79
məsələn, bərkləşmiş sirroz tutmaları, xolestatik fazada virus hepatiti və ya alkoqol
hepatitində səhvən aparılan laparotomiyadan sonra baş verə bilər. Ola bilsin ki,
çatmamazlıq ilkin qara ciyər xəstəliyi, məsələn, sirrozun xolelitiazla kombinə
olunmuş variantında rast gəlinsin. Həmişə həlledici faktor qara ciyərin
əməliyyatdan öncə məruz qaldığı zədələnmələri olur, əməliyyat öz-özlüyündə
çatmazlığı sürətləndirir.
Xüsusi forması qaraciyərin kəskin nekrozudur; bu qaraciyər arteriyası və ya
onun şaxələrinə qoyulan liqaturadan sonra rast gəlir. O, xəstəni əməliyyatdan
bilavasitə sonra sonra təhlükəyə salır, həkimin sayığlığı zəif olduqda bir neçə
gündən sonra ölümlə qurtara bilər.
Qaraciyərin təhlükəli çatmazlığının əlamətləri - yuxunun pozulması və
huşun dəyişməsi, məsələn, uyğun olmayan eyforiya, ətrafa oriyentasiyanın
itirilməsi və ya aqressivlikdir. Xəstənin baxışları dikilmiş və kütləşmiş, nitqi aydın
olmayan, özünün isə habitusu nəzərə çarpan ―hepatik‖ vəziyyəti alır, əsmələr
əmələ gəlir, əllər həyacanla hərəkətlənir. Vacib əlamətlər isə sarılığın kəskin
artması, hərarətin yüksəlməsi güclü qanaxma, sayılır. Xəstə, hərəkətsiz, yuxulu
olur və tədricən dərin huşsuzluğa - komaya düşür. Laborator müayinələr
leykositozdan əlavə protrombin kompleksinin intensivliyinin davamlı şəkildə
düşməsi, qanda albuminin azalması və azotun artmasını göstərir. Bir çox hallarda
yanaşı böyrək çatmazlığı inkişaf edir (hepatorenal sindrom).
Profilaktika: etiologiyasına uyğun təyin edilir.
Müalicə: spesifik deyildir, onun səmərəliliyi müəmmalıdır. Ancaq müalicəni
israrlı şəkildə aparmaq lazımdır, çünki xəstə sağ qala da bilər. Müalicənin əsas
prinsipi vena daxili qlükoza, əsasən vitaminlər verilməsidir. Pəhrizdən zülalın
çıxarılması, imalə yolu ilə azotlu maddələrin bağırsaqlardan sorulmasının qarşısını
almağa yönəldilmiş tədbirlər görülür. İonlu hemostazə üstünlük vermək, qanın
laxtalanma sistemindəki pozğunluqları bərpa etmək və təzə qanın köçürülməsi ilə
qanın göstəricilərinin yaxşılaşdırılması vacibdir. Geniş spektrə malik
antibiotikoterapiya, bir qayda olaraq, həm də qlükokortikoidlər təyin edilir.
80
Membranlı plazmoferez, qanın ultrabənövşəyi və infraqırmızı şüalarla
zənginləşdirilməsi həyata keçirilir.
Böyrək çatmazlığı.
Əməliyyatdan sonra böyrəklərin fəaliyyətinin pozulması yalnız əməliyyatönü
mövcud olan nefropatiyalı deyil, həm də böyrəkləri sağlam olan xəstələrdə də
mümkndür. Böyrək çatmazlığı, ən çox, sarılığı həddən artıq inkişaf etmiş və
xoledoxoduodenal sahədə əməliyyat keçirmiş xəstələri xüsusi olaraq təhlükə altına
alır. Çatmazlığın mexanizmi bu günədək tam aydın deyil. Adətən, o böyrəkdən
kənar mənbəədən qaynaqlanır və əməliyyat yükü nəticəsində böyrək qan
dövranının fəaliyyətinin aşağı düşməsi ilə əlaqələndirilir. Əhəmiyyətli sayılan
pozulmalar dövr edən qanın həcminin aşağı düşməsidir. Müxtəlif arzuolunmaz
amillərin toplusundan əlavə bu patologiyaya infeksiyanın aktivləşməsi, o çümlədən
bağırsaq patogen bakteriyalarının endotoksinlərinin təsiri öz töhfəsini verir.
Kompensasiya
mexanizmi
əvvəlcədən məhdudlaşan böyrəklərin xroniki
xəstəliklərində oluqouriya və hipoksiya xüsusən təhlükəlidir.
Əməliyyatdan sonrakı birinci gün ifraz olunan sidiyin miqdarı həmişə çox
olmur, böyrəklərlə çıxarılan natriumun miqdarı azalır. Əgər zərərli maddələrin
təsiri aradan qaldırılmasa və vəziyyət tarazlaşdırılmasa (düzəldilməsə), bu zaman,
baxmayaraq ki, diurez hələ də kafi vəziyyətdə qalır, sidik cövhərinin
konsentrasiyası sürətlə arta bilər. Böyrəklərin öz fəaliyyətinin azalmasının
təhlükəli (SOS) əlamətləri: oliqouriya, sidik cövhəri və kreatinin qanda yüksəlməsi
(artması), natrimun sidiklə xaric olması və osmolyarlılığının pozulmasıdır.
Belə statusun proqnozu xoşagələn deyildir. Profilaktikadan əlavə və
əməliyyatdan sonrakı pozğunluqların bərpası məqsədi ilə müasir dövrdə
hemodializ və ya plazmoferezdən istifadə olunur.
Profilaktika: Əməliyyatdan əvvəl və əməliyyatın ilk günləri diurezi normada
saxlamaq üçün Mannitol, Paresol Nefro,
Nexramin
vena daxili yeritmək.
81
Öd yollarında ləngimiĢ (qalmıĢ) daĢlar.
Öd yollarında qalmış daşlar nisbətən tez-tez baş verən ağırlaşmalara aiddir.
Bəzən onun ağırlaşmalar şəklində özlərini göstərmirlər, nə qədər ki, heç bir
pozğunluqla bağlı deyil və könüllü olaraq saxlanıldıqda həqiqi uğursuzluğa
əməliyyat yüngül şəkildə aparılması məqsədi ilə aid olunur.
Ancaq tək-tək hallarda cərrah əməliyyat vaxtı daşın qalmasını bilir və ya
onlar haqqında şübhələnir. Hər şeydən əvvəl onları, əgər xəstədə drenaj
saxlanılıbsa və ya sonradan xəstə şikayətləri bəyan edirsə, əməliyyatdan sonrakı
xolangioqrafiya üzə çıxarır.
Öd daşı xəstəliyinə görə aparılan əməliyyatlardan sonra öd yollarında qalmış
daşların rast gəlmə tezliyi 2-10%-dir. Sistematik şəkildə əməliyyat
xolangioqrafiyasından istifadə edildikdə öd yollarında qalmış daşların xeyli hissəsi
aşkarlanır və yalnız 3%-ə qədər hallarda digər hissəsi öz mövqeyini saxlamış olur.
Cərrahların aşkar edə bilmədikləri və ya çıxarmağa müvəffəq olmadıqlar
―qalmış‖ daşlardan əlavə, yenidən əmələ gələnləri də ola bilər və onları həmişə
aydın şəkildə fərqləndirmək olar. Qalmış daşların tərkibində adətən xolesterinin
miqdarı yüksək olur, bir çox hallarda çoxbucaqlı forma alır, ən başlıcası da odur ki,
onlar əvvəlki əməliyyar zamanı xaric edilmiş daşlara oxşayırlar. Yeni daşlar bir
müddət sonra əmələ gəlir, xüsusən öd axmasının ləngiməsi hallarında formalaşır
və bu ağırlaşma uzaq dövrə aiddir.
Axacaqlarda ya heç müayinə olunmadığı və ya müayinə yetirincə
aparılmadığı hallarda daşlar nəzərə çarpmadan qalmış olur.
Öd yollarının müayinəsinə göstərişlər bəzən çox məhdudlaşdırılır və bir çox
cərrahlar əməliyyat xolangioqrafiyasından yetərincə istifadə edə bilmirlər,
baxmayaraq ki, o xüsusən, zondlama və ya xoledoxoskopiya ilə birgə tətbiq
edildikdə qalmış daşların rast gəlmə tezliyini nəzərə çarpacaq şəkildə azaltmış olur.
Əfsuslar olsun ki, ən diqqətli müayinələr (USM və s.) və öd yollarının
təmizlənməsi bütün daşların aşkar olunmasına kömək edə bilmir.
Dostları ilə paylaş: |