Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Yanıqlar zamanı erkən nekrektomiyalara göstəriĢ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

103 
 
Yanıqlar zamanı erkən nekrektomiyalara göstəriĢ. 
Yanıqar  zamanı  erkən  nekrektomiya  yalnız  əməliyyata  göstəriş  olduqda 
aparılır. Yanıqların hamısı belə cərrahi üsullarla müalicə olunmur. 
Nekrektomiya əməliyyatı yanıqlar zamanı aşağıdakı hallarda aparılır: 
-
 
Yaşlı şəxslərin həyatının xilas olması məsələsini ortaya qoyan yanıqlar; 
-
 
Bədən  səthinin  20%-dən  çox  olmayan  hissəsini  əhatə  edən,  birdəfəlik 
autoplastika aparılması imkanının yaradılması üçün nisbətən çox sağlam 
sahənin  saxlanılması  mümkünlüyü  olan  xəstələrdə  dərin  yanığın 
mövcudluğu; 
-
 
Ətrafların  yanıqları,  əməliyyatdan  sonra  kobud  çapıqların  azaldılması 
mümkün olduqda. 
Nekrektomiyadan sonra müvəffəqiyyətin maksimal səviyyədə  əldə 
edilməsi üçün arzu olunan, yanıq travmasının yaranma  müddəti 5 günü 
keçməməsidir. 
Erkən nekrektomiyaya göstərişləri olan yanıqların dərəcəsi: 
-
 
Ikinci 
-
 
Üçüncü 
-
 
Dürdüncü 
Birinci dərəcəli yanıqlarda nekrektomiya nadir hallarda aparılır. 
Operasiya  orqanizmin  qan  dövranı  və  tənəffüs  orqanlarının  normal 
funksiyasını  pozan  yanıq  nekrozunun  bərkləşmiş  dairəvi  sahəsi  formalaşdıqda 
aparılır. 
 
Erkən nekrektomiyaya əks göstəriĢlər: 
-
 
Hər şeydən əvvəl şok vəziyyətidir. 
Əgər  xəstə  şok  vəziyyətindədirsə  əməliyyat  aparılmır.  Əvvəlcə  xəstə  şok 
vəziyyətindən çıxarılrmalı, sonra nekrektomiya aparılmalıdır. 
Həmçinin nekrektomiyanın aparılmamasına digər ciddi səbəblər də vardır: 
-
 
Xəstənin dərin qoca yaşı; 
-
 
Yanıq yarasının güclü infeksiyalaşması; 


104 
 
-
 
Xəstənin  boynu,  üzünün  massiv  yanığı,  tənəffüs  yollarının  zədələnməsi 
ilə ağırlaşma; 
-
 
Yanıq  travması  ilə  yanaşı  qaraciyər,  böyrək,  ürək,  mərkəzi  sinir 
sisteminin ağır zədələnməsi; 
-
 
Dekompensə mərhələsində olan şəkərli diabet
-
 
Mədə-bağırsaq traktından qanaxma; 
-
 
Pasientdə intoksikasiya psixozu vəziyyəti
-
 
Normal hemodinamikanın dayanıqlıqlı pozğunluğu
-
 
Qanın laxtalanma sisteminin pozulması. 
Yanmış  şəxslərin  əməliyyat  olunması  anamnezində  keçirilmiş  infarkt, 
hipertoniya,  aritmiya,  alkoqolizm,  narkotikdən  asılılıq  olduqda  yanaşma  ehtiyatla 
olur. Mövcud vəziyyət əməliyyatın icrasından əvvəl korreksiya tələb edir. 
Yanıqlar zamanı aparılan erkən nekrektomiya üsulunun 
üstünlükləri – ağırlaĢmalar və yanıq xəstəliyinin profilaktikası. 
Nekrektomiya  üsulu  ilə  2,  3  və  4-cü  dərəcəli  yanıqla  olan  pasientlərdə  yaxşı 
nəticələr əldə etmək çatmaq üçün əməliyyatı  mümkün qədər tez aparmaq lazımdır. 
Yanıq travması yarandıqdan sonra, xüsusən ilk iki, ən çox – üç sutka ərzində 
aparılan nekrektomiya yanıqdan sonrakı irinli septiki ağırlaşma, həmçinin ölümün 
qarşısını ala bilir. 
Bu fakt da az əhəmiyyətli deyildir ki, əməliyyat nə qədər tez aparılsa, yanıqla 
zədələnmiş xəstənin stasionar müalicəsinə də o qədər az vaxt sərf olunur. 
Erkən nekrektomiyanın üstünlükləri: 
-
 
Patogen mikrofloranın inkişafı üçün əlverişli olan nekroz toxuması xaric 
edilir; 
-
 
Xəstənin ümumi intoksikasiyasının aşağı düşməsi; 
-
 
Yanıq xəstəliyinin davam etmə müddətinin aşağı düşməsi; 
-
 
Pasientlərə  ən  ağrılarla  müşaiyət  olunan  sarğıların  dəyişilməsi 
vacibliyinin olmaması; 


105 
 
-
 
Xəstədə qanitirmə və plazma itkisinin əhəmiyyətli dərəcədə azaldılması; 
-
 
Yanıqdan sonrakı kobud çapıqların formalaşmasının qarşısının alınması; 
-
 
Xəstə tezliklə sağalır, onun ümumi vəziyyəti yaxşılaşır. 
Erkən nekrektomiyanın texnikası. 
Yanıq  travması  zamanı  nekrektomiya  ümumi  narkozla  keyləşdirmə  altında 
aparılır.  Yanıqla  zədələnmiş  toxumanın  sahəsi  və  nekrotik  dəyişikliklərin 
dərinliyindən  asılı  olaraq  erkən  cərrahi  əməliyyatların  müxtəlif  formalarından 
istifadə olunur: 
-
 
Tangensial və ya qat-qat təmizləmə üsulu
-
 
Daha dərin qat-qat, sağlam toxumaya qədər təmizləmə
-
 
Nekrozun  fassiya  səviyyəsinə  qədər  kəsilib  xaric  edilməsi-fassial 
nekrektomiya; 
-
 
Kombinə 
olunmuş  üsulla  əməliyyatın  aparılması,  bu  halda 
nekrektomiyanın bütün texnikasından istifadə olunur. 
II və II dərəcəli yanıqlarda toxumaların səthi ayrılması ilə nekrozun kəsilib 
götürülməsi və qat-qat təmizləmə aparılır. Kapillyar qanaxmasının görünməsi (üzə 
çıxması)  lazımı  qədər  dərinlikdə  -  sağlam  toxumaya  qədər,  kəsilib 
götürülməsindən  xəbər  verir.  Sonra  nekroz  sahələri  kənarlaşdırılır.  Bu  zaman  bir 
momentli autodermoplastika mümkündür. 
Yanıq  travmasının  II  dərəcəsində  nekroz  təbəqəsi  xaric  edildikdən  sonra 
yara səthi ksenotransplantantla bağlanır. Bu yaranı infeksiyalaşmadan qoruyur, tez 
epiteliyasiyanın  baş  verməsini  stimullaşdırır,  yanıq  xəstəliyinin  inkişafını 
dayandırır. 
III dərəcəli yanıq nekrozunun 0,3- 0,5 mm qalınlığında qatı dərinin sağlam 
hissəsindən  olmaqla  kəsilib  götürülür.  Götürülən  nekrozun  dərinliyi  -  dərialtı  piy 
təbəqəsinə  qədərdir.  Nekroz  təbəqəsinin  tədricən,  qat-qat  xaric  edilməsi  sağlam 
toxumanın  maksimal  səviyyədə  saxlanılmasına  zəmanət  verir.  Zədələnmiş  və 
sağlam  toxuma  sərhədinə  qədər  çatan  təmizlənmədən  sonra  spontan  epitelizasiya 
baş verə bilər, bununla eyni vaxtda dəri köçürülməsi aparmaq olmaz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə