Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə73/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   69   70   71   72   73   74   75   76   ...   97

Qaraçay  ədəbiyyatı
227
yaratmır. H.Ebzeyevin povesti sadəcə olaraq bu ənənəni inkişaf 
etdirir. Xarakteristikalar  əsərdə olduqca lakonikdir. Məsələn, Oq-
nev tank komandiri kimi xarakterzə olunur. Çətin vəziyyətlərdə 
əsərdə biz onun qətiyyətli, insanların taleyinə məsuliyyətli müna-
sibətini görürük. O, daim cəsur, enerjili olmaqla, ən çətin anlarda 
soyuqqanlılıq nümayiş etdirəndir.
Müəllifin əsərdə təqdim etdiyi bir sıra obrazlar yetərincə özəl 
və maraqlıdır. Məsələn, …Biynöqer zarafatcıl, mətin xarakterli 
və soyuqqanlıdır. Öz duzlu-məzəli zarafatları ilə dostlarının əh-
valını  gümrahlaşdırmağı,  onları  həvəsləndirməyi  bacarır.  Sanki 
Biynöger böyük rus şairi A.Tvardovskinin «Vasili Tyorkin» po-
ema-epopeyasındakı baş qəhrəman Tyorkini xatırladır. Bununla 
belə  Biynöger haqqında deyilənləri, biz  əsərin digər personaj-
ları Ostap Kiriçenko və İsmayıl haqqında söyləyə bilmərik. Bizə 
belə gəlir ki, müəllif onların fərdiləşdirilmiş obrazına lazımınca  
diqqət  yetirməmişdir.  Eyni  zamanda  söylədiklərimiz  əsərdən 
gələn müsbət ovqata da qətiyyən  mane  olmur.
Bununla belə H.Ebzeyevin «Bıçağın ağzında» povestini Qa-
raçay ədəbiyyatında Böyük Vətən Müharibəsinə  həsr olunmuş şe-
devr kimi qiymətləndirmək də  düzgün olmazdı. Eyni zamanda bu 
povest həm də Qaraçay ədəbiyyatı üçün bədii tamlığı, mükəmməl 
kompozisiyası və süjetin  ustalıqla qurulması ilə əlamətdardır.
H.Ebzeyevin adı çəkilən iki povestinin təhlili bədii yaradıcı-
lıqda uğur və uğursuzluqların səbəbləri ilə bağlı ibrətamiz nəti-
cələrə gəlməyə də xeyli dərəcədə əsas verir. Əgər «Munir» poves-
tində müəllif maraqlı özünəməxsus  materialı janrın qanunlarına 
tabe etdirə bilməməklə, mövzuya məsuliyyətsiz münasibət bəs-
ləyib, tələskənliklə ortaya qoyub uğursuzluğa düçar olmuşdursa, 
ikinci «Bıçağın ağzında» povestində  hərbi lətifə ciddi konfliktli 
bir  əsərə  çevirməklə  Qaraçay  ədəbiyyatının  iinkişafına  müsbət 
təsir göstərmişdir. 
Beləliklə,  təhlillərə  cəlb  etdiyimiz  sənədli  ədəbiyyat  nü-
munələri Qaraçay nəsrində bu janrın xeyli dərəcədə işlənildiyini,  


Nizami Tağısoy
228
burada  olan  uğur  və  uğursuzluqları  nəzərdən  keçirməyə  imkan 
vermişdir. Yazıçılardan hər biri öz istedadı, təsvirlərə cəlb etdi-
yi  obrazlar,  personajlar  və  detalların  köməyi  ilə  həyati  faktlara 
söykənən materiallara münasibəti özünəməxsus  şəkildə ifadə et-
məyə çalışmışdır. H.Boqatır yov, S.Laypanov, H.Ebzeyev Böyük 
Vətən Müharibəsinə həsr etdikləri sənədli-memuar nümunələrin-
də milli ədəbiyyatın imkanlarının rəngarəng  və zəngin olduğu-
nu təsdiqləməklə, materiala hissi-emosional münasibəti, faktlara 
müvafiq  diqqət, onları qruplaşdırma, onların altmənalarını oxu-
cuya verəbilmə bacarığının şahidi oluruq.     
4.7. 40-60-cı illər Qaraçay romanının ideya, 
mövzu və problem axtarışları
Qaraçay ədəbiyyatında roman mənbəyini əsasən İslam Xubi-
yevin «Həsənin evlənməsi» (1928), «Dağlı tarixçəsi» kimi nəsr 
əsərləri  və  Davud  Bayqulovun  «Bəymirzənin  həyatı»  (1931) 
nağıl-hekayəsi,  H.Bostanovun  “Mətbuatın  vəzifələri  və  inkişa-
fı” oçerkindən, Osman Xubiyevin «Abrek» (1936) povestindən 
götürür. 30-cu illərin ortalarında H.Appayevin işıq üzü görmüş 
«Qara sandıq» romanı  Qaraçay ədəbiyyatında bu janrın  əsasını 
qoydu və sonrakı dövrlərdə  (əsasən 50-60-cı illərdə) romanın in-
kişafı üçün bədii-estetik kursu müəyyənləşdirdi.
Bu magistraldan çıxış edərək  biz Qaraçay nəsrində roman 
janrının  təşəkkülünü  izləmək  üçün  yeri  gəldikcə  D.Kubanovun 
«Dağlarda  səs»,  M.Bayçorovun  «Böyük  Qaraçayda»,  H.Bayra-
mukovanın «Dan ulduzu», O.Xubiyevin   «Əmanət» və digərlə-
rinin əsərlərini təhlillərə cəlb etməklə onların yaradıcılığının bu 
janrın formalaşmasında necə böyük rolu olduğunu vurğulamağa 
çalışacağıq.  Qaraçay  müəlliflərinin  roman  janrında  qələmə  al-
dıqları əsərlərdən hər birinin  xalqın etnik-milli şüurunun inkişa-


Qaraçay  ədəbiyyatı
229
fında böyük xidmətləri vardır. Əlbəttə, xalq taleyi və etnik-milli  
şüur məsələsi ilk dəfə olaraq geniş və dərinləşdirilmiş müstəvidə 
H.Appayevin  «Qara  sandıq»  romanında  əksini  tapmış,  sonrakı 
50-60-cı  illər  nəsrində  xüsusi  olaraq  geniş  planda  işlənilməyə 
başlanmışdır.  Bir  məsələni  də  qeyd  edək  ki,  bu  əsər  məzmun, 
ideya orijinallığına, obrazlar qalereyasının  rəngarəngliyinə görə 
maraqlı nümunə olsa da, o vaxt sona çatdırılmamış qalmışdı. La-
kin sonralar Qaraçay nasirlərinin yeni nəsli, məsələn, D.Kubanov 
özünün «Dağlarda səs»və H.Appayev «Qara sandıq» romanıyla 
süjet etibarı ilə səsləşən möhtəşəm bir roman ortaya qoya bilmiş-
dir (18, 212).
XX əsrin 60-cı illəri Qaraçay ədəbiyyatında yeni mərhələdir. 
Çünki  O.Xubiyevin  «Əmanət»,  D.Kubanovun  «Dağlarda  səs», 
M.Bayço rovun  «Böyük  Qaraçayda»,  H.Bayramukovanın  «Dan 
ulduzu» və başqalarının əzəmzətli romanları məhz bu dövrdə nəşr 
olunmuşdur. Sosial mahiyyət və epik məzmunla doldurulmuş bu 
əsərlərdə müəlliflər Qaraçay tarixini, maraqlı obrazlar və təbiət 
təsvirləri ilə zəngin olan lövhələri göz önünə gətirməklə, həm də 
həmin illər üçün xarakterik olan inqilabi olaylara və qaraçaylıla-
rın ruslarla dostluğuna kifayət qədər yer ayırmışlar.
Ümumiyyətlə, Qaraçay nəzəri-tənqidi fikrində bu ədəbiyyat-
da  roman  janrının  təşəkkülü,  formalaşması  və  inkişafı  ilə  bağlı 
A.L.Qarayeva,  S.Akaçiyeva,  N.M.Kaqiyeva  və  başqaları  kifayət 
qədər  mülahizələr  söyləmişlər.  Onlardan  S.Akaçiyeva  «Qaraçay 
romanı. Janrın  təşəkkülü və inkişafı» adlı sanballı monoqrafiya-
sında üç müxtəlif («Qaraçay nəsrinin yaranması və inkişafı tarixin-
dən», «Qaraçay romanının tarixi məsələləri və tipologiyası», «Qa-
raçay romanın poetikası») fəsillərdə bu ədəbiyyatda roman janrının 
özəl  xüsusiyyət lərinə,  onun  digər  xalqların  ədəbiyyatından  olan 
eyni janrla səsləşməsinə  nəzər salır, bir sıra köklü məsələlərlə bağlı 
mülahizələr bildirməklə, obyektiv nəticələrə gəlmişdir (1). 
Qeyd edək ki, S.Akaçiyevaya qədər tanınmış Qaraçay ədə-
biyyatşünası  A.Qarayeva  özünün  «Qaraçay  ədəbiyyatı  tarixi 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə