186
XX əsrdə
qovuşurkən insanlıq
hər arzuya, mətləbə,
Nəsimisi dünyaya
sığışmayan milləti
Kimlərdi həsrət qoyan
barı dördcə sinifli
ana dilli məktəbə?!
Yad məktəbə verilir
umudumun qalası –
O qaraqaş, qaragöz
Azərbaycan balası...
( “Xiyabani yurdunda”)
Lirik qəhrəman yalnız milli həyatın yaramazlıqlarına qarşı
deyil, o, ümumən bəşəriyyəti narahat edən mətləblər haqqında
düşünür, Afrika, Asiya və Avropanın müstəmləkəçilik həyatından
ciddi narahat olur:
Məngənədə sıxılır
neçə yurd, neçə ölkə,
Əlli milyonluq bəşər
həlolik müstəmləkə.
Bu kor, bu kar, bu çopur,
eybəcər müstəmləkə
Bütün ərz üçün ləkə,
bütün əsr üçün ləkə.
Qırdı qandallarını
qara pələng - Afrika.
Fəqət didir bağrını
hələ nifaq, təfriqə.
(“Mən bu gecə oyağam”)
Şair yazır: “İmperializm can verir, dağılır. Son çağlaradək siyasi
meydanda izi-tozu da qalmayan kiçik millətlər milli istiqlal qazanır!
Ümumbəşəri tarixi hadisələrdə daha qızğm iştirak etməyə başlayırlar. Bu
işdə ölkəmizin maddi və mənəvi yardımı başlıca rol oynayır. Digər tə-
187
rəfdən ölkəmizin içərisində gedən öncül proseslər, onların dərin
fəlsəfi mənası sənətimizdə fəlsəfi dərinliyin güclənməsinə, həyata
dialektik baxışın artmasına yol açır. Bir sözlə, sənət və həyat
problemi mürəkkəb, çalpaşıq, ciddi bədii axtarışlar tələb edir.
Dövrün mahiyyətini bədii biçimdə dərk etmək və tərənnüm etmək
üçün artıq üzəvari biliklə yetinmək olmaz. Burada güclü analitik
təfəkkür ilə bədii ehtiras, fəlsəfi genişlik ilə poetik konkretlik
birləşməlidir” (Şairin arxivindən. Xəlil Rza Od. Bakı, 9 noyabr
1971) [290].
X.R.Ulutürkün ictimai etirazları əsərlərindəki lirik-publisistik
təhkiyədə, kainat, dünya, ölkə, milli heyat, insanın daxili aləminin
psixoloji-mənəvi təhlilində üzə çıxır (“İrəli”, “Qorxu”, “Tikan”,
“Səməndər quşu kimi”, “Ata borcu”, “Hava kimi, su kimi”, “And
içirəm”, “Xiyabani yurdunda” və başqaları).
60-cı iliərin axırları 70-ci illərin əvvəllərindən başlayaraq Xəlil
Rza yaradıcılığında fəlsəfi-etik məzmun konkret şəkil almağa
başlamış, vaxt keçdikcə güclənmişdir. Fəlsəfi düşüncələr
mücərrəd, xəyali deyil, həyati zəminə, realizmə əsaslanmışdır.
Şairə görə ruhun fəlsəfəsi belədir ki, o, insam kamala dolmağa,
özünüdərkə çağırır. İnsanın böyüklüyü, ululuğu, imrəliyi də lirik
qəhrəmanın fikirlərində, təxəyyülündə yer tutur:
Burax, bu fəlsəfə səni sıxmasın!
Görünür, tükənir cismin növbəsi.
Təki bu dünyada əldən çıxmasın
Ruhun, təfəkkürün çiçəklənməsi!
(“İki fəslin ayrıcında”)
Xəlil Rzanın lirik qəhrəmanı islam ehkamlarından,
doqmalardan fərqli olaraq, səbrşükranlıqla deyil, mübarizə fəlsəfəsi
ilə yaşayır. O özündə Yunus Əmrə ömrü, Mərifət və Həqiqət elmi
yaşadır:
188
Yazıq qalacaqsan həyatın boyu,
Rütbə qoltuğuna qısılan qorxaq!
Çün mərifət meyi, dirilik suyu,
Cəsurluq kişiyə verilir ancaq.
(“Sükan dalındayam”)
X.R.Ulutürkün fikir dünyasında mey Xəyyam fəlsəfəsində
olduğu kimidir: yəni mey dünyanı, Allahı, ideal başlanğıcı dərk
etmək vasitəsidir, rəmzdir, işarədir. Bu, dünyaya aludə olanlar
üçün ruhi qida deyil, xıltdır: Dünyanı dördəlli qamarlayanlar Bir
gün ayılsa da, gec anlayacaq: Taleyin onlara tulladığı pay Mey
deyil, bulaşıq xılt imiş ancaq!
(“Sükan dalındayam”)
İnsan fəlsəfəsində fikir və qəib azadlığı milli azadlığa gedilən
yol, mənəvi-ruhi təkandır (“Sükan arxasında”, “Ömrüm”):
Fikir azadlığı, qəlb azadlığı
Olmayan anlarmı səadət nədir?
Mən içdim günəşi səma camında,
Tamarzı qəlblərdən qara qan gedir.
(“Sükan arxasında”)
Birincilər şeirində Füzuli, Üzeyir milli yaddaşın, mənəviyyatın
mənbəyi kimi təqdim olunur: muğamla hikmət, fəlsəfə çulğaşır,
İnsanın həyat eşqini artırır:
Axşam dinləyən zaman muğamat əsrarını,
Mən dumanlar içində seyrə daldım onları –
Füzuli sətri kimi, Üzeyir xətti kimi
Dərinliyə kök atmış ömürlük sütunları.
(“Birincilər”)
İctimai-fəlsəfi, etik-estetik düşüncələrin ifadəsi baxımından
“İgidlər, dahilər” şeiri xarakterikdir. B.Vahabzadə yazmışdır:
“Qəhrəmanların və yaradıcı idrak sahiblərinin ölümdən güclü
olması ideyası bu şeirdə çox sərrast ifadəsini tapmışdır:
189
Dahilər torpağa Ölü kimi yox,
Bəlkə basdırılır xəzinə kimi.
Şeirin hər bəndi bu fikri genişləndirir, dərinləşdirir:
Qədim Şıx düzündə ayaq saxla, dur,
Ölməz sənətkarı yada sal bir an
Ölüm elə bil ki, qurd oğlu qurddur.
Qorxur dahilərin göz işığından!
Dahilər dünyaya idrak işığı saçır, bu işıq qurd təbiətliləri
qorxudur. Şeirdə həll edilən ikinci məsələ böyük şəxsiyyətlərin
Vətən ləyaqətini təmsil etməsidir. Tariximizdə VII əsr Babəkin,
XII əsr Xaqani və Nizami, XIV əsr Nəsiminin adı ilə
şöhrətlənməyibmi?
Nəsimi alnında qanlı bir qürur
Baxır kainata öz dan yerindən.
On dördüncü əsr yıxılır, durur,
Tutur o ustadın ətəklərindən.
Bu, böyük bədii ümumiləşdirmədir, yüksək poeziyadır, əsl şeir
örnəyidir” [310, s.4-5].
“İgidlər, dahilər” S.Vurğunun “Unudulmuş tək məzar” şeiri
ruhundadır. Xəlil Rza qəbiristanı seyrə dalmışdır. Şairin fəlsəfi-
əxlaqi düşüncələri hərəkətə gəlmişdir. Sənətkar ölümsüzlüyün,
əbədiyyətin yolları haqqında düşünür:
Gedən yer üzünə bir daha gəlmir.
Həyatdan hamını qoparır ölüm.
Yalnız dahilərə toxuna bilmir.
Yalnız igidlərə toxuna bilmir!
Şair varlığı adi olmaqdan qorxur. Çünki adilikdə ölüm var,
həyat yoxdur. Şair mənalandırır ki, hər bir vəhdətdə əkslik var, işıq
qaranlığa, xeyir şərə, yaxşı pisə qarşı mübarizədədir. Dahilər işığın,
cırlar və xəbislər qaranlığın timsalıdır. İşığın güclənməsi qaranlığın
yığılması, çəkilməsidir. Buna görə də:
Olüm elə bil ki, qurd oğlu qurddur,
Qorxur dahiiərin göz işığından, - deyir.
Dostları ilə paylaş: |