Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

97 
 
-
 
Yara sahəsini (yatağı) dioksidin məhlulu ilə yumaq. 
Pnevmoniya  əməliyyatdan  sonra  az  rast  gəlinən  ağırlaşmalardandır.  Onların 
baş 
verməsində 
yönəldici 
səbəb 
kimi 
əməliyyat 
zamanı 
gərgin 
pnevmoperitoneumun 
rolu 
ola 
bilər. 
Dünya  praktikasına  laparoskopik 
cərrahiyyənin  tətbiq  edilməsinin  ilk  illərində  əməliyyat  onikibarmaq,  bəzən,  hətta 
14 mm civə süt. təzyiqlə aparılırdı. Hal hazırda bu rəqəm 8-10 mm.c.süt bərabərdir 
və şübhəsiz ağ ciyərlərin əməliyyatlardan sonrakı ağırlaşmaları azalmışdır. 
Qarın  boşluğunda  əməliyyat  zamanı  yüksək  təzyiqin  olması  aĢağı  ətraf 
venalarından  qan  axınını    çətinləşdirir,  bu  da  özü  ilə  trombun  yaranma 
təhlükəsinə, ardınca isə ağ ciyər arteriyasının tromboemboliyasına gətirib çıxarır.  
Profilaktika:  əməliyyat  zamanı  və  ondan  sonrakı  ilk  sütkalarda  aşağı 
ətrafların elastik bintlənməsi.  
Termiki yanıqların müalicəsi zamanı aparılan cərrahi 
əməliyyatlar və sonrakı ağırlaĢmalar. 
 
Termiki  yanıqlar  dedikdə  dəri,  dərialtı  piy  toxuması  və  daha  dərin 
toxumaların termiki təsirlər (yanığa səbəb yüksək hərarət, elektrik cərəyanı və s.) 
nəticəsində  yaranan  patoloji  vəziyyət  başa  düşülür.  Yanıq  travmasının  gedişi  və 
nəticəsi təkcə zədəni törədən amilin gücü və təsir müddətindən asılı deyil, o, həm 
də, bir çox hallarda, göstərilən ilkin tibbi yardımın vaxtında və xəstəliyin gedişində 
aparılan müalicənin düzgün olmasından da asılıdır.  
Yanıqların  müalicəsində  taktika  şok  əleyhinə  tədbirlərin  tətbiqi  ilə  başlanır. 
Şokun 3 ağırlıq dərəcəsi vardır: 
-
 
Yüngül 
-
 
Ağır 
-
 
Təhlükəli ağır. 
Ilk yardım: 
Şok əleyhinə tədbirlər: 
-
 
Ağrıkəsicilərdən istifadə 


98 
 
-
 
Yanıq səthinin soyudulması – su şırnağı və başqa tədbirlər 
-
 
Maye  azotla  aparılan  krioterapiya  (travmadan  sonrakı  bir  saat  ərzində), 
bu nəyə səbəb olur? 
1)
 
toxuma hipertermiyasının, azaldılması 
2)
 
iltihab reaksiyasının, azalması 
3)
 
ödemin, azalması 
4)
 
nekrozun dərinliyinin, azalması 
5)
 
yanıq 
sahəsində 
toksiki 
maddələrin 
reabsorbsiyasının, 
intoksikasiyasının azalmasına 
-
 
Kortikosteroidlərin aerozolla yaraya yeridilməsi. 
Geniş  yanıq  sahəsi,  həmçinin  məhdud  dərin  zədələnməsi  olan  xəstələrin 
müalicəsi  xüsusiləşdirilmiş  yanıq  şöbəsində  (mərkəzdə)  aparılır.  Ancaq  şok 
əleyhinə terapiya travma alınan yerə yaxın müalicə müəssisələrində aparılmalıdır. 
Yanığa  məruz  qalan  şok  vəziyyətində  olduqda  onu  hətta  ən  yüksək  səviyyəli 
avadanlıq təhcizatına malik nəqliyyatla belə bir tibb idarəsindən digərinə köçürmək 
qəti qadağandır. 
Yanmış xəstənin stasionara qəbulu zamanı həkimin taktikası belə olmalıdır: 
-
 
Şokun  varlığı  və  ya  inkişafının  mümkünlüyünün  olması  məsələsinin 
həlli; 
-
 
Əlamətləri  müəyyən  olduqda  şok  əleyhinə  aktiv  tədbirlərin  həyata 
keçirilməsinə başlanılmalı vacibdir
-
 
Yanıq səthini antiseptik məhlul və ya məlhəmli sarğılarla örtmək. 
-
 
Tənəffüs  və  qan  dövranı    pozğunluqarı  törədən  boyun,  döş  qəfəsi  və 
ətrafların dairəvi, dərin yanıqların nekrektomiya aparılmasına göstərişdir. 
Yerli  müalicə  yanıq yarasının  ilkin  təmizlənməsi  ilə  başlanılır.  Yanıq  sahəsi 
çox  da  böyük  olmadıqda  və  şokun  əlamətləri  qeyd  edilmədikdə  ilkin  təmizləmə 
xəstənin  gətirildiyi  (qəbul  olunduğu)  tibb  müəssisəsində  həyata  keçirilir.  Şok 
vəziyyətində  qəbul  olunan  isə  təmizlənmə  işi  travma  ilə  onun  ağırlıq 
dərinləşdirməmək  səbəbindən  aparılmır.  Belə  halda  ilkin  göstərilən  tədbir  sarğı 


99 
 
qoyulması ilə məhdudlaşdırılır, təmizləmə isə şok əlamətləri  ləgv edildikdən sonra 
həyara keçirilir. 
Termiki  yanıqlar  zamanı  tətbiq  edilən  cərrahi  müdaxiləni  müddət  və 
mürəkkəbliyinə görə 3 növə bölmək olar: 
1.
 
Yanıq yarasının birincili işlənməsi 
2.
 
Nekrektomiya 
3.
 
Yanıqdan sonrakı dəri köçürülməsi və digər bərpaedici əməliyyatlar. 
Bu  əməliyyatlar  bir-birinin  ardıcıllığı  görkəmini  yaratsalar  da,  hər  biri  ayrı-
ayrılıqda icra oluna və yekunlaşa bilər. 
 
Patogenez və patanatomiya. 
İlkin  olaraq  yanmış  sahədə  yanıq  dermatiti,  seroz  iltihab  müşahidə  olunur. 
Sonrakı inkişafı isə aşağıdakılardan asılıdır: 
-
 
Zədələyici faktorun xarakterindən 
-
 
Zədə sahəsindən 
-
 
Zədənin dərinliyindən 
Səthi yanıqlarda irinləmə az hallarda müşahidə olunur, regenerasiya yetirincə 
tez baş verir və yaranın sağalması dəridə gözə görünən defekt sahəsinin olmaması 
ilə baş verir. 
Təsir edici faktorun daha güclü, uzunmüddətli və dərinə işləməsi toxumaların 
ölümünə səbəb olur. Sonra travmatik ödem və iltihablaşma baş verir, bu da əksər 
hallarda irinli xarakter alır. 
Sağalma  prosesində  yanıq  yarası  ölü  toxumalardan  tədricən  təmizlənir. 
Sağalma qranulyasiya və çapıqlaşma yolu ilə gedir.  
III a dərəcəli yanıqda dəri örtüyü qalmış az sahələrini epitelizasiyası yolu ilə 
bərpa oluna bilər. Dərin zədələnmə olduqda isə dəri artımları məhv olur, buna görə 
də  bərpa  ancaq  çapıqlaşma  və  hissəvi  olaraq  kənar  dəri  epitelizasiyası  ilə 
mümkündür. 
Dərinin hissəvi zədələnməsi orqanizmin müdafiə qabiliyyətini zəiflədir, bu da 
öz ardınca onun işində bir sıra pozğunluqlara gətirib çıxarır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə