Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

85 
 
qaraciyərin qalan hissəsində baş verə biləcək zədələnmələr nəzərdə tutulmuş olsun. 
Bioloji  göstəricilərin  məqbul  tarazlıq  səviyyəsində  saxlanılmasına  yönəldilən 
tədbirlərdən  əlavə  hepatektomiya  keçirmiş  xəstənin  əməliyyatdan  sonrakı 
müalicəsində bəzi vacib faktorları da nəzərə almaq qaçılmazdır: 
-
 
Qaraciyər rezeksiyasından sonra antibiotiklərin istifadəsi mütləqdir. əməliyyat 
texnikası  nə  qədər  diqqətlə  tənzimlənsə  də  qaraciyərin  çox  və  ya  az  həyat 
qabiliyyətini  itirmiş  hissəsi  qalmış  olur,  bu  da  nekroz  və  ikincili  infeksiya  ilə 
təhlükə  törədir.  Belə  təsəvvür  edilir  ki,  antibiotiklər  antibakterial  təsirləri  ilə 
yanaşı, nekroz törədən fermentləri neytrallaşdırmaq qabiliyyətinə də malikdir; 
-
 
Hemihepatektomiyadan  sonra  morfin  və  onun  törəmələrinin  qəbulu  əks 
göstərişdir,  o  səbəbə  görə  ki,  onun  özünün  Oddi  sfinkterinə  spastik  effekti 
nəticəsində öd yollarında təzyiqin qalxması baş verir, öd durğunluğu və  fistula 
əmələ gəlmə riski artır. Ancaq, analgetik preparatlardan istifadə olunur ki, Oddi 
sfinkterinin spazmı törənməmiş olsun. Ancaq morfin tətbiq edilə bilməz. 
-
 
Qaraciyərin  rezeksiyası,  xüsusən  geniş  həcmli  olduqdan  sonra  xəstələr 
mümkün  qədər  tez  qaraciyərin  regenerasiyası  üçün  zülalla,  karbohidratla 
habelə yağlar ilə az qidalanma rejiminə keçməlidirlər. Pəhriz lazımı miqdarda 
vitaminlərlə zəngin bol olmalıdır; 
-
 
Əməliyyatdan  sonra  ağır  gedişli,  bəzi  xəstələri  kortizonun  qəbulu  ilə  xilas 
etmək  mümkün  olur.  Kortizon  qaraciyər  koması  təhlükəli  olan  xəstələrə 
göstərişdir.  
Əməliyyatdan sonrakı ağırlaĢmalar  
 
  Ikincili  hemorragiya  və  xolerragiya  (öd  axması)  drenaj  borudan  xaricə 
axması ilə aşkar olunur. Psevdokapillyar tipli qanaxma və xolangitlər səbəbindən 
ödün  axması  az  miqdarda  olduqda,  1-2  gün  davam  edir  və  müdaxiləsiz  dayanır. 
Demək  olar  ki,  bütün  xəstələrdə  drenaj  boru  vasitəsi  ilə  az  miqdarda  qan  və  öd 
itirilir.  Qan  və  ödün  çox  miqdarda  xaric  olması  zamanı  bağlanmamış  və  ya 
sonradan  güdüldən  sürüşüb  düşmüş  liqaturanı  iri  damar  və  öd  axarlarında  bərpa 
etmək üçün təkrari əməliyyat aparmaq lazımdır. 


86 
 
  ġok  vəziyyəti.  Əməliyyat  zamanı  şok  vəziyyətinin    baş  verməsinin  ümumi 
səbəblərindən  başqa,  belə  nəzərə  çarpır,  qaraciyər  rezeksiyası  keçirmiş  xəstələrdə 
onun  xüsusi  səbəbi  vardır.  Belə  xəstələrdə  az  və  ya  çox  ciddi  hipotoniya, 
sinusoidlərin  vazokonstriksiyası,  çox  güman  ki,  bu  səbəbdən  və  qaraciyərə  gələn 
qanın miqdarının aşağı düşməsi və bunun nəticəsində isə qara ciyər hüceyrələrində 
hipoksiya yer alır və şok vəziyyəti bəzən geri qayıtmaz xarakterə keçir.  
Belə  şok  vəziyyətinin  qlükoza  məhlulu,  hidrokortizon,  simpatikomimetik 
preparlar, B və C vitaminləri köçürməklə qarşısını almaq olar. 
Sarılıq  müxtəlif  səbəblər  üzündən  baş  verə  bilər.  Geniş  hepatektorezeksiya 
sonra  qapı  venasının  həddindən  artıq  miqdarda  qanla  yüklənən,  nəzərə  çarpacaq 
dərəcədə  kiçilmiş  qaraciyərdən  keçən  qaraciyərdaxili  şaxələri  qonşu  öd  yollarının 
şaxələrini  sıxaraq  ―temporal‖  qaraciyərdaxili  öd  durğunluğu  yaradır.  Qalan  qara 
ciyər tezliklə qan dövranının yeni şəraitinə uyğunlaşır və sarılıq yox olur. 
Ağır gedişli sarılıq qara ciyərin geniş nekrozu, qara ciyərin hissəsinin qalmış 
damar  və  öd  yollarının  geniş  liqaturaları  və  ya  qara  ciyər  venalarının  trombozu 
səbəbindən baş verir. Qara ciyər venalarının trombozundan qaçmaq olar, əgər idarə 
oluna  bilən  rezeksiyanın  gedişində  bu  venalara  zədə  yetirilməyibsə  və  onlar  yara 
səthində bağlanmamış qalmırlarsa. Sağ və sol tərəfli hepatektomiya icra olunarkən 
qaraciyər  elə  kəsilməlidir  ki,  daxili  vena  nazik  qara  ciyər  toxuması  ilə  örtülü 
qalsın. 
Qara ciyər koması ağır formalı sarılığın inkişafının sonunda baş verir. Bəzən 
onun  səbəbi  qalan  qaraciyər  toxumasında  əməliyyatdan  əvvəl  çox  və  ya  az 
fəaliyyət çatmazlığının inkişaf edərək dərinləşməsi hesabına olur. 
Proqressiv  inkişaf  edən  qara  ciyər  –  böyrək  çatmazlığı  adətən  əməliyyatdan 
10-11 gün sonra xəstənin ölümü ilə qurtarır. Uremik komanın meydana çıxmasına 
qədər  klinik  mənzərə  ürəkbulanma,  qusma,  dərialtına  qansızmalar  və  ―digestiv‖ 
qanaxmalarla  xarakterizə  olunur.  Müalicə  məqsədi  ilə  hidrokortizon,  vit  E, 
qaraciyər ekstraktı və s.məsləhət görülür. 
Qapı venasının trombozu qarın divarının dartılması, assit və splenomeqaliya 
ilə  seçilir.  Müalicənin  müsbət  nəticə  verməsi  üçün  şans  qalmır  bu  əlamətlər  artıq 


87 
 
gecikmiş  olur.  Əməliyyatdan  sonra  ortaya  çıxan  hipertermiyanın  ilk  əlamətləri 
heparinin, tərəddüd etmədən, inyeksiyası başlanmalıdır. 
Septiki  ağırlaĢmalar.  Toxumada  kəsiyin  səmti  tərəfdə  liqatura  sırası 
boyunca,  onlardan  bu  və  digər,  parenxima  istiqamətində  nekrozu  zonası  əmələ 
gəlir.  Əgər  drenləşdirmə  yetərincə  aparılmamışsa  və  buna  əlavə  olaraq 
infeksiyanın antibiotiklərlə müalicəsi lazımı səviyyədə deyilsə, qaraciyər yatağında 
abses və uzunmüddətli irinləmə baş verir. 
Öd  fistulası.  Kəsik  səthində  açıq  qalmış,  iri  olmayan  qaraciyərdaxili  öd 
yolları əməliyyatdan bir neçə gün sonra öz-özünə (spontan) bağlanır. Bəzən ödün 
drenaj  boru  ilə  axması  davam  edir,  xəstə  xarici  öd  fistulası  ilə  qalır.  Çətinliklə 
bağlanan  və  çoxlu  miqdarda  öd  xaric  olunan  fistula  adətən  iri  öd  axarından 
liqaturanın sürüşməsi nəticəsində baş verir. Adətən Oddi sfinkteri səviyyəsində baş 
verən  mexaniki  və  ya  dinamiki  maneə  nəticəsində  daxili  və  xarici  öd  yollarında 
təzyiqin  yüksəlməsi  hepatektomiyadan  sonra  öd  fistullarının  yaranmasına  səbəb 
olur. Buna görə də geniş rezeksiyalardan sonra xoledoxun Ker borusu ilə sistemli 
olaraq  drenləşdirilməsi  vacib  sayılır.  Drenajın  vacibliyi  qaraciyərxarici  öd 
yollarında, öd manometriyası və ya xolangioqrafiyanın göstəriciləri ilə təstiqlənən 
maneənin  olmasından  irəli  gəlir.  Bu  maneələri  aradan  qaldırmaq  lazımdır 
(vəziyyətdən asılı olaraq xoledoxotomiya, papillosfinkterotomiya).  
 
Kiçik invaziv əməliyyatlardan sonrakı ağırlaĢmalar. 
        Endoskopik əməliyyatlardan sonrakı ağırlaĢmalar. 
Fibroendoskopun  klinik  praktikaya  tətbiqi  nəinki  mədə-bağırsaq  kanalının 
xəstəliklərinin  diaqnostikasını  əhəmiyyətli  dərəcədə  yaxşılaşdırmağa  imkan  verdi, 
həmçinin  yeni  müalicə  üsullarının  tətbiq  edilməsinə  də  şərait  yaratdı.  Operativ 
endoskopiya  zamanı  xüsusi  əhəmiyyət  kəsb  edəni  yemək  borusu  mədə, 
onikibarmaq bağırsaq, nazik və yoğun bağırsaqlardan son zamanlar geniş yayılmış 
xoşxassəli şişlərin xaric edilməsidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə