82
QalmıĢ daĢlar.
Əməliyyatdan sonrakı erkən dövrdə müxtəlif ölçüdə olan daşlar daha
üstünlüklə bir çox hallarda heç bir pozğunluq yaratmır. Əməliyyatdan sonrakı
xolangioqrafiya olduğu yerdə qalmasını və ya distal istiqamətdə hərəkət etdiyini
aydınlaşdırır. Əgər daşlar spontan olaraq çıxıbsa və ya rentgen şəkillərinin
araşdırılması düzgün aparılmayıbsa onda növbəti rentgen şəkildə daşlar tapılmır.
Ancaq bəzi hallarda qalan daş əməliyyatdan həmən sonra keçib gedən təzyiq
hissiyatı və ya ödün T-şəkilli drenajdan intensiv axını və drenajın bağlanması
zamanı xoşagəlməz gərginlik hissi ilə özü haqqında məlumat verir. Enmiş daşla
məməciyin blokadaya alınması drenajın
xaric edilməsindən həmən sonra, fistulanın
əmələ gəlməsi inkar olunmadığı halda belə, hətta sarılıq və ya xolangitlə özünü
göstərə bilər.
Müalicə. Qalmış daşlar cərrahi, başlıcası əvvəl aparılmış əməliyyat təftişinə
aid olan növbəti hərəkətə görə qəbul olunacaq açıq qərarla üz-üzə qoyur.
Əvvəllər,
ənənəyə görə, qalmış daşlar aşkar olunandan həmən sonra axacağı tez tapmaq üçün
ora T-şəkilli drenaj yerləşdirilirdi. Ancaq sonradan aydın oldu ki, ilk günlər və
həftələr təkrari əməliyyatın icrası nəinki uzun müddətli vaxt keçdikdən sonra
həkimlər üçün çətin və xəstələr üçün isə təhlükəlidir, həm də öd xaric edən axacağı
drenajsız da asanlıqla tapmaq olar.
Bununla bağlı olaraq, həm də ona görə bir sıra qalmış daşları əməliyyatdan
sonrakı erkən təftiş aparılmadan və əməliyyatsız, öd axarlarının daşla kəskin
tıxanmasından başqa hallarda xaric etmək olar. Operativ müdaxiləni bir neçə həftə
və ya ay ləngitmək lazımdır.
Əvvəlcə qalmış daşı cərrahi əməliyyatsız xaric etməyə təşəbbüs göstərmək
lazımdır. Müasir dövrdə bunun üçün bir neçə imkanlar vardır:
-
Yerli və ya ümumi müalicələrlə daşın spontan xaric olunmasına meyili
dəstəkləmək;
-
Qalmış
daşlar yumaqla xaric edilir;
-
Daşı əritməyə çalışmaq;
-
Qalmış daşları instrumental yolla xaric edilməsini təcrübədən keçirilməsi.