199
surluq və dəyanət mühüm yer tutur. “Şairliyin özülü” (1980), “Mən
uçuram” (1980), “Sükan dalındayam” (1980), “Təbrizli Şəhriyar
yazır” (1980), “Dəmirləşən dözüm” (1982), “Qorx, qorxma”
(1982), “Min bir dərdin dərmanı” (1982), “Müşfiqdənmi artığam,
ya Şandor Petefidən?” (1982), “Mayakovski ilə söhbət” (1982),
“Sən inanma məddahlara” (1986) və başqa şeirlərində şair “ömrün
hər qırpımında çiyni uca, mərd yaşamağı” tövsiyə edir. Onun
nəzərində bütün mənəvi keyfiyyətlərin mənbəyi yenə Vətəndir,
vətənpərvərlikdir:
Kimdir bizə qanad verən? Məgər yalnız bədənimiz?
Könül adlı qalamız var. Könül - ilkin Vətənimiz.
Şair həyatın məkrlərinə, mənəviyyatsızlıqlarına qarşı yalnız
işığı gətirir:
Sənin qoynunda bunca bataqlıq,
Bu qədər bataqlıq sakinləri var.
Bəs niyə gözümdə işıqsan, işıq
Ey dağ bulağı tək saf, büllur diyar?!
(“Təbrizli Şəhriyar yazır”) Çətin yol götürüb getmək, mənəvi
dözüm və dəyanət Xəlil Rza Ulutürk humanizminin,
vətənpərvərliyinin mayası, cövhəridir. Bu dözüm və dəyanət şairə -
qəhrəmana gənclikdən, dənizlərdən, çinarlardan, Savalandan,
Çənlibeldən, təbiətdən gəlir (“Gənclik şəklin və bu günkü özün”,
1982).
Xəlil Rza Ulutürk 60-cı illərin şeirlərində olan ənənəni, real-
psixoloji zəmində ifadə olunan poetik ruhu humanist dəyərləri 80-
ci illərdə daha dərindən, daha təsirli poetik axtarışlarla, tapıntılarla
əks etdirmişdir. Şairin humanist görüşlərinə görə şəxsiyyətlər
tarixi-milli yaddaşı mənəvi işıq və miras kimi yaşadırlar (“Kimsə
tutub gəlir işığımızı”, 1982). Bu məqamda da X.R.Ulutürk xalq
taleyini, milli idealı unutmur:
200
Haray! İşıqlarım min kəndə düşsün,
Kərkükə, Təbrizə, Dərbəndə düşsün.
(Kimsə tutub gəlir işığımızı”)
X.R.Ulutürk humanist görüşlərində əvvəlcə adi həyat faktını,
hadisə və əhvalatı götürür, onu əyaniləşdirir, sonra ona münasibət
əsasında hökm çıxarır. Əxlaq və didaktika belə əsərlərin ideya-
məzmununda dayanır. “Qəflət məsələsi”, “Sənə demədimmi?”,
“Şirvan qoruğunda ceyran” şeirlərində də belədir:
Kiçik bir zədədən yıxılır palıd,
Bir gilə zəhərlə pəhləvan ölür.
Bir ovuc qum ilə sönür yanar od,
Xırda bir fitnədən bulanır könül.
(“Sənə demədimmi?”)
X.R.Ulutürkün vətənpərvərliyində xəlqilik təbliği səciyyə
daşımır, o, mövcudluq, mahiyyət kimi alınır, dərk olunur; ona
xitabən mətləblər, məramlar, diləklər dilə gəlir:
Dağıtdı dağları zərbəmin yönü,
Kəşf etdim xalqımın böyüklüyünü.
İndi növbət onun - tapar o günü;
Kəşf edər oğlunun böyüklüyünü!
(“Mənlik”)
Nə qum zərrəsiyəm, nə şeh qətrəsi,
Dibsiz ümmanların tufan səsiyəm.
Coğrafi sərhədlər qoy öyünməsin,
Təbrizin, Bakının söz süfrəsiyəm.
Belə olanda şair ölçünü, lirik intonasiyanı aşır, patetik
intonasiyaya keçir; lirik qəhrəman içindən böyüməyində, milli
xarakterə doğru yol almağında davam edir. Lirik qəhrəmandan
milli xarakterə doğru inkişafın kökləri də 80-ci illərin əsərlərində
görünür:
Bir də baxıb görürsən boğazına dolandı,
Tutuquşu adamlar gürzədən qorxuludur.
Tutuquşu qəndə bənd. Bu, nəfsinin quludur.
201
Gödəninin quludur.
Özüboyda, nataraz sitatların quludur.
Damarlarında axan kişi qanı deyil, yox,
köləlik məhluludur.
Əsfələsafilinə layiqlərin quludur
Söyləyimmi adını? Adı batsın batmışın!
Qıymıram tarix bilsin, hansı baltanın sapı,
qolçomağın qoludur.
(“Tutuquşu”)
X.R.Ulutürk mücərrəd söz demir, həyatın ciddi həqiqətlərindən
danışır. Danışır ki, humanizmdən dəm vuran alim, ziyalı ona daim
köməkçi olan, yazılarını səliqəyə salan, ona kömək edən kiçik elmi
işçilərin belə haqqını vermir, lakin həm də humanizmdən mühazirə
deməyə gedir. Danışır ki, qəzetdə məqaləsi çıxan dilçi öz
vətənpərvərliyindən məmnundur. Lakin “öz balası həsrətdir
Azərbaycan dilinə”. Dilçi alim Füzulidən, Vaqifdən, Sabirdən söz
açır, lakin “öz balası tanımır Füzulini, Vaqifi”. Belələrinin
şöhrətinə toxunsan, səni əqrəb kimi çalar” (“Riyakar”, 1980). Şair
buqələmunları, obivatelləri - antipodları bəzən lirik təhkiyədə,
bəzən isə geniş publisistika imkanları əsasənda təqdim edir
(“Ehkamçılara qarşı”, 1980).
Xəlil Rza Ulutürkün milli özünüdərkində İnsanın fəal həyat
mövqeyinə, xüsusi poetik diqqət vardır. Xüsusilə, bu fəallıq
mənfiliklərlə üz-üzə gələndə yenini göstərmək meyllərində,
özünütəsdiqdə, haqsızlıqla, ədalətsizliklə qarşılaşmada geniş
nəzərə çarpır. Xəlil Rza Ulutürkün fəallığı sadəcə fərdi fəallıq yox,
ictimai fəallıqdır. Buna görə də onun poeziyası sərtliyi, kəskinliyi
ilə seçilmişdir. Belə bədii keyfiyyət özünü yaradıcılığının ilk
illərindən hiss etdirsə də, 60-80-ci illərdə poetik kəsər kəsb
etmişdir. Şübhəsiz ki, belə ictimai fəallıq yalnız X.R.Ulutürkə xas
ideya-bədii keyfiyyət deyildi. Bu, İkinci Dünya müharibəsindən
sonra bədii ədəbiyyatda görünən xarakterik