76
Pankreatitin mümkünlüyü hər bir halda ağrılarla olur, bu zaman isə nəbz
atımının səbəbi aydın izah olunmayan artması, əzginlik, arterial təzyiqin düşməsi
meydana çıxır. Hətta şokun əlamətləri aparılan əməliyyatın ağırlıq dərəcəsi ilə
uyğunlaşmır. Xüsusən papillosfinkterotomiya və ya sfinkter sahəsindən daşın
çətinliklə xaric edilməsi əməliyyatı keçirmiş xəstələrdə pankreatitin varlığına
şübhə yaranır. Bütövlükdə tez-tez və erkən diurezin aşağı düşməsi, bəzən sarılıq,
ağır formalarda isə hətta əsəbi pozğunluq əlamətləri olur. Yenicə əməliyyat
keçirilmiş qarın boşluğunun müayinəsinin məlumatları həddən artıq azlıq təşkil
edir, qarında köp və ağrılar adətən əməliyyatla əlaqələndirilir. Ancaq təsadüf
hallarda bel nahiyyəsində, çənbər bağırsağlar tərəfdə baş verən hissiyyatlılıq və ya
qaraciyəraltı drenajdan qanlı ifrazatın olması diqqət çəkir. Diaqnozun qoyulması,
bir qayda olaraq qanda, sidikdə və ya digər mayelərdə amilazanın aktivliyinin
sürətlə artması kömək edir, bu da qarın boşluğuna qansızmalı biliar peritonitin
differensə olunmasına kömək edir.
Əməliyyatdan sonrakı pankreatit bir başa müdaxilədən sonra ortaya çıxa bilər.
Xoledoxo-duodenal sahədə aparılan əməliyyatlardan sonrakı ilk günlərdən
amilazanın aktivliyinə nəzarət etmək vacibdir. Diurez müşahidə olunaraq, qan və
EKQ-da olan dəyişikliklər qiymətləndirilir. Azotun qanda artması xoş olmayan
əlamətdir.
Ayrı-ayrı müüəlliflərin məlumatlarına görə biliar əməliyyatlardan sonrakı
pankreatitlərin tezliyi müxtəlifdir, bununla belə bu ağırlaşma bir çox cərrahların
qaçdığı papillosfinkterotomiyadan sonrakı ölümlərin səbəbi içərisində əhəmiyyətli
yer tutur.
Aparılan diqqətli profilaktik əməliyyatlardan başqa pankreatitin qarşısında
heçnə dayana bilməz. Təhlükə ancaq papillosfinkterotomiya və ya ilişmiş daşın
çıxarılmasında ehtiyatsız icradan asılı deyil, mədəaltı vəzin zondlanması zamanı
dərin, zorla genişləndirilməsi, güclü təzyiq edilməsi və ya rentgen kontrastlı maddə
və ya transpapillyar zondun sürətlə yeridilməsi ilə də əlaqəli olur. Pankreatitin
təhlükəsi olan xəstələrin öd yolları drenləşdirilir, mədə möhtəviyyatı aktiv
dekompressiya edilir, qidalanma parenteral yolla aparılır. Pankreatitin ilkin
77
əlamətlərinin ortaya çıxarılmasına çalışılır və pankreatitdə bir başa ölümə gətirib
çıxaran şokun aradan qaldırılmasına yönələn tədbirləri həyata keçirmək lazımdır.
Vəziyyət aydın olmadıqda və ya əlamətlərin kritikləşməsi, xüsusən ödün
özlülüyünün tam təmin olunmaması baş verdikdə əməliyyat təftişi vacibdir.
Plazmoferez aparılmaqla əməliyyatın vaxtında həyata keçirilməsi əməliyyatdan
sonrakı kəskin pankreatitli xəstələrin xilasına gətirib çıxara bilir.
Əməliyyatdan sonrakı sarılıq.
Əməliyyatdan sonrakı ağırlaşmalar arasında onların əsas əlamətlərinə çevrilə
biləcək zəif və ya sürətlə inkişaf edən sarılıq üzə çıxa bilir. Öd yolları
xəstəliklərinin ağırlaşması bəzən sarılıq şəklində özünü göstərir, ancaq onun
əməliyyatdan sonra baş verməsi öd yollarının mexaniki tutulmasının güman
olunmasın ona çəkir. Sarılıq naməlum qalan və ya lazımı şəkildə işlənilməyən öd
yollarının əməliyyat zamanı yaralanması nəticəsində baş verə bilər. Ümumi öd
axacağının bağlandığından dərhal sonra ilk günlər, sürətlə tam tutulmaya uyğun
gələn sarılıq inkişaf edir. Digər formalı zədələnmələr və axacağın tam kəsilməsi
fistula öd axması şəkilində özünü göstərir. Bir neçə gün, hətta həftədən sonra, nə
zaman fistula öz-özünə bağlanırsa və onun yerində bitişmə əmələ gəlir, sarılıq isə
artıq özünü göstərir. Əvvəlcə o zəif intensivlikli olur, sonradan isə qabarıq, daimi
şəkil alır. Bir qayda olaraq, elə başlanğıcdan o xolangit tutmaları ilə yanaşı olur.
Bəzən əməliyyatdan sonrakı sarılıq rezidual daşın məməcik səviyyəsinə düşməsi
ilə izah olunur. T-şəkilli drenaj borudan axan ödün miqdarının artması və ya
drenajı sıxdıqda sarılığın əmələ gəlməsi buna şübhə yaradır. Drenaj borunun
sıxılması zamanı xəstə xolangitə xas olan ağrılar hiss edər və ya ona uyğun
simptomlar və şikayətlənəri olur. Daşı USM və kontrol xolangioqrafiya ilə
aşkarlayırlar, xaric edilməsinə isə konservativ yolla təşəbbüs göstərilir.
Müvəffəqiyyətsizlik və tam blokada olduqda təkrari əməliyyat vacibdir. Bununla
yanaşı, əgər tutulma təricən inkişaf edirsə, onda əməliyyat bir neçə vaxtdan sonra
aparılır.
78
Mexaniki inkişaflı, çox da intensiv olmayan müvəqqəti sarılıq əgər axar drenə
olunmazsa, məməcikdə aparılan əməliyyatdan sonra da baş verə bilər. O halda
əməliyyat müdaxiləsindən sonra əmələ gəlmiş ödemin (şişkinliyin) itməsinə qədər
davam edir.
Bəzi xəstələrdə əməliyyatdan sonra skleralar etiologiyası məlum olmayan
sarımtıl rəng alır və ya xolestatik tiplə gedən sarılıq əmələ gəlir, hər halda bu
əməliyyat travması ilə bağlıdır. Xəstə heç bir xüsusi şikayət etmir (bəyan etmir),
ancaq ona pankreatit təhlükəli sarılıqla olan xəstə kimi diqqət yetirmək lazımdır.
Sarılıq qara ciyər səbəbli, xüsusən, hər şeydən əvvəl qara ciyərin əvvəllər olan
xəstəlikləri və ya Jilber sindromlu (anadangəlmə enzimopatiya və metabolizm
pozğunluğuna görə hiperbilirubinemiya), xəstə uzun müddət ac qalmışsa
dekompensə vəziyyətində baş verə bilər. Sarılığın xarakterinin təyin edilməsində
əməliyyatdan əvvəlki biokimyəvi müayinələrin göstəriciləri və əməliyyat zamanı
üzvün görünən dəyişiklikləri aşkar edildikdə qara ciyərin sadə biopsiyası
əhəmiyyətlidir.
İnkişaf etmiş sarılığın səbəbi hemolitik reaksiya törətmiş qan köçürmə ola
bilər. Belə halda qanda duz bilirubinin səviyyəsinin artması qeyd olunur. Lakin, bu
zaman axolik nəcis aşkar edilmir. Əməliyyat sepsisində, xüsusən anaerob mənşəli
olduqda, sarılıq həlledici amil yerini tutur. Qara ciyərin bir sıra dərman preparatları
və digər maddələrlə toksiki zədələnməsi səbəbindən çox az hallarda sarılıq baş
verir.
Adətən qara ciyər əvvəl reaksiya vermiş anestetiklərin təkrari tətbiqindən
sonra zədələnir. Ağır hepatit çox zaman qayanıqlı şəkildə baş verir, 20% hallarda
isə ölümlə nəticələnir. Xəstə, qara ciyərin koması təhlükəsi olan vəziyyətdəki kimi,
intensiv müalicəyə möhtacdır.
Qaraciyər çatmazlığı.
Qaraciyərin koma ilə çatmazlığı qaraciyətin uzun müddətli patoloji
zədələnməsi və nəticədə mənfəzi qapanması ilə xolangitin inkişafın gətirib çıxaran
ya öd yollarında aparılan əməliyyatlardan sonra, ya da qara ciyər səbəbli sarılıq,
Dostları ilə paylaş: |