürəkkəb realist mənzərəsini yarada bilir. O, oxucuları  mü-
haribənin  məşəqqətlərinə, ölüm-itiminə, qan-qadasına, əzab və 


Qaraçay  ədəbiyyatı
263
məhrumiyyət lərinə  dərindən    inandırır.  «İki  zaman»  romanının 
əksər səhifələri Nazir və Belanın həyatının əsas epizodlarını çev-
rələyir.  Romanın  epizodlarında  qəhrəmanların  hədsiz-hüdudsuz 
düşüncələri, fikir və duyğuları, arzu və istəkləri  əks olunmuşdur. 
Lakin bəzən bütün bunlar müəllif tərəfindən olduqca uzun-uza-
dı təsvirlərlə oxucuya çatdırılır. Əsərin belə süjet – kompozisiya 
quruluşu  həm  də  onun  kəmkəsirlərindən  xəbər  verir.  Romanda 
müharibə  dövründə  gedən  tarixi  hadisələrin  mürəkkəbliyindəki 
və    dramatiz mindəki  sünilik  və  sevgi  intriqaları  bəzən  o  qədər 
uzadılır ki, müəllif qəhrəman ların psixoloji xarakteristikasını, on-
ların mənəviyyatındakı təkamülü heç də bütün hallarda yetərincə 
açmağa nail ola bilmir. D.Kubanov qəhrəmanlarının obrazlarını 
mükəmməl təqdim etmək istəyi ilə onların güc, hiss və sarsıntı-
larına daha böyük məna verməyə çalışır. Bununla belə müharibə 
illərinin  zəngin  həyat  materialı  heç  də  bütün  hallarda  D.Kuba-
nov tərəfindən ustalıqla verilmir. Lakin qeyd etməyə ehtiyac var-
dır ki, D.Kubanov Belanın anası Nurxan xanım obrazını olduq-
ca böyük ustalıqla yaradaraq onu fərdiləşdirə bilmişdir. Müəllif 
Nurxanı ailə başçısı, ailənin qoruyucusu və ən başlıcası ana kimi 
xarakterizə  edə  bilmişdir.  Romanda  bu  obraz  emosional-hissi 
zənginliyi, məsuliyyəti, evdə qarşılıqlı hörmət mühiti yarada bil-
mə, qızının yaxın rəfiqəsi və məsləhətçisi kimi olmaqla, xalqının 
adət-ənənələrinə hörmətlə yanaşan, formalist münasibətlə barış-
mayan bir  qadın – ana kimi səciyyələndirilir. Nurxanın xarakteri 
digər insanlarla münasibətində, özünün davranış manerasında və 
düşüncəsində  açılır.  Milli  xüsusiyyətləri  ilə  seçilən  Nurxan  ro-
manda insanlıq ideyasının daşıyıcısı kimi humanist xarakteri ilə 
oxucu qarşısında dayanır. Bəlkə də müsbət qəhrəmanlar qalere-
yasında Nurxan müəllifin ən uğurlu yapdığı obrazdır. Çünki ro-
manın  kompozisiyasında  əsərin  ideya-məzmun  xüsusiyyətlərini 
onun lakonikliyi və təbii təsvir vasitələri ilə verə bilmə D.Kuba-
novun böyük müvəffə qiyyəti hesab olunmalıdır.
Əsərdəki iki obrazlar qrupu ilə yanaşı, orada həm də bir sıra 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə