Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

100 
 
Əgər  zədələnmə  sahəsi  çox  böyük  deyilsə,  o  zaman  yerli  simptomlar 
müşahidə  olunur.  Ancaq,  yaşlı  şəxslərdə  dəri  örtüyünün  ¼  dən  artıq  hissəsi 
yanmışsa,  həmçinin  dərin  yanıqlar  10%-dən  artıq  təşkil  edirsə  yanıq  xəstəliyinin 
inkişafı ehtimalı yüksək olur. 
Yanıq  xəstəliyi  –  geniş  və  ya  dərin  sahəli  yanığın  inkişafı  nəticəsində  ayrı-
müxtəlif  orqan  və  sistemlərdə  fəaliyyətin  pozulmasının 
yığımıdır
.  Yanıq 
xəstəliyinin inkişafın ehtimalı orqanizmin ümumi vəziyyəti ilə birbaşa bağlıdır. O, 
az sahəli yanıqlar zamanı aşağıdakı şəxslərdə də  inkişaf edə bilər: 
-
 
Uşaqlarda  
-
 
Xroniki xəstəlikdən əziyyət çəkənlərdə 
-
 
Yaşlı şəxslərdə 
Xəstəliyin  ağırlıq  dərəcəsi,  hər  şeydən  əvvəl,  dərin  yanıqların  sahəsindən 
asılıdır. 
Yanıq xəstəliyinin gedişi 4 dövrlə xarakterizə olunur: 
1.
 
Yanıq Ģoku. Özünü aĢağıdakı əlamətlərlə göstərir: 
-
 
Kəskin ağrılar 
-
 
Mərkəzi sinir sisteminin həddən artıq qıcıqlanması 
-
 
Böyük həcmli plazma itkisi (nəticəsində) 
-
 
Qanın qatılaşması 
Yanıq nekrozu zamanı toksiki maddələrin əmələ gəlməsi turşu-qələvi və su-
duz tarazlığının pozulmasına gətirib çıxarır. 
2.
 
Kəskin  yanıq  toksemiyası.  Nekroza  uğramış  toxumaların  yanıq  yarasında 
toplanan  parçalanma  məhsularının  yaratdığı  intoksikasiya  nəticəsində  baş 
verir. 
3.
 
Yanıq  toksikotoksemiyası.    Təyin  edici  rolu  yanıq  yarasında  patogen 
mikrofloranın  bölünərək  çoxalması  və  mikroorqanizmlərin  həyat  fəaliyyəti 
məhsullarının təsiri oynayır. Çürüntülü proseslər də yanaşı inkişaf edə bilər. 
Müasir  müalicə  üsulları,  əksər  hallarda,  yanıq  septikotoksemiyadan  yan 
keçmək imkanı verir. 


101 
 
4.
 
Sağalma  mərhələsi.  Klinik  olaraq  təyin  edilmişdir  ki,  yaranın  tam 
sağalması  xəstənin  özünü,  tam  yaxşılaşmasından  tez  baş  verir.  Bu  dövrdə 
müalicənin  dayandırılması  baş  verə  biləcək  ağırlaşmalarla  əngəllədir. 
Mübadilə  proseslərinin  bütövlükdə  normallaşması  uzun  müddət,  bəzən  2-3 
il, tələb edir. 
Yanıq xəstəliyinin ağırlaĢmaları. 
-
 
Immun sistemin zəifləməsi 
-
 
Yanıq üzülməsi 
-
 
Nevritlər 
-
 
Anemiya 
-
 
Pnevmoniya 
-
 
Mədə, onikibarmaq bağrsaq xorası 
-
 
Xolesistit, pankreatit, appendisit, müsariqə damarlarının trombozu. 
 
Yanıq intoksikasiyası zamanı risklər: 
-
 
Hepatit  
-
 
Qara ciyər çatmazlığı 
-
 
Piolonefrit  
Yerli ağırlaĢmalar: 
-
 
Fleqmona 
-
 
Frunkulyoz 
-
 
Irinli artrit 
-
 
Qanqrena  
Yanıq yarasının birincili cərrahi iĢlənməsinin texnikası: 
-
 
Yanıq  sahəsi  ətraflı  antiseptik  məhlullarla  (Povidon-yod,  oktenilin) 
isladılmış tamponlarla çirklərdən təmizlənir; 
-
 
Yanıq səthindən yad cisimlər və ayrılmış epidermis xaric edilir
-
 
Böyük həcmli gərgin suluqlar kəsilir, möhtəviyyatı xaric edilir
-
 
Yara 3%-li hidrogen peroksidi məhlulu ilə yuyulur; 
-
 
Oktenilin məlhəmi ilə sarğı qoyulur. 


102 
 
Sonrakı  dövrdə  müalicə  yaranın  irinləmə  mərhələsində  vaxtaşırı  sarğının 
dəyişilməsi  ilə  davam  etdirilir.  Sarğı  zamanı  üstünlük  bakterisid  təsirə  malik, 
emulsiya, məlhəmə (metilurasil, xloramfenikal və s.) verilməklə görülür. Sarğı tez-
tez deyil, həftədə 1-2 dəfə aparılır. Dərin yanıqların irinli-demarkasion iltihabı və 
qərtməyin  qopması  (ayrılması)  mərhələsində  -  nəm-quruducu  sarğıdan  istifadə 
olunur (oktenilin-gel, povidon-yod, 0,5%-li prokain). 
Yanıq  yaralarının  birincili  işləməsindən  sonra  ortaya  çıxan  ağırlaşmalar 
ümumi  xarakter  daşayaraq  yanıq  xəstəliyinin  davamı,  yerli  ağırlaşmalar  isə 
toxumaların  nekrozu  və  strupun  əmələ  gəlməsi  ilə  özünü  göstərir.  Yerli 
dəyişikliklər  nekrektomiyanın  tətbiq  edilməsini  tələb  edir.  Digər  patologiyalardan 
fərqli olaraq termiki zədələnmə zamanı aparılan nekrektomiya bir dəfəlik olmur və 
dəfələrlə təkrarlanma məcburiyyəti yaranır. Belə ki, yanıq xəstəliyi davam etməklə 
qaldığına görə həm onun özünün,  həm də nekrektomiyadan sonrakı ağırlaşmaları 
üst-üstə  düşmüş  olur.  Bununla  belə  yarıtmaz  nekrektomiyanın  ağırlaşması 
(əməliyyatın həcmi düzgün seçilmədiyindən) bəzən, onun təkrar olunması və ayrı-
ayrı  dərəcəli  yanıqlarda    icra  texnikasının  müxtəlifliyini  nəzərə  alınmasını 
qaçılmaz edir. Buna  görə də, nekrektomiyanın hər tərəfli araşdırılmasının vacibliyi 
yaranır. 
Nekrektomiya  –  insan  orqanizminin  yumşaq  toxumalarında  icra  olunan 
cərrahi  əməliyyatdır.  Bu    zaman  nekrozla  zədələnmiş  və  ya  qanqrena  nəticəsində 
həyat  qabiliyyətini  itirmiş  toxumaların  kəsilib  götürülməsi  üsulu  ilə  əməliyyat 
aparılır.  Nekrektomiya  dərin  yanıqların  cərrahi  müalicəsində  müvəffəqiyyətlə 
həyata keçirilir. Kimyəvi nekrektomiya və yanıq struplarının xaric etmək məqsədi 
ilə  40%-li  salisil  məlhəmi  (uşaqlarda  20%-li  məlhəm)  tətbiq  edilir. 
Nekrektomiyanın üç növü vardır: 
1.
 
Erkən  
2.
 
Ləngidilmiş 
3.
 
Gecikmiş 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə