Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə149/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   176

 

459 


 

Şagird kollektivinin xüsusiyyətləri

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

14.2. Şagird kollektivinin xüsusiyyətləri 

 

Şagird kollektivi şagirdlərin sosial və ali orqanıdırÇünki 

o, ümumi sosial əhəmiyyəti olan məqsəd və fəaliyyət birliyi ilə bir-

ləşmişdir. Onun ümumi seçkili orqanları vardır. 

Şagird  kollektivi  bir  sistem  kimi  daha  mürəkkəb  birlikdir, 

çünki o, uşaq (yeniyetmə və gənclər) və müəllim kollektivini birləş-



 

ŞAGİRD 

KOLLEKTİVİNİN 

XÜSUSİYYƏTLƏRİ 

 

 

Şagird  



 kollektivi 

bir sistem kimi daha 

mürəkkəb birlikdir. 

 

Şagird 



kollektivi 

nisbi müstəqil 

 sistemdir. 

 

 



 

Şagird  

kollektivi 

dinamik 


sistemdir. 

 

Şagird  



kollektivi  

uşaq və müəllim 

kollektivini birləşdirən 

tərbiyəvi kollektivin 

üzvi hissəsidir. 

 

Şagird  



kollektivi 

sinif kollektivinin 

ən stabil həlqəsidir. 

 

 



 

 

Şagird 



 kollektivi 

vahid ictimai əhəmiy-

yətli olan məqsədlərin 

həyata keçirilməsi üzrə 

fəaliyyətin subyektidir

.

 



 


 

460 


dirən tərbiyəvi kollektivin üzvi hissəsidir. 

Şagird  kollektivi  nisbi  müstəqil  sistemdir,  çünki  bu  sistemə 

özünütənzimləmə,  özünütəşkiletmə,  özünüidarəetmə  prosesləri 

aiddir. 

Şagird  kollektivi  dinamik  sistemdir,  çünki  kollektivin 

inkişafı şagirdlərin daxili aləmində, cəmiyyətin həyatında, kollektivi 

əhatə edən mühitdə baş verən dəyişikliklərlə bağlıdır. 

 

Şagird kollektivinin əlamətləri: 

 

Ümumi  sosial  əhəmiyyəti  olan  məqsəd  qoymaq.  Hər  bir 

qrupun  məqsədləri  vardır.  Kollektivin  məqsədi  ictimai  məqsədlərə 

uyğun  gəldiyindən  cəmiyyət  və  dövlət  onu  müdafiə  edir,  çünki  o, 

dövlətin konstitusiyasına və qanunlarına zidd deyildir. 

Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  birgə  fəaliyyət

İnsanlar  kollektivlərdə  ona  görə  birləşirlər  ki,  birgə  səylərlə 

müəyyən məqsədlərə tez nail olsunlar. Bunun üçün kollektivin hər 

bir  üzvü  birgə  fəaliyyətdə  fəal  iştirak  etməli,  onun  nəticələri  üçün 

yüksək şəxsi məsuliyyəti ilə fərqlənməlidir. 

Kollektivin  üzvləri  arasında  məsuliyyətli  asılılıq  münasi-

bətləri.  Bu  münasibətlər  təkcə  məqsəd  və  fəaliyyət  birliyini  deyil, 

həm  də  bu  məqsəd  və  fəaliyyətlə  əlaqədar  olaraq  yaranan  hiss  və 

duyğuları, təəssüratları, fikir birliyini əks etdirir. 

Ümumi seçkili rəhbər orqanların yaradılmasıKollektivdə 

demokratik  münasibətlər  yaranır.  Kollektivin  idarə  orqanları  bir- 

başa və açıq seçki yolu ilə onun ən nüfuzlu üzvlərindən formalaşır. 

ŞAGİRD (TƏLƏBƏ) 

KOLLEKTİVİNİN 

ƏLAMƏTLƏRİ

 

 

ÜMUMİ SOSİAL 



ƏHƏMİYYƏTLİ 

 MƏQSƏDİN OLMASI 

 

KOLLEKTİVİN ÜZVLƏRİ  



ARASINDA  

MƏSULİYYƏTLİ ASILILIQ 

 

QARŞIYA QOYULMUŞ  



MƏQSƏDƏ ÇATMAQ 

 ÜÇÜN BİRGƏ FƏALİYYƏT 

 

ÜMUMİ SEÇKİLİ  



RƏHBƏR ORQANLARIN 

YARADILMASI 

 



 

461 


 

14.3. Kollektivin mərhələlər üzrə formalaşması 

texnologiyası 

 

Kollektivin  mərhələlər  üzrə  formalaşması  texnologiyası 

A.S.Makarenkonun təlimində öz əksini tapmışdır. O, kollektivin hə-

yat qanununu yaratmışdır: hərəkət kollektivin yaşaması forması, da-

yanmaq  isə  onun  dağılması  formasıdır.  O,  kollektivin  inkişaf  prin-

siplərini müəyyən etmişdir: 

1)  aşkarlıq;  2)  məsuliyyət;  3)  perspektiv  xətlər;  4)  parelel 

təsir. 

Kollektiv olmaq üçün qrup bir neçə çətin keyfiyyət dəyişikliyi 

yolunu  keçməlidir.  A.S.  Makarenko bu  yolun  bir neçə mərhələsini 

müəyyən etmişdir: 



I  mərhələ  kollektivin  təşəkkülü  mərhələsidir.  Bu  mərhələdə 

müəllim  qrupu  kollektivə  çevirmək  istəyir.  Kollektivdə  fəallar 

yaradıldıqdan  sonra  şagirdlər  ümumi  məqsəd,  fəaliyyət  və  ümumi 

təşkilat əsasında birləşir. 



II  mərhələdə  sinif  fəallarının  şagird  yoldaşlarına  təsiri  güc-

lənir. Fəallar müəllimin tələblərini müdafiə edirlər. Burada fəallarla 

iş müəllimdən diqqət tələb edir. 

Tərbiyənin  subyekti  kimi  kollektiv  öz  inkişafının  müəyyən 

səviyyəsinə  bu  mərhələdə  çatır.  Bu  mərhələdə  kollektivin  inkişafı 

ziddiyyətlərin  aradan  qaldırılması  ilə  bağlıdır.  Kollektivin  inkişa- 

fında sıçrayışlar, geriləmələr labüddür. 

III  mərhələ  kollektivin  inkişafı  mərhələsidir.  Bu  mərhələdə 

kollektivin üzvlərinin bir-birlərinə verdikləri tələblərin səviyyəsi də 

fərqlidir.  Belə  ki,  kollektivin  hər  bir  üzvi  yoldaşına  nisbətən  öz 

qarşısında daha ciddi tələblər qoyur. Ümumi təcrübə, hadisələri bir 

cür qiymətləndirmək bu mərhələdə kollektivin əsas əlamətlərindən-

dir. 


 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə