Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə83/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   79   80   81   82   83   84   85   86   ...   97

Nizami Tağısoy
258
Romanda  uğurlu  və  koloritli    cizgilərlə  verilmiş  obrazlardan 
biri Ölməzdir. Ölməz son dərəcə bacarıqlı, iradəli və cəsur qa-
dındır. Aul məktəbində min bir əziyyətlə para qazanan Ölməz 
özünü müdafiə etməyə qadirdir. O, onun ləyaqətini ayaq altı-
na atmaq istəyən varlı kişinin qurbanına çevrilmək əvəzinə öz 
hüquqlarının  müdafiəsi  üzərində  düşünür,  nişanlısının  yapon 
müharibəsindən  qayıdacağını    səbrsizliklə  gözləyir.
M.Bayçorovun «Böyük Qaraçayda» romanının süjet xəttində 
və problematikasında, onun aparıcı obrazlarının təsvirində bir sıra 
ənənəvilik olsa da, müəllif əvvəlki yazıçıların əsərlərinin mövzu 
və ideyalarını kor-koranə təkrar və təqlid etmək yox, əksinə qara-
çaylıların zəngin milli məişətini, həyat tərzini, psixologiyasını Şi-
mali Qafqazda  yaşayan digər xalqlardan fərqli cəhətləri və xalq 
həyatının mənzərələrini yaratmağa müvəffəq olmuşdur.
5.4. Dair Kubanovun roman yaradıcılığında epik 
zaman və obrazları səciyyələndirmə ustalığı
D.Kubanovun «Dağlarda səs» romanının kompozisiyasında 
çoxplanlı süjet xətləri vardır ki, onlar abreklər (Biynöger, Badi-
mat, İbrahim, Kanamat), varlılar (Kiyamət), knyazlar  (Kanşau-
biy və Əlmirzə), əfəndi (Məhəmməd Əmin), kasıb ailələri (Əh-
məd Həsənbəy, Mələxan), çar məmurları və nökərləri (Bəymirzə, 
Taubiy, Mazan), polis (Matay və Kaytuk) satqınlar (Cangöz və 
Tokal), jandarm zabiti (Reyzer), pristavlar (Afanas və Larin) və 
digərlərindən ibarətdir (30).
Romanın süjet quruluşunda özlərində dağlıların ən mühüm 
xüsusiyyətlərini əks etdirən qəhrəman abreklərin obrazı aydın şə-
kildə əks etdirilmişdir. Eyni zamanda ilk Qaraçay romanı kimi 
burada  Kanamat  obrazının  bir  sıra  xüsusiyyətləri  digər  Şimali 
Qafqaz  romanları  üçün  də  nümunə  kimi  göstərilməyə  layiqdir. 


Qaraçay  ədəbiyyatı
259
S.Akaçi yeva haqlı olaraq qeyd edir ki, Kanamat qaraçaylılar için-
də ənənələri əks etdirən ilk mütərəqqi yeni inqilabçı nümunəsidir 
(1,35). Romanda həyatda əllərindən hər şeyi çıxmış, min bir məh-
rumiyyətlərə  düçar  olmuş,  mənəvi  cəhətdən  gücü  tükənməyən 
abreklərin dostluğa sadiq olub, kasıblara dayaq  durmağı bacaran 
insanların ədalət uğrunda istismarçılara qarşı mübarizəsi əksini 
tapmışdır. Eyni zamanda əsərdə incəliyi, nəcibliyi, qayğıkeşliyi 
ilə sevməyi bacaran dağlı qadınlarının  da obrazı  koloritli yer 
tutmaqdadır. Onların sırasında sürgünə göndərilmiş ərinin qisa-
sını almağa hazır olan Taycan, dul qadın Mələxan (onun əri zin-
danda ölmüş, uşaqları abrekliyə qoşulmuş, özü də zindana atıl-
maqla uzun müddət tənha yaşamağa məcbur olmuşdur), Əlmirzə 
knyazın qurbanına çevrilmiş gözəl-göyçək Nəzifət (o, öz sevgilisi 
Biynögerə sadiq olmaqla, Kuban çayında həyatını qeyb etməyi 
üstün tutmuşdur), təvazökarlığı ilə seçilən Nəzifətin rəfiqəsi Lay-
dan və başqaları vardır. 
Romanda bir-birinə qarşı dayanmış iki  hərbi düşərgə haqqın-
da söhbət gedir. Onlar əməkçi xalqa qarşı  dayanmış knyaz Kan-
şaubiy, starşina, Bəymirzə, Taubiy və Mazan, partizan dəstələri, 
dəstə komissarı Dobrınin, partizan dəstəsi komandiri Sanin, dağ-
lılar qrupu Sahib, Kanamat, Şahmirzə, Taulan, Osman, İsmayıl, 
Böyük və Kiçik  Qaraçay aullarının mübarizəsini istiqamətlən-
dirənlər  və başqalarından  ibarətdir. 
Düşmən düşərgəsi romanda lakonik, eyni zamanda qabarıq 
və hərtərəfli xarakterizə olunmuşdur. D.Kubanov onların daxili 
aləmini açmaqla, həyatda yeniliyə qarşı çıxdıqlarını uğurlu təsvir 
etmişdir.
Böyük Vətən Müharibəsi mövzusuna həsr olunmuş Qaraçay 
nəsri nümunələri sırasında Dair Kubanovun «İki zaman» («Эки 
заман»)  (26)  romanını  qeyd  etməyə  də  ehtiyac  vardır.  Harun 
Boqatıryovun və Hənəfi  Ebzeyevin əsərləri kimi bu roman da 
avtobioqrafik xarakterlidir. Müəllifin özü BVM-nin  iştirakçıla-


Nizami Tağısoy
260
rından olmuşdur. Onun hərbi taleyi romanın baş qəhrəmanı Na-
zir Batırovun taleyi ilə eynidir. Üç kitab, altı hissədən ibarət olan 
D.Kubanovun bu romanında Qaraçay ərazisində və Böyük Vətən 
Müharibəsi  gedən rayonların işğalı zamanı bəzi hadisələrin əsl 
mahiyyəti (həm ön, həm də arxa cəbhədə) açılıb göstərilməklə, 
müharibənin əsərin çoxsaylı personajlarının taleyində və mənəvi 
həyatında yeri və rolu təsvir obyektinə çevrilmişdir.
Romanın birinci hissəsi əsərin baş qəhrəmanın - Nazir Ba-
tırovu müharibə ərəfəsində təsvir edir. Müəllif onun hərbi məktəb 
kursantı, buraxılış imtahanlarını verib hərbi xidmət yerinə gön-
dərildiyini,  məzuniyyət  alıb  gənc  zabit  dostu  Xukrikovla  birgə 
doğma vətəni Kislovodska getməsini, orada onun Bela adlı qızla 
tanış olmasını, bir-birini  ürəkdən sevməsini, hər iki sevgililərin 
valideynlərinin bundan xoşbəxt olmasını, Nazirin öz hərbi hissə-
sinə qayıtmasını, artilleriya batareyasında xidmətini, uzun müd-
dət Nazirin sevgilisindən məktub almamasını, Belanın nəyə görə 
susmasını, kimlərin onların sevgisinə həsəd aparıb pisliyə çalış-
masını və s. kimi məqamları detalları ilə təsvir edir. D.Kubano-
vun «İki zaman» romanı çoxsaylı obrazlar qalereyası ilə zəngin-
dir. Onlar Belanın anası Nurxan, Toxtar qoca, onun qızı Kanitat, 
Belanın qardaşı Yunis, Toxtar qocanın oğlu Əhməd, Rəşid, Mər-
can, Vasya Ryabunov, Tarabukin, düşmən ordusunun komandanı 
Paulyüs və başqalarından ibarətdir. 
Nazir Batırova və onun nişanlısı Belaya həsəd aparanlar  az 
deyil. Bunlar ilk növbədə Toxtar qoca və onun qızı Kanitatdır. 
Onlara elə gəlir ki, 1937-ci ildə Kanitatın ərinin təsdirləndirilərək 
tutulmasında o vaxtlar NKVD-də işləyən Belanın qardaşı Yuni-
sin «rolu» olmuşdur. Bununla belə onlar Belanı Əhmədə nişanla-
maqla Əhmədi əsgərlikdən qurtarmağa çalışırlar. Lakin Belanın 
Nazirlə nişanlanmasından xəbər tutduqda, onlar nişanlıların xoş-
bəxtliyinə mane olmaq haqqında düşünürlər. 
Romanın ikinci kitabında Qaraçay işğal dövründə təsvir edi-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə