Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə80/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   76   77   78   79   80   81   82   83   ...   97

Qaraçay  ədəbiyyatı
249
və faktların ortaya çıxmasına da böyük səy göstərmişdir. V.A.Ne-
jinskinin apardığı bu işlərin ən mühüm cəhəti onun tarixi-tədqiqat 
xarakterli olmasında idi.
Operativ qəzet janrları müharibədə döyüşmüş qəhrəmanların 
adının  geniş  ictimaiyyətə  çatdırılmasında  böyük  rol  oynayırdı. 
Qəzetlərin  səhifələrində  müxtəlif  publisistik    janrlara  –  portret 
oçerk və xatirələrə partizan mübarizəsinin təsvirinə və xronika-
sına tez-tez rast gəlinirdi. Eyni zamanda  bu nümunələrdə itkin 
düşmüş qəhrəmanlar, onların döyüş dostları, ailələri  haqqında, 
onların şücaəti, Vətənə sədaqəti ilə bağlı məlu matlar yer almaq-
la, həm də hərbdə, müharibədə gedən hadisələri belletriza siya et-
məyə meylli olan hekayə və novellalara daha çox rast gəlinirdi.
Bu istiqamətdə vilayətdə Qaraçay dilində nəşr olunan «Lenin 
bayrağı»  («Ленинни  байрагъы»)  qəzetinin  apardığı  ictimai-si-
yasi işin də rolu qeyd olunmalıdır. Qəzetin insanlarda humanizm, 
vətənpərvərlik  və digər keyfiyyətlər for ma laş dır ması ilə yana-
şı, həm də müharibə illərində baş vermiş hadisələri yeni fakt və 
yeni qəhrə manların adları ilə bağlı axtarışlar aparması da onun 
mühüm xüsusiyyətlərindən idi. Məsələn, qəzetin «İtkin düşmüş-
dür» rubrikasında oxuculara müraciətdə deyilirdi: «Bu mühari-
bənin  epopeyası  günü-gündən  daha  yaxşı  açılır.  İnsanların  xa-
tirələri, hərbi, partizan  arxivləri, müharibə veteranlarının şəxsi 
arxivləri minlərcə qızıl zərrəciklər – cigitlərin adını, mübarizənin 
qəhrəmanlıq epizodları haqqında hekayətləri, çətin qəhrəmanlıq 
illərindəki böyük qələbə və digər  bir sıra qiymətli məlumatları 
özündə saxlamaqdadır. Redaksiya öz həmyerlilərinin xatirələrini, 
hekayətlərini – belarus partizanları ilə bağlı ehtiyatda olan pol-
kovnik V.A.Nejinski  tərəfindən  yığılmış  məlumatları,  müəllifin 
«Döyüş bayrağı altında», «Qafqazdan Berlinə qədər», «Bu müha-
ribə zamanı olmuşdur» kitablarını dərc etməyə başlayır. Redak-
siya oxuculara Belаrusiya qəhrəman-partizanlarının fəaliy yəti ilə 
əlaqədar povest yaradılması ilə bağlı da əməkdaşlıq təklif edir.


Nizami Tağısoy
250
Biz  Belarusiyada,  belаrus  xalqı  ilə  partizan  cığırlarının  çə-
tin izi ilə getmiş  həmyerlilərimiz, onların döyüş dostları  - bir 
sözlə, bu gün yaşayanların  xoşbəxt li yi  ni təmin edənlər haqqında 
doğru-düzgün məlumatlar almaq istəyirik….» (31). Eyni zaman-
da Qaraçay qəzetləri BVM-ndə şərəflə iştirak edib sağ-salamat 
Vətəninə qayıdıb əmək fəaliyyətində olanlara da xeyli yer verirdi: 
onların düşmən  gülləsindən döyüş meydanında qalanlar haqqın-
da xatirələri olduqca  zəruri və maraqlı idi.
Əlbəttə, nəzərdən keçirdiyimiz dövr Qaraçay nəsrində infor-
mativ – təsviri  belletristikadan aramlı-analitik təhkiyə manerası-
na  keçid heç də asan baş vermirdi. Böyük və zəngin ədəbiyyatla-
rın bu müstəvidə inkişafı ardıcıl və davamlı olsa da, Qaraçay nəs-
ri digər ədəbiyyatların, xüsusən rus və yaxud türk (Azərbaycan, 
özbək, qazax və s.) ədəbiyyatlarının təcrübəsinə müraciət etməli 
idi. Bu baxımdan həmin illərdə işıq üzü görmüş K.Simonovun 
«Dirilər və ölülər» trilogiyası, A.Çakovskinin «İsti qar», «Bloka-
da»,  Y.Bondarevin «Sahil» və «Seçim»,  Əbülhəsənin «Dünya 
qopur», Aybəkin «Müqəddəs qan», Ə.Nurpei so vun «Qan və tər» 
romanları da yaxşı nümunə idi. 
K.Simonovun adını çəkdiyimiz trilogiyasının birinci hissəsi 
dirilər və ölülər 1959-cu ildə, ikinci hissəsi «Əsgər doğulmurlar» 
1969-cu ildə, üçüncü «Sonuncu yay» 1971-ci ildə; A.Çakovski-
nin «İsti qar» 1965-1969-cu illərdə, «Blokada» – 1968-1974-cü 
illərdə,  Y.Bondarevin  «Sahil»i  1975-ci,  «Seçim»i  1980-ci  ildə 
oxuculara təqdim olunmuşdur. Tənqidçi L.F.Yerşov haqlı olaraq 
yazırdı ki, bu müəlliflər ümumi ilə xüsusini geniş planda uyğun-
laşdırmaqla  konkret  məişət  detallarını  təhlükəli  cəbhə  həyatına 
uğurla qoşa bilirdilər. Bu, xalq mübarizəsinin sintezini, bəşəriy-
yət tarixində misli görünməyən yadda qalan döyüş səhnələri ya-
ratmağa imkan vermişdir (12, 225).
Əgər bu kitabların estetik qayəsini müqayisə etsək, onda bu-
rada insan xarakterlərinin yaradılmasında yüksələn ustalığı, bə-


Qaraçay  ədəbiyyatı
251
dii obrazların plastikliyini görməklə, daxili monoloq  formasına, 
mürəkkəb qeyri-xüsusi vasitəsiz nitqə canatmanı, mətnaltı məna-
nın rolunun artdığını müşahidə edə bilərik.
Qaraçay ədəbiyyatında əvvəlki mərhələlərdə şəxsi, fərdi ön 
plana çəkilib, ictimai arxa plana keçirdisə, bu dövrdən daha ar-
dıcıl  olaraq  şəxsi,  fərdi  məsələlərə  münasibət  onun  konkret  ta-
rixi dövrdəki zəruriliyi ilə bağlı ortaya qoyulurdu. Əgər əvvəlki 
mərhələlərdə  vətəndaşlıq  əsas  etibarı  ilə  öz  maraqlarını  dövlət 
maraqlarına  tabe  etmək  bacarığı  idisə,  50-80-ci  illər  Qaraçay 
ədəbiyyatında  belə  ümumi  yanaşma  öz  əhəmiyyətini  getdikcə 
itirməyə başlayırdı. Qaraçay yazıçıları diqqət mərkəzinə çəkdik-
ləri  obyekti  daha  geniş  epik  planda  müxtəlif  janr  formalarında 
həyata keçirirdilər. Qaraçay ədəbiyyatında özünə status qazanmış 
povest və roman janrları ilə yanaşı, bədii xronikaya müraciət də 
yazıçılar tərəfindən tətbiq edilməyə səmt götürürdü. Ümumiyyət-
lə  götürdükdə  Qaraçay  yazıçılarının  müharibə  mövzusuna  həsr 
etdikləri  əsərləri  hadisələrin  genişliyi,  çoxplanlılığı  ilə  yanaşı, 
həm də onların realist təsviri, süjetdəki dramatizm və gərginliklə 
xarakterizə olunmaqdadır. Əsərlərdə hadisələrin harada cərəyan 
etməsindən asılı olmayaraq – cəbhədəki partizan dəstələrindəki, 
arxa cəbhədəki dövrün koloriti müəlliflər tərəfindən əsasən ger-
çəkliyin təsviri ilə ifadə olunmaqla, oçerk sənədliliyi ilə diqqəti 
cəlb  etməkdədir. 
1950-1980-ci  illər  Qaraçay  nəsrinin  janr  və  üslub  xüsusiy-
yətlərinin  örənil məsi  milli  sənətkarların  yaradıcı  təfəkkürünün 
ortaya çıxarılmasını, bu müəlliflərin estetik dünyasına daxil ol-
manı tələb edirdi. Qaraçay ədəbiyyatı regionun iqtisadi, siyasi və 
mədəni inkişafı ilə sıx əlaqədə formalaşırdı. Onun baniləri ədəbi 
ustalığa yiyələnməklə, yaradıcılıq prosesinin sirlərinə daha dərin-
dən bələd olmağa can atırdılar. Məhz onların yaratdığı ilk oçerk 
və hekayə nümunələri milli ədəbiyyatın yaradılmasında müəyyən 
rol oynamağa başladı. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə