Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə74/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   70   71   72   73   74   75   76   77   ...   97

Nizami Tağısoy
230
oçerki» kitabında D.Kubanovun «Dağlarda səs», H. Appayevin 
«Qara sandıq» əsərlərinin müxtəlif tərəfləri ilə bağlı fikirlər söy-
ləmiş, H.Appayevin romanındakı folklor örnəklərinə söykənərək 
sərgüzəştli novella elementlərindən istifadənin romantik təsvirin 
tarixi materiala üzvü şəkildə bağlanıb müvafiq ovqat yarada bildi-
yini qeyd etmişdir. A.Qarayeva D.Kubanovun «Dağlarda səs»inin 
xeyli məqamlarını H.Appayevin «Qara sandıq» romanı ilə bağlı 
müqayisələrə cəlb etməklə, həm də 50-60-cı illər Qaraçay ədə-
biyyatında müqayisəli ədəbi metoddan istifadəni – komparativis-
tikanın  mövcudluğunu ortaya qoymuş və Qaraçay bədii nəsrində 
komparativistika  müstəvisində bəzi məsələlərin öyrənilməsini də 
aktuallaşdırmışdır. Bizə gəldikdə isə burada məqsədimiz 60-cı il-
lər Qaraçay romanının ümumi mənzərəsini yaratmaq olduğundan 
problemin bu hissəsinə toxunmağa ehtiyac duymamışıq.
D.Kubanovun  «Dağlarda  səs»  romanının  problematikasını, 
süjet və obrazlar sistemini nəzərdən keçirdikdə onun tarixi-inqi-
labi mövzuya həsr olunduğunu görürük. Roman özündə  bir sıra 
sosial problemləri əks etdirdiyindən, burada məhz sosial konflik-
tin qoyuluşu da maraqlıdır. Romanın birinci hissəsi oxucuları ab-
reklərin inqilabaqədərki, ikincisi isə – Birinci Dünya Müharibəsi, 
inqilab, 1917-ci il, Petroqrad həyatı və vətəndaş müharibəsi  döv-
rlərini əks etdirir. 
D.Kubanovun «Dağlarda səs» romanı çoxplanlı və mürəkkəb 
bir əsərdir. Burada bir sıra süjet xətləri, məsələn, abrek taleyi ilə 
bağlı (Biynöqer, Badimat, İbrahim, Qanamat), varlılar (Qiyamət, 
knyazlar  Qanşaubiy  və  Elmirzə,  əfəndi  Mühəmməd  –  Emin), 
kasıb  ailələri  (Əhməd,  Həsənbəy,  Mələxan),  çar  məmurları  və 
nökərləri (Bəymirzə, Taybiy, Mazan, polislər Matay və Katuk), 
satqınlar (Cankəz və Tokal), jandarm zabiti (Reyzin), pristavlar 
(Afanas və Larin), şöbədəki adsız ataman və s. görürük.
D.Kubanovun roman janrının inkişafındakı rolundan danış-
dıqda onun Böyük Vətən Müharibəsinə həsr etdiyi «Экu заман» 


Qaraçay  ədəbiyyatı
231
(«İki zaman»)   əsərindən də söhbət açmağa  ehtiyac duyuruq. 
«İki zaman» həcm etibarı ilə üç kitab altı hissədən ibarət roman 
olmaqla,  müharibə  dövrünün  ön  cəbhə  və  arxa  cəbhədə  olmuş 
hadisələrini  çevrələyərək  bu  hadisələrin  çoxsaylı  personajların 
taleyində və mənəvi həyatında necə əks olunduğunu göstərir (21).
D.Kubanovun romanı müəyyən mənada həm də avtobioqra-
fik əsər kimi nəzərdən keçirilməlidir. Çünki müəllifin özü Böyük 
Vətən Müharibəsinin yaxından iştirakçısı olmuşdur. Bu müstəvi-
də onun hərbi bioqrafiyası romanın baş qəhrəmanı Nazir Batıro-
vun hərbi taleyi ilə üst-üstə düşür. Əsərdə müharibədə Qaraçayın 
işğalı zamanı mövcud olmuş hadisələrin bir sıra təfərrüatları ve-
rilir.  Bu  onu  göstərir  ki,  «İki  zaman»  romanın  episentrində  ta-
mamilə konkret tarixi faktlar oturmuşdur. Əlbəttə, D.Kubanovun 
romanını  digər  Qaraçay  yazıçıları  H.Boqatıryov,  M.Bayçorov, 
H.Ebzeyev, S.Laypanov və başqaları kimi müharibənin bir sıra 
məqamlarını çevrələyən oçerk, hərbi-memuar və sənədli povest, 
faktoqrafik  material  kimi  dəyərləndirmək  olmaz.  Əsərlə  yaxın-
dan tanışlıq onun sənədli müharibə nümunəsi kimi nəzərdən ke-
çirilməsinə əsas da vermir.
Bəs «İki zaman» romanının başlıca məzmunu nədən ibarət-
dir?  Romanın  birinci  kitabı  baş  qəhrəman  Nazir  Batırovu  mü-
haribə  ərəfəsində  əks  etdirir.  Oxucu  burada  onun  hərbi  məktə-
bin kursantı olub,buraxılış imtahanlarını müvəffəqiyyətlə verib, 
xidməti vəzifəsini yerinə yetirmək üçün Peremişla (kiçik şəhər) 
göndərildiyini görür. Tezliklə o, icazə alıb doğma vətəni Kislo-
vodska gəlir. Burada onu Batırovlar ailəsi ilə yaxından dostluq 
münasibətlərində olan Bela adlı gözəl bir qızla tanış edirlər. Tez-
liklə onlar bir-birinə yaxşıca isinişirlər. Eyni zamanda bu kitabda 
ordunun  alman  faşistləri  qarşısında  tablamayıb  geri  çəkilməsi, 
Nazirin xidmət etdiyi hissənin qanlı döyüşlərdə uduzması, mü-
hasirəyə düşməsi, düşmənin Qaraçayı işğal etməsi, Belanın ailə-
sinin onun Nazirlə yaxınlaşmasına mane olması və hətta Belaya 


Nizami Tağısoy
232
Nazirin məhv olması  ilə bağlı məlumat verilməsi,  bu yalanların 
müvəffəqiyyət  qazanmamasının  və  s.  oxucuya  təqdim  edilməsi 
maraq  doğurur. 
Romanın ikinci kitabında Qaraçayın işğal dövründə çətin şə-
raitdə yaşaması, insanların belə vəziyyətdə davranışları, əksəriy-
yətinin silahı əlindən qoymayıb, partizanlığa keçməklə, faşistlər-
lə fəal mübarizəyə qalxması təsvir olunur.
Əsərdə yer almış Yunus, Nurxan, Əhməd, Rəşid, Toxtar, Loğ-
man, Kanitat, Vasya Ryabunov, Rodionov, Mərcan və başqaların 
müəllifin ideyalarını bədii baxımdan doğru-düzgün yerinə yetirə 
bilən obrazlar kimi səciyyəvidir.
Romanın üçüncü kitabında D.Kubanov Cənub cəbhəsində ge-
dən proses və hadisələri əks etdirir. İkinci kitabda hadisələr 1942-
1943-cü illəri çevrələyirsə, elə bu dövrdən sonra Nazirin Perekop, 
Sevastopol, sonra Belarusiya  döyüşlərində iştirakı  qələmə alınır. 
Elə buradaca Bela və Nazirgilin ailəsinin azad olunmuş Qaraçay-
da  necə  yaşadıqlarını,  hansı  intriqalarda  bulunduğunu  görürük. 
Bu isə onu göstərir ki, romanın başlıca süjet xəttində mühüm yeri 
Nazir  və  Bela  münasibətləri  tutur.  Əsərin  kompozisiyasındakı 
ikiplanlılıq da elə burada ortaya çıxır.
D.Kubanovun  «İki  zaman»  romanının  problematikasını 
nəzərdən keçirən A.Qarayeva romandakı bütün obrazlar sistemini 
iki qrupa bölür: burada, bir tərəfdə, dinc həyat tərzi və yeni, işıqlı 
gələcək  uğrunda  mübarizə  aparanlar  (Nazir,  onun  ailəsi,  döyüş 
dostları, Bela və onun ətrafı); digər tərəfdə, onlara qarşı dayanan 
obrazlar qrupu, qəlbi alçaqlıq və düşmənçilik hissi ilə yoğrulmuş, 
tarixin təkərini geriyə döndərməyə çalışanlar,  polis administra-
siyası, Vətən satqınları (Toxtar, qızı Kanitat və başqaları) dayan-
mışlar (19).
Romanın  əksər  epizodlarının  əsas  məzmunu  qəhrəmanla-
rın  həyatını,  hadisələr  üzərində  düşüncələri  və  s.  göstərməyə 
istiqamətlənmişdir. Belə təsvir əsərə həm də müəyyən dərəcədə 
sünilik  gətirir.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə